Türkiyə Fars körfəzində sülh və sabitliyin tərəfdarıdır - Ərdoğan26 Noyabr 2019, 09:41 (GMT +4) Bakı, 26 noyabr, SalamNews. Türkiyə Fars körfəzində sülh və sabitliyin tərəfdarıdır. SalamNews "Anadolu"ya istinadən xəbər verir ki, bunu prezident Rəcəb Tayyib Ərdoğan Qətərdəki türk hərbi bazasının üzvləri ilə görüşü zamanı deyib.
Ərdoğanın fikrincə, Ankara üçün Qətərin təhlükəsizliyi Türkiyənin özünün maraqlarının qorunması qədər vacibdir.
O, türk hərbi bazasının Qətərin müdafiə potensialını artırmaq, bölgədə sülhə töhfə vermək, eyni zamanda ortaq təlimlər keçirmək məqsədi ilə yaradıldığını xatırladıb.
“Türkiyənin varlığı heç kəsi narahat etməməlidir. 2017-ci ildən başlayaraq, Doha ilə bir sıra Ərəb körfəzi ölkələri arasında böhran yaşandığı zaman, Türkiyə hərbçiləri də Qətərin təhlükəsizliyinin qarantı olaraq qalır. Biz 2,5 ildir davam edən böhranın tez sona çatmasının tərəfdarıyıq", o deyib.
|