Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Akademik Arif Paşayev Xarkov Aviasiya İnstitutunun fəxri adları ilə təltif edilib

25 Noyabr 2019, 18:00 (GMT +4)

Bakı, 25 noyabr, SalamNews. Ukraynanın N.Y.Jukovski adına Milli Aerokosmik Universitetinin Xarkov Aviasiya İnstitutunun rektoru, professor Nikolay Neçiporuk, Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevski, “Azərbaycan Hava Yolları” QSC və “Silk Way” aviaşirkətinin prezidentlərinin müşaviri, akademik Dmitri Kiva, eləcə də universitetin və səfirliyin bir qrup nümayəndəsi "Azərbaycan Hava Yolları" QSC-nin nəzdindəki Milli Aviasiya Akademiyasında (MAA) olublar.

“Azərbaycan Hava Yolları”dan SalamNews-a verilən məlumata görə, səfər zamanı qonaqlar QSC-nin prezidenti Cahangir Əsgərovla və Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevlə görüşüblər.

Məlumata əsasən, görüş zamanı Ukrayna Milli Aerokosmik Universitetinin və Azərbaycan Milli Aviasiya Akademiyasının elm və təhsil sahələrində həyata keçirdikləri inkişaf strategiyasının aktual məsələləri, eləcə də tədris müəssisələri arasında əməkdaşlıq istiqamətləri müzakirə olunub.

Görüşdə professor Nikolay Neçiporuk Milli Aviasiya Akademiyasının rektoru akademik Arif Paşayevə N.Y.Jukovski adına Ukrayna Milli Aerokosmik Universitetinin Xarkov Aviasiya İnstitutunun “Fəxri elmlər doktoru” və “Fəxri professor” attestatlarını təqdim edib.

Nikolay Neçiporuk bu fəxri adların Ukrayna Milli Aerokosmik Universitetinin Elmi Şurasının müvafiq qərarları əsasında MAA-nın rektoru akademik Arif Paşayevə elmin və təhsilin inkişafına verdiyi töhfəyə, aviasiya texnikasının diaqnostikasında müasir metod və vasitələrin tətbiq olunmasına, aerokosmik sahə üçün mütəxəssis hazırlığında görülən işlərə görə verildiyini qeyd edib.

Görüş zamanı həmçinin Ukrayna Milli Aerokosmik Universiteti və Azərbaycan Milli Aviasiya Akademiyası arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Sonra ukraynalı qonaqlar Azərbaycan Milli Aviasiya Akademiyasının infrastrukturu, elmi-praktik və tədris-təcrübə bazası ilə tanış olmuş, müəllim və tələbələri ilə görüşüblər.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Akademik Arif Paşayevin doğum günüdür

Akademik Arif Paşayevin doğum günüdür

Akademik Arif Paşayev BMA-nın “Fəxri Qızıl Nişanı” və Diplomu ilə təltif olunub

BMA akademik Arif Paşayevi təltif edib

Akademik Arif Paşayevin doğum günüdür

29 Fevral 2020, 16:18 (GMT +4)
Qəbələdə qolf meydançasından oğurluq edilib

29 Fevral 2020, 16:05 (GMT +4)
Ağ Ev Tramp və Kurtzın görüşünü koronavirus səbəbiylə təxirə salıb

29 Fevral 2020, 16:03 (GMT +4)
Taekvondo üzrə açıq Bakı birinciliyinə start verilib

29 Fevral 2020, 15:49 (GMT +4)
İranda koronavirusa yoluxanlardan 123-ü sağalıb

29 Fevral 2020, 15:42 (GMT +4)
Gürcüstanda 170 nəfər karantinə alınıb

29 Fevral 2020, 15:38 (GMT +4)
DİN: Ötən gün yol qəzalarında 3 nəfər ölüb

29 Fevral 2020, 15:29 (GMT +4)
Azərbaycan İranla sərhədlərini bağlayır

29 Fevral 2020, 15:22 (GMT +4)
Taliban hökumət qüvvələrinə hücumların dayandırılması göstərişini verib

29 Fevral 2020, 15:15 (GMT +4)
AZAL Bakı-Tehran reysinə məhdudiyyət tətbiq edib

29 Fevral 2020, 15:07 (GMT +4)
Subsidiyaların mərhələli şəkildə “Fermer kartlarına” köçürülməsinə başlanılıb

29 Fevral 2020, 14:58 (GMT +4)
Ərdoğan Putinə Türkiyəni Suriya ilə "təkbətək" qoymağı təklif edib

29 Fevral 2020, 14:53 (GMT +4)
İrandan qayıdan daha iki Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb

29 Fevral 2020, 14:51 (GMT +4)
Baş Nazirin müavini Misirin Azərbaycandakı səfirliyində başsağlığı verib

29 Fevral 2020, 14:30 (GMT +4)
"Könüllü gömrükçü"lər DGK-nin müxtəlif strukturlarında fəaliyyətə başlayıblar

29 Fevral 2020, 14:25 (GMT +4)
ABŞ-da koronavirusa yoluxanların sayı 62 nəfərə çatıb

29 Fevral 2020, 14:16 (GMT +4)
Bakıda "Ürək və Damar Cərrahiyyəsi" elmi-praktik jurnalının təqdimatı olub

29 Fevral 2020, 14:06 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 43-ə çatıb, yoluxanlar 593 nəfərdir

29 Fevral 2020, 14:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

29 Fevral 2020, 13:57 (GMT +4)
Bakı Ali Neft Məktəbi PAŞA Bankla əməkdaşlığa başlayıb

29 Fevral 2020, 13:50 (GMT +4)
Pərviz Şahbazov: 2020-ci il Cənub Qaz Dəhlizinin tam istismara veriləcəyi tarixdir

29 Fevral 2020, 13:47 (GMT +4)
4 milyon insan Türkiyə sərhədlərinə doğru irəliləyir - Ərdoğan

29 Fevral 2020, 13:20 (GMT +4)
Bloomberg: Dünyanın ən varlı insanları bir həftə ərzində 444 milyard dollar itirib

29 Fevral 2020, 13:12 (GMT +4)
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər

29 Fevral 2020, 13:03 (GMT +4)
İran Parlamenti işini müvəqqəti dayandırıb

29 Fevral 2020, 13:00 (GMT +4)
“Novruz mühazirələri”nə başlanılır

29 Fevral 2020, 12:48 (GMT +4)
Ərəb Dövlətləri Liqası İdlibdə tərəfləri atəşkəsi bərpa etməyə çağırıb

29 Fevral 2020, 12:46 (GMT +4)
ABŞ konqresmeni Xocalı qətliamı ilə bağlı bəyanat verib

29 Fevral 2020, 12:37 (GMT +4)
KİV: Yunanıstan Türkiyəyə dəstəyə dair NATO bəyanatına veto qoyub

29 Fevral 2020, 12:30 (GMT +4)
Prezident: "Dünya Bankı “Doing Business” hesabatında Azərbaycanı ən islahatçı 20 ölkədən biri hesab edir"

29 Fevral 2020, 12:11 (GMT +4)
2020 Enactus Azərbaycan Qış Məktəbinə start verilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66