Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Anar Hüseynov: Azərbaycanın meyvə-tərəvəz məhsulları Rusiyada çox sevilir

22 Noyabr 2019, 18:47 (GMT +4)

Bakı, 22 noyabr, SalamNews. Rusiyanın paytaxtı Moskva şəhərində 10-cu Rusiya-Azərbaycan Regionlararası Forumu fəaliyyətə başlayıb. Tədbir Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Roskonqress Fondu tərəfindən təşkil olunur.

Kənd Təsərrüfatı Nazirliyindən SalamNews-a verilən məlumata görə, forum çərçivəsində bu gün "Kənd təsərrüfatında qarşılıqlı fəaliyyətin perspektivləri" mövzusunda dəyirmi masa baş tutub. Tədbirə Azərbaycan tərəfdən moderatorluq edən Kənd Təsərrüfatı nazirinin müşaviri Anar Hüseynov bildirib ki, Azərbaycan-Rusiya əlaqələri möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır. O qeyd edib ki, Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyi və iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir. Anar Hüseynov əlavə edib ki, Rusiya bazarı Azərbaycanın kənd təsərrüfatı məhsulları üçün ənənəvi bazardır və bu ölkəyə ixracda kənd təsərrüfatı məhsulları xüsusi yer tutur: “Azərbaycanın meyvə-tərəvəz məhsulları Rusiyada çox sevilir. Bu baxımdan iki ölkə arasında aqrar ticarətin genişləndirilməsi, aqrar tədqiqatlar sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi ilə bağlı birgə layihələrin həyata keçirilməsi məqsədəuyğundur”.

Dəyirmi masada Rusiya tərəfdən Stavropol Vilayətinin Kənd Təsərrüfatı naziri Vladimir Sitnikov, Smolensk Vilayəti Administrasiyasının rəhbərinin 1-ci müavini Murad Rasulov, Moskva Beynəlxalq Əlaqələr Dövlət İnstitutunun Beynəlxalq aqrar bazarlar və iqtisadi fəaliyyət kafedrasının müdiri Nataliya Çerner, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova, Dövlət Toxum Fondunun rəhbəri Emin Əliyev, Aqrolizinq ASC-nin şöbə müdiri Rasim İsmayılov, Aqrar Tədqiqatlar Mərkəzinin Tədqiqatlar departamentinin müdir müavini Pərviz Əliyev və digər rəsmi şəxslər çıxış ediblər.

Tədbirdə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan qurumların rəhbər şəxsləri tərəfindən ölkəmizdə aqrar sahədə həyata keçirilən islahatlar və layihələr barədə təqdimat nümayiş olunub. Görüş zamanı Azərbaycan istehsalı olan kənd təsərrüfatı məhsullarının Rusiya bazarlarına ixrac məsələləri müzakirə edilib, “Aqrar Tədarük və Təchizat” ASC tərəfindən hazırlanan və növbəti ildən etibarən qablaşdırılaraq ixracı nəzərdə tutulan yeni brend barədə tədbir iştirakçılarına məlumat verilib. Kənd təsərrüfatı sahəsində iki ölkə arasındakı əlaqələrin inkişaf perspektivləri ilə bağlı ətraflı müzakirə aparılıb.

Qeyd edək ki, forumun sonuncu günündə Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisi keçiriləcək. Sərgidə yer alan Azərbaycan pavilyonunda “Kənddən Şəhərə” brendi altında qablaşdırılan Zaqatala çayı, o cümlədən çoxlu sayda yerli istehsal olan kənd təsərrüfatı və qida məhsulları nümayiş olunacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

KTN Sabirabadda respublika müşavirəsi keçirib

KTN-nin nümayəndə heyəti Fransada səfərdə olub

KTN quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

KTN Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

KTN süd məhsullarının dəyəri ilə bağlı beynəlxalq şirkətlə müqavilə bağlayıb 

KTN sahibkarları iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir

KTN Azərbaycandan ixrac olunmuş təzə kartofun Qazaxıstandan geri qaytarılması haqqında məlumat yayıb

“Aqrolizinq” ASC-nin Braziliyadan damazlıq heyvanlar alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - KTN

Bakıya satış məqsədi ilə gətirilmiş yararsız at əti aşkar edilib - KTN

Havalar soyuq keçdiyindən, dərinə düşmüş toxumların cücərməsi ləngiyib - KTN

KTN ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub - KTN

KTN vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

KTN-də ictimai iştirakçılığın təmin olunması ilə bağlı “dəyirmi masa” keçirilib

Ötən gün 29 cinayət faktnın üstü “isti izlər”lə açılıb - DİN

Azərbaycan KTN-nin nümayəndə heyəti Astanada beynəlxalq konfransda iştirak edəcək

KTN-də “2015-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələr” mövzusunda iclas keçirilib

05 Dekabr 2019, 19:03 (GMT +4)
Prezident Şamaxıda «ASAN Həyat» kompleksinin açılışında iştirak edib

05 Dekabr 2019, 18:30 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

05 Dekabr 2019, 18:01 (GMT +4)
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

05 Dekabr 2019, 17:51 (GMT +4)
Əbülfəz Xamedov: Qazaxıstanda Ulu Öndərin adına park salınacaq

05 Dekabr 2019, 17:46 (GMT +4)
Nazir müavini Məhəbbət Vəliyeva Beyləqana səfər edib

05 Dekabr 2019, 17:44 (GMT +4)
Kembricdə ekoloji cəhətdən təmiz materiallardan məscid inşa edilib

05 Dekabr 2019, 17:29 (GMT +4)
Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək

05 Dekabr 2019, 17:27 (GMT +4)
Netanyahu və Pompeo «İran İmperiyasının zəiflədilməsi»ni müzakirə ediblər

05 Dekabr 2019, 17:11 (GMT +4)
Rusiya istehsalı MiG-29 qırıcısı Misirdə qəzaya uğrayıb

05 Dekabr 2019, 17:09 (GMT +4)
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib

05 Dekabr 2019, 16:57 (GMT +4)
Parisdə "sarı jiletlilər"in yürüşü başlayıb

05 Dekabr 2019, 16:56 (GMT +4)
Azərbaycan gömrükçüləri 142 ədəd metadon həbini dövriyyədən çıxarıb

05 Dekabr 2019, 16:37 (GMT +4)
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib

05 Dekabr 2019, 16:34 (GMT +4)
Qubada polis həmkəndlisinin evindən oğurluq edən şəxsi saxlayıb

05 Dekabr 2019, 16:29 (GMT +4)
“AtaBank” əmanətçiləri sevindirməyə davam edir

05 Dekabr 2019, 16:28 (GMT +4)
İş adamı: «AgroBirja»nın iş prinsipi bazarın individuallığı və spesifikliyinə görə formalaşır

05 Dekabr 2019, 16:18 (GMT +4)
"Furkan" vəqfinin qurucusu Alparslan Kuytul azadlığa buraxılıb

05 Dekabr 2019, 16:16 (GMT +4)
Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib

05 Dekabr 2019, 16:13 (GMT +4)
Bağdad və Kərbəlada iğtişaşları pisləyən aksiyalar keçirilib (FOTO)

05 Dekabr 2019, 16:03 (GMT +4)
“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

05 Dekabr 2019, 15:43 (GMT +4)
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır - Çavuşoğlu

05 Dekabr 2019, 15:38 (GMT +4)
AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

05 Dekabr 2019, 15:33 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi 1500-dən çox ağac əkiblər

05 Dekabr 2019, 15:23 (GMT +4)
“Turizm Könüllüləri” Təşkilatı geniş ictimaiyyətə təqdim edilib

05 Dekabr 2019, 15:05 (GMT +4)
Xırdalanda elektrik təchizatın yaxşılaşdırılması məqsədilə iki yarımstansiya tikilib

05 Dekabr 2019, 15:04 (GMT +4)
Məşhəddə prospektin üzərindən keçən piyada körpüsü uçub, yaralananlar var

05 Dekabr 2019, 14:54 (GMT +4)
Balakənddə qanunsuz olaraq at əti satan şəxs saxlanılıb

05 Dekabr 2019, 14:53 (GMT +4)
Kolumbiyada hökumət əleyhinə etiraz aksiyaları səngimir 

05 Dekabr 2019, 14:23 (GMT +4)
Xorvatiyalı və belaruslu qonaqlar “ASAN xidmət”də olub

05 Dekabr 2019, 14:20 (GMT +4)
Türkiyə ilə Qazaxıstan hərbi əməkdaşlığı inkişaf etdirir

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66