Pompeo ərəb dövlətlərini İsraillə əlaqələri normallaşdırmağa çağırıb26 Noyabr 2019, 12:18 (GMT +4) Bakı, 26 noyabr, SalamNews, B.Samid. ABŞ dövlət katibi Mayk Pompeo İsrailin Fələstin ərazilərində saldığı yəhudi yaşayış massivlərininin qanuni olduğunu elan etdikdən sonra ərəb dövlətlərindən istəyib ki, İsraillə əlaqələri normallaşdırsınlar.
SalamNews xəbər verir ki, Mayk Pompeo rəsmi twitter səhifəsində ərəb dövlətlərinə çağırış edib.
M. Pompoo ərəb dövlətlərinin son bəyanatına cavab verərək, bu ölkələri İsraili baykot etməyi dayandırmağa çağırıb.
Qeyd edək ki, Mayk Pompeo ötən həftə İsrailin İordan çayının qərb sahilində saldığı 80-dən çox yəhudi yaşayış massivinin qanunsuz olmadığını deyib.
Bunun ardından Rusiya, Avropa İttifaqı, Ərəb Dövlətləri Liqası Pompeonun mövqeyini tənqid ediblər.
Bildirək ki, ABŞ hökuməti bundan öncə Qüdsü İsrailin paytaxtı, Colan Yüksəkliklərini İsrailin ərazisi olduğunu elan edib. Bundan sonra İsrail Knesseti mənbələri də bildiriblər ki, onlar (Fələstinin) İordan vadisini də İsrailə əlavə edilməsi üçün qanun layihəsini müzakirəyə qoyacaqlar.
|