Rusiya XİN İŞİD liderinin ləğv edilməsinə şübhə ilə yanaşır22 Noyabr 2019, 15:20 (GMT +4) Bakı, 22 noyabr, SalamNews. Rusiya Xarici İşlər Nazirinin müavini Oleq Sıromolotov, RİA Novosti-yə verdiyi müsahibədə Xarici İşlər Nazirliyinin, İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin ABŞ tərəfindən məhv edilməsinə dair etibarlı məlumata sahib olmadığını bildirib.
"Hərbçilərimizdə İŞİD-in keçmiş sahə komandiri Əbu Bəkr əl-Bağdadini məhv etmək üçün keçirilən əməliyyat və nəticələri barədə etibarlı məlumatlar yoxdur", o deyib.
SalamNews-un verdiyi xəbərə görə, oktyabrın 27-də ABŞ prezidenti Donald Tramp əl-Bağdadinin məhv edildiyini elan edib. Rusiya, İraq, Suriya və kürdlərə İŞİD liderinin aradan qaldırılmasında göstərdikləri dəstəyə görə təşəkkür edib.
|