Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

"Aztelekom" Abşeronda 50 ONU tipli ATS quraşdırıb

22 Noyabr 2019, 15:01 (GMT +4)

Bakı, 22 noyabr, SalamNews. Abşeron rayonunun Saray qəsəbəsi, Atyalı Nübar qəsəbəsi, Novxanı bağları, Goradil, Məhəmmədli, Qobustan kəndi, Çaylı, Pirəküşkül, Aşağı və Yuxarı Güzdək kəndlərində, Sulutəpə qəsəbəsi Xocahəsən yaşayış massivi, digər kəndlər və yeni yaşayış massivləri də daxil olmaqla Abşeron Telekommunikasiya Qovşağının xidməti ərazisində telekommunikasiya infrastrukturu yenidən qurulur.

SalamNews xəbər verir ki, layihələri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “Aztelekom” MMC həyata keçirir.

Qurumun açılamasında deyilir ki, bu layihələr regionlarda informasiya- kommunikasiya texnologiyalarının inkişafı, infrastrukturun yenidən qurularaq təkmilləşdirilməsi, xidmətlərə olan tələbatın ödənilməsi məqsədilə reallaşdırılır.

Bu layihələr çərçivəsində beynəlxalq standartlara uyğun yüksək keyfiyyətli və rəqabətə davamlı texnologiyalara əsaslanan avadanlıqların tətbiqi nəzərdə tutulur.

Genişzolaqlı infrastrukturun yenidən qurulması və nəticədə xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində görülən planlı işlər ilkin mərhələdə bir neçə regionu əhatə edir. Hazırda Abşeron rayonu üzrə layihə çərçivəsində işlər artıq yekunlaşmaq üzrədir.

Qovşağın xidmət ərazisi üzrə 50 ədəd ONU (Çöl tipli Elektron ATS) avadanlığının qurulması üçün işlər başa çatdırılıb. Quraşdırılan avadanlıqların 80%-i artıq istifadəyə verilib. GPON layihəsinin həyata keçirilməsi üçün kabel-kanal qurğuları tikilir. Ümumilikdə ONU və GPON layihəsi üçün 65 min metrə yaxın birləşdirici fiber-optik kabelləri çəkilib.

Uzaq məsafədə yerləşən paylayıcı şkaflardakı on üç minə yaxın abunəçiyə yeni quraşdırılan ONU avadanlığından xidmət göstəriləcək. Bu da öz növbəsində internetin keyfiyyətinin nəzərəçarpacaq dərəcədə yüksəldilməsinə səbəb olacaq.

Abşeron rayonunun mərkəzi və yeni yaşayış massivlərinin telefona olan təlabatı nəzərə alınaraq GPON (Gigabit Passive Optical Network) layihəsi hazırlanıb. Layihə əsasında Mehdiabad qəsəbəsində yeni tikilmiş həyət evləri üçün Optik paylayıcı şkaf quraşdırılaraq 600 abunəlik daxili xətt şəbəkəsi üçün 8000 metrə yaxın müxtəlif tutumlu fiber-optik kabel çəkilib. Hazırda vətəndaşlara internet və telefon xidməti göstərilir.

İlk növbədə xidmətə daha çox təlabat olan ərazilərdə yeni avadanlıqların quraşdırılması həyata keçirilir. Belə ki, Xırdalan şəhəri H.Əliyev prospektində 1 ədəd OPŞ quraşdırılaraq “1 May yaşayış massivi”nə (həyət evlərinə) və çoxmərtəbəli yeni yaşayış binalarına daxili xətt şəbəkəsi tikilməklə 3000-ə yaxın mənzilə xidmət göstəriləcək.

“Aztelekom” MMC-nin xidməti ərazisi üzrə əhatə dairəsinin genişləndirilməsi və yüksək keyfiyyətli xidmətlərin verilməsinin daha da artırılması məqsədilə yeni texnologiyaların regionlarda tətbiqi istiqamətində ardıcıl işlərin həyata keçirilməsi davam etdirilir.

“Aztelekom” MMC-nin Texniki departamentinin direktoru Cəbrayıl Hüseynov jurnalistlərə açıqlamasında bildirib ki, təmsil etdiyi qurum yeni texnologiyaların əhatə dairəsini genişləndirir:

“Aztelekom” tərəfindən regionlarda yeni texnologiyaların tətbiqi ilə layihələr həyata keçirilir, əhatə dairəsi genişləndirilir. Layihə çərçivəsində Abşeron rayonu ərazisində tərəfimizdən yenidənqurma işləri aparılır.Məqsədimiz müştərilərimizə keyfiyyətli xidmət göstərməklə yanaşı xidmətlərin çeşidini də artırmaqdır".


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Aztelekom” tərəfindən simsiz internet və telefoniya xidmətləri qurulur

“Aztelekom” əməkdaşları Nabranda təmizlik aksiyası keçirib

"Aztelekom” öz planlarını açıqlayıb

“Aztelekom”da uğurla təcrübə keçən tələbələrə iş təklif olunub

“Aztelekom” internet xidmətləri üzrə yenilik edib

“Aztelekom”un internet istifadəçilərinin sayı 250 min nəfərə çatıb

Sabah bəzi rayonlarda internet təchizatında müəyyən fasilələr yarana bilər - Aztelekom

“Aztelekom” rabitə xidmətlərinin keyfiyyətini müəyyən etmək üçün Masazırda sorğu keçirib

“Aztelekom”a məxsus kabelləri oğurlayan şəxs tutulub

"Aztelekom" İstehsalat Birliyinin sabiq baş direktoru YAP üzvlüyündən xaric edilib

“Aztelekom” MMC-nin baş direktoru barəsində həbs qətimkan tədbiri seçilib

“Aztelekom”da tətbiq edilən yeniliklərlə bağlı təqdimat mərasimi keçirilib

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

14 Dekabr 2019, 13:49 (GMT +4)
"Şahdağ" Turizm Mərkəzində SOCAR-ın yanacaqdoldurma məntəqəsi tikilir

14 Dekabr 2019, 13:40 (GMT +4)
ŞKTR ABŞ-ın Kipr yunanlarına silah verməsi ilə bağlı qətnaməni pisləyib

14 Dekabr 2019, 13:23 (GMT +4)
Ulu öndərin anım gününə həsr edilmiş elmi konfrans keçirilib (FOTOLAR)

14 Dekabr 2019, 13:16 (GMT +4)
Əfqanıstanın Qarabağ rayonunda Talibanın hücumunda ordunun 25 əsgəri həlak olub

14 Dekabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14 Dekabr 2019, 13:14 (GMT +4)
LG Group-un keçmiş sədri vəfat edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66