Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Çovdarda 100 min ağac tingi yetişdiriləcək

22 Noyabr 2019, 17:00 (GMT +4)

Bakı, 22 noyabr, SalamNews.“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) qiymətli və əlvan metal yataqlarının işlənilməsi istiqamətində fəaliyyət göstərən dağ-mədən şirkəti olaraq, hasilat prosesi zamanı ətraf mühitə təsirlərin minimuma endirilməsi istiqamətində ardıcıl ekoloji tədbirlər həyata keçirməkdədir. Bu tədbirlərin davamı olaraq, Cəmiyyət “Regional İnkişaf” İctimai Birliyi və İDEA İctimai Birliyi ilə birgə əməkdaşlıq çərçivəsində ətraf mühitin mühafizəsi istiqamətində yeni yaşıllaşdırma layihəsinin icrasına başlayır.

Layihə çərçivəsində Balakən rayonunda yerləşən meşə ərazisindən 500 kq-dan çox palıd qozası tədarük edilib. Palıd qozalarından ayrılan 100 mindən çox toxum Çovdar Filiz Emalı sahəsində tingliyin salınması üçün istifadə olunacaq. Hal-hazırda 20 mindən çox toxum aqrotexniki qaydalara uyğun olaraq əkilib və əkim prosesi davam etdirilir.

Layihənin məqsədi yaşıllaşdırma işlərinin həyata keçirilməsi ilə ətraf mühtin mühafizəsi, həmçinin mədən ərazilərində hasilat zamanı təbiətə potensial mənfi təsirlərin qarşısının alınmasıdır.

Tinglərin daimi yerinə köçürülməsini təmin etmək üçün müvafiq tədbirlərin görülməsi nəzərdə tutulub. Qeyd edək ki, yetişdiriləcək palıd tingləri ağacəkmə aksiyalarında istifadə edilərək təqribən 40 hektara yaxın ərazinin yaşıllaşdırılmasına imkan yaradacaq.

Xatırladaq ki, Cəmiyyət ekoloji siyasət çərçivəsində öhdəliklərin yerinə yetirilməsi məqsədilə fəaliyyət göstərdiyi ərazilərdə ekoloji tarazlığın qorunması və bərpası istiqamətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və bu sahədə fəaliyyət göstərən digər aidiyyatı dövlət və özəl qurumlarla birgə davamlı işlər həyata keçirir. Çovdar filiz emalı sahəsində ekoloji monitorinq proqramına uyğun mütəmadi olaraq tozölçmə işlərinin həyata keçirilməsi, torpaq, su hövzələri və su tutarlarından götürülən nümunələr əsasında təhlillərin aparılması, eyni zamanda istehsalat prosesi nəticəsində yaranan bütün növ tullantıların qanuna müvafiq şəkildə idarə olunması kimi tədbirlər “AzerGold” QSC tərəfindən reallaşdırılmaqdadır. QSC tərəfindən ekoloji siyasət çərçivəsində ətraf ərazilərin tullantılardan təmizlənməsi üçün mütəmadi iməcilik aksiyaları keçirilir. Bu kimi tədbirlərin həyata keçirilməsi nəticəsində Çovdar Filiz Emalı sahəsində bugünədək 8000-dən artıq ağac və kol əkilib, yaşıllıqlar salınıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“AzerGold” QSC İSO beynəlxalq standart Sertifikatlarına layiq görülüb

“AzerGold” QSC-nin nümayəndələri Tacikistanda səfərdə olublar

INNOLAND və “AzerGold” QSC startapları müəyyənləşdirib

“AzerGold” QSC-nin geoloji tədqiqat işləri müsbət nəticələr verməkdədir

“AzerGold” QSC ilə ADAU arasında əməkdaşlıq memorandumu imzalanıb

“AzerGold” QSC Tacikistanın nümayəndə heyəti ilə görüşüb

“INNOLAND” “AzerGold” ilə birgə Akselerasiya Proqramına başlayıb

“AzerGold” əməyin təhlükəsizliyinə dair maarifləndirici tədbir keçirib

"AzerGold" QSC optimallaşdırma işlərini davam etdirir

“AzerGold” QSC 1163 kiloqram civə ixrac edib

“AzerGold” QSC sikkə və külçələrin təqdimat mərasimini keçirib

“AzerGold” QSC gənclərin peşə təcrübəsi toplamasına dəstək verir

“AzerGold” QSC qızıl hasilatını artırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” anlaşma memorandumu imzalayıb

ETSN-lə “AzerGold” QSC arasında Filizçay yatağında görüş keçirilib

Muxtar Babayev “AzerGold”un sədri ilə görüşüb

"AzerGold" geoloji-kəşfiyyat və tədqiqat işlərini davam etdirir

“AzerGold” QSC və “ADA” Universiteti əməkdaşlıq memorandumu imzalayıblar

“AzerGold” bu il 150 min unsiyayadək qiymətli metal ixrac edib

“AzerGold” Londonda beynəlxalq dağ-mədən konfransında təmsil olunub

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

14 Dekabr 2019, 13:49 (GMT +4)
"Şahdağ" Turizm Mərkəzində SOCAR-ın yanacaqdoldurma məntəqəsi tikilir

14 Dekabr 2019, 13:40 (GMT +4)
ŞKTR ABŞ-ın Kipr yunanlarına silah verməsi ilə bağlı qətnaməni pisləyib

14 Dekabr 2019, 13:23 (GMT +4)
Ulu öndərin anım gününə həsr edilmiş elmi konfrans keçirilib (FOTOLAR)

14 Dekabr 2019, 13:16 (GMT +4)
Əfqanıstanın Qarabağ rayonunda Talibanın hücumunda ordunun 25 əsgəri həlak olub

14 Dekabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14 Dekabr 2019, 13:14 (GMT +4)
LG Group-un keçmiş sədri vəfat edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66