Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Təhsil Nazirliyi: Yeni proqram kifayət qədər geniş və əhatəlidir

22 Noyabr 2019, 17:42 (GMT +4)

Bakı, 22 noyabr, SalamNewsÖtən həftə Nazirlər Kabinetinin müvafiq qərarı ilə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alacaq Azərbaycan Respublikası vətəndaşlarının seçim Qaydaları” və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları” təsdiq olunub. Bu qərarla gənclərin xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi qaydalarının təsdiq olunması ali təhsil sistemimizin modernləşməsi yolunda ciddi addım kimi qiymətləndirilə bilər.

SalamNews Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədlinin müsahibəsini təqdim edir.

Məlum olduğu kimi, artıq “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsi və seçiminə dair Qaydalar təsdiq olunub. Doktorantura təhsili üzrə qəbulun aparılması hansı zərurətdən yaranıb?

- Diqqətinizə çatdırım ki, 2018-ci il noyabrın 16-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev "2019-2023-cü illərdə Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı" ilə bağlı sərəncam imzalayıb. Bu sərəncam iki əsas istiqaməti nəzərdə tutur. Birinci istiqamət dünyanın nüfuzlu universitetləri ilə Azərbaycan universitetləri arasında ölkə iqtisadiyyatı üçün prioritet sahələr üzrə ikili dövlət proqramlarının təsis olunmasıdır.

İkinci istiqamət isə hazırda elan etdiyimiz xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlıdır. İkinci istiqamət, yəni doktorantura təhsilinin seçim və maliyyələşdirmə qaydaları ötən həftə Nazirlər Kabineti tərəfindən təsdiq olunub. Bu, çoxdan gözlənilən bir tələb idi, söhbət Azərbaycanda ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılmasından gedir. Ali təhsil sistemimiz yüksək ixtisaslı kadrların hazırlanmasına, Azərbaycan ali təhsil sisteminin dünya standartlarına uyğun kadrlarla təmin olunmasına, dünyanın ən yaxşı ali təhsil müəssisələrinin doktorantura səviyyəsini bitirən kadrlara ehtiyac duyur. Bu kadrlar vətənə dönüb Azərbaycanın ali təhsilinə öz töhfələrini verməlidirlər.
Bu ölkə Prezidenti tərəfindən təsdiq edilmiş bu proqram çox mühüm əhəmiyyətə malikdir.

- İlk növbədə, bilmək istərdik, kimlər bu seçimdən yararlana biləcək?

- Seçim qaydalarına əsasən, bakalavr və ya magistr ali təhsil dərəcəsinə malik olan və ən vacib məsələ, dünyanın (“Times Higher Education (THE) World University Rankings və ya Academic Ranking of World Universities (Shanghai)” reytinq cədvəllərində ilk 500-də yer alan universitetlərə qəbul olunmuş Azərbaycan Respublikası vətəndaşları proqrama müraciət edə bilərlər. Universitetlərə qəbul olduqdan sonra onlar artıq proqrama müraciət edib təhsillərinin maliyyələşməsi üçün seçim qaydalarına uyğun olaraq müsabiqədə iştirak edə bilərlər. Yaş məhdudiyyəti yoxdur, bu da proqramın kifayət qədər geniş əhatəliliyini özündə ehtiva edir.

- Proqramda hansı prioritet ixtisas istiqamətləri müəyyən olunub?

- Cari ilin mayında Nazirlər Kabineti proqram üzrə prioritet istiqamətləri müəyyən edib. Bir çox sahələr, istiqamətlər proqram tərəfindən ehtiva olunur. Buraya həm dəqiq elmlər, aqrar, texniki-texnoloji, sosial, humanitar istiqamətlər aiddir. Azərbaycan vətəndaşları prioritet istiqamətlər üzrə müvafiq ixtisasları seçib universitetlərdən qəbul aldıqdan sonra proqrama müraciət edə bilərlər.
Seçim qaydaları müəyyən olunub və artıq Təhsil Nazirliyinin saytında doktoranturaya sənəd qəbulu ilə bağlı elan yerləşdirilib. Yanvar ayının 10-a kimi sənəd qəbulu davam edəcəkdir. Bu, yaz semestrini əhatə edir. Payız semestri üçün isə sənəd qəbulu yay aylarında elan ediləcək. Bundan başqa, hazırda siyahıda olan dünyanın nüfuzlu universitetlərində doktorantura təhsili alan Azərbaycan vətəndaşları da təhsillərinin yerdə qalan hissəsinin maliyyələşdirilməsi üçün proqrama müraciət edə bilərlər.

- Azərbaycan vətəndaşlarının xaricdə doktorantura təhsili üzrə maliyyələşdirilməsi necə aparılacaq?

- Dövlət Proqramı çərçivəsində əsasən təhsil xərcləri, viza və təhsil aldığı ölkədə qeydiyyat xərcləri, aylıq yaşayış xərcləri, tibbi sığorta xərcləri, beynəlxalq nəqliyyat xərcləri ödənilir. Bununla bağlı Təhsil Nazirliyində uğurlu təcrübə var. Resurs olaraq Dövlət Proqramında nəzərdə tutulduğu kimi maliyyə vəsaiti Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən ayrılacaq.

- Tələbələrin müraciətinə baxılması proseduru necə həyata keçiriləcək?

- Bu məqsədlə Təhsil Nazirliyi tərəfindən elektron ərizə sistemi yaradılıb. İddiaçılar platforma üzərindən öz ərizələrini təqdim edirlər. İlkin olaraq müraciət edənlərin seçim kriteriyalarına uyğun gəlib-gəlmədiyi müəyyənləşdirilir. Bundan sonra meyarlara uyğun olan şəxslər müsahibə mərhələsinə buraxılırlar. Bundan ötrü müsahibə qaydalarında nəzərdə tutulduğu kimi, xüsusi komissiya yaradılacaq. Müxtəlif qurumların, aidiyyəti orqanların nümayəndələrindən təşkil olunan komissiya müraciətləri nəzərdən keçirəcək və daha sonra artıq seçilmiş tələbələr proqramdan yararlana biləcəklər.

- Doktorantura təhsili üzrə yeni qaydalar tələbələr qarşısında hansı öhdəliklər qoyur?

- Qaydalara müvafiq olaraq, doktorant, onun təhsilini başa vurduqdan sonra ölkəyə qayıdıb çalışacağı yerli ali təhsil müəssisəsi və Təhsil Nazirliyi arasında üç tərəfli müqavilənin imzalanması nəzərdə tutulur. Həmin müqavilədə doktorantların əsas öhdəlikləri də özünü əks etdirəcək. Təbii ki, əsas öhdəlik qəbul olunduğu xarici ali təhsil müəssisəsindəki təhsil və tədqiqatı tələb olunan minimum normativ müddətdə başa çatdırmaq və fəaliyyət göstərəcəyi yerli ali təhsil müəssisəsinə qayıtmaqdır.

- Gələcəkdə proqramın əhatə dairəsinin genişlənməsi mümkündürmü?

- Əlbəttə ki, genişlənə bilər. 2020-ci il ərzində ilkin olaraq 100-ə qədər tələbənin maliyyələşdirilməsi nəzərdə tutulur. Bu hesablama hökumətlərarası təqaüd proqramları və "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində doktorantura təhsilinə müraciət edənlərin sayı nəzərə alınaraq proqnozlaşdırılır. Tələbat kifayət qədər böyük olduğu təqdirdə, gələcəkdə say məsələsi nəzərdən keçirilə bilər. Bu, əlbəttə ki, daha çox ictimaiyyətdən gələn sosial sifarişdən asılı olacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

2021-ci ildə Beynəlxalq Etnoidman Forumu Bakıda keçiriləcək

Ankara Afinanın etnik türklərə qarşı münasibətini tənqid edib

BMT qətnaməsinə baxmayaraq Xəlifə Haftar Liviyada döyüşü davam etdirəcəyini bildirib

ABŞ Senatı Trampın İrana qarşı səlahiyyətlərini məhdudlaşdıran qətnamə qəbul edib 

BMT Təhlükəsizlik Şurası Liviyada atəşkəsin bərpası haqda qətnamə qəbul edib

Pelosi ABŞ Konqresində Trampın nitqinin mətnini cırıb

Kapital Bank “Partners and Business” sərgisinin tərəfdaşı olacaq

BMT TŞ Suriyaya humanitar yardım göndərilməsinin müddətinin uzadılması ilə bağlı qətnamə qəbul edib

İranın ABŞ-ın BMT qətnaməsini pozmasına cavab verməyə haqqı çatır - Moskva

"Opalus Partners Group" şirkətinin növbəti "HR Meetup" tədbiri keçirilib

ŞKTR ABŞ-ın Kipr yunanlarına silah verməsi ilə bağlı qətnaməni pisləyib

Türkiyə Parlamenti ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsini pisləyib

Türkiyə XİN: ABŞ Senatının qətnaməsi tarixin siyasiləşdirilməsinin xəcalətverici nümunəsidir

ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsi siyasi şoudur -Çavuşoğlu

ABŞ Senatı qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsini qəbul edib

KİV: Ağ Ev Senatda 1915-ci il hadisələri ilə bağlı qətnaməni bloka salıb

Milli Məclisin qərarının mətni açıqlanıb

"Opalus Partners Group" şirkətinin ilk təlimi keçirilib

Senator Ağ Evin tələbi ilə qondarma erməni soyqırımı qətnaməsinə veto qoyub

ABŞ senatoru 1915-ci illə bağlı qətnaməyə veto qoyub

26 Fevral 2020, 18:10 (GMT +4)
Bakıda saxta kərə yağı istehsal edən müəssisənin fəaliyyəti məhdudlaşdırılıb

26 Fevral 2020, 18:05 (GMT +4)
“Azərişıq” ASC-də Xocalı faciəsinin ildönümü ilə bağlı tədbir keçirilib

26 Fevral 2020, 18:00 (GMT +4)
DSX: Türkiyə-Naxçıvan sərhədi açılıb

26 Fevral 2020, 17:54 (GMT +4)
Məşğulluqla bağlı 2020-ci il üçün Tədbirlər Planı təsdiqlənib

26 Fevral 2020, 17:48 (GMT +4)
Məcburi köçkünlər üçün yeni binalar tikiləcək

26 Fevral 2020, 17:47 (GMT +4)
Putin Ərdoğanı ad günü münasibətilə təbrik edib

26 Fevral 2020, 17:34 (GMT +4)
Vyanada İran nüvə sazişilə bağlı 4+1 formatında toplantı işinə başlayıb

26 Fevral 2020, 17:11 (GMT +4)
“E-sosial”ın aktiv istifadəçi sayı 153,6 minə çatıb

26 Fevral 2020, 17:10 (GMT +4)
Kiyevdə Xocalı soyqırımı haqqında məlumatlandırıcı bilbordlar qurulub

26 Fevral 2020, 17:01 (GMT +4)
Moldovada Xocalı soyqırımı ilə bağlı yürüş keçirilib

26 Fevral 2020, 17:00 (GMT +4)
Tanrıverdi Mustafayev: Güclü külək iri gövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb

26 Fevral 2020, 16:54 (GMT +4)
2 saylı DOST mərkəzinə iki ayda 5 minə yaxın müraciət daxil olub

26 Fevral 2020, 16:45 (GMT +4)
İran ABŞ-a koronavirusdan sui-istifadə etməyə imkan verməyəcək - Həsən Ruhani

26 Fevral 2020, 16:45 (GMT +4)
ÜST ekspertləri koronavirusla bağlı vəziyyətə görə İrana səfər edəcək 

26 Fevral 2020, 16:30 (GMT +4)
İtaliyada koronavirusa görə "Mission Impossible" filminin çəkilişi dayandırılıb

26 Fevral 2020, 16:17 (GMT +4)
Azercell ADA Universitetinin təqaüd proqramına dəstək olur

26 Fevral 2020, 16:15 (GMT +4)
Nyu-Delhidə qarşıdurmalar zamanı ölənlərin sayı 20-yə çatıb

26 Fevral 2020, 16:05 (GMT +4)
MN: Azərbaycan Ordusunda koronavirusa qarşı ciddi tədbirlər həyata keçirilir

26 Fevral 2020, 15:55 (GMT +4)
ABŞ-da prezidentliyə namizəd səfirliyi Qüdsdən Təl-Əvivə qaytaracağını bildirib

26 Fevral 2020, 15:51 (GMT +4)
Aprel şəhidi Nəcməddin Savalanov yaşasaydı bu gün 35 yaşı olacaqdı

26 Fevral 2020, 15:44 (GMT +4)
Xocalı ilə bağlı bəyanat Belarus XİN-ə və ölkədəki səfirliklərə təqdim edilib

26 Fevral 2020, 15:24 (GMT +4)
MSK: Ümumilikdə 328 seçki məntəqəsində nəticələr ləğv edilib

26 Fevral 2020, 15:11 (GMT +4)
Cənubi Koreyada koronavirusa yoluxanların sayı artıb 

26 Fevral 2020, 15:00 (GMT +4)
Dövlət Gömrük Komitəsinin sədri vətəndaşları qəbul edəcək

26 Fevral 2020, 14:59 (GMT +4)
İraqın Səlahəddin əyalətində əməliyyat zamanı 39 İŞİD-çi zərərsizləşdirilib

26 Fevral 2020, 14:52 (GMT +4)
Bu gün Cəlilabad xəstəxanasına koronavirusa görə 29 nəfər daxil olub (RƏSMİ)

26 Fevral 2020, 14:48 (GMT +4)
Türkiyə İdlib məsələsində güzəştə getməyəcək - Ərdoğan

26 Fevral 2020, 14:40 (GMT +4)
ABŞ Dövlət Departamenti Xocalı faciəsi ilə bağlı bəyanat verib

26 Fevral 2020, 14:27 (GMT +4)
Külli miqdarda xarici valyutanın ölkədən çıxmasının qarşısı alınıb

26 Fevral 2020, 13:54 (GMT +4)
Çoxistifadəli ekopaketlər polietilen torbaların istifadəsini azalda bilər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66