Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Azərbaycanlı iş adamı: Sərmayənin milliləşməsi istiqamətində islahatlar aparılması şərtdir

22 Noyabr 2019, 15:31 (GMT +4)

Bakı, 22 noyabr, SalamNews. Hər ölkədə sərmayənin güclənməsi kapitalın milliləşməsinə bağlıdır. Sərmayənin milliləşməsi geniş, konseptual mövzudur və bu yöndə islahatlar aparılması şərtdir.

Bu sözləri SalamNews-a açıqlamasında iş adamı Elvin Abbasov qeyd edib.

Onun sözlərinə görə, sərmayənin milliləşməsi üçün sərmayəyə dair milli məsuliyyətlilik hissini artırmaq lazımdır: "İqdisadi sabitlik ancaq bu yolla qoruna bilər. Bunun üçün istehlakçı iqtisadiyyatı yox, istehsalçı iqtisadiyyatının mexanizmi sistemləşdirilməlidir. Təkmilləşmənin ən fundamental amili intellektual sərmayənin güclənməsidir".

O qeyd edib ki, ölkədə başlayan yeni layihələrin icrası sırasında bəzi hallarda əsasən xarici təşkilatların və şirkətlərin bilik və təcrübəsinə müraciət edilir, bu istiqamətdə iri həcmdə vəsait xərclənir.

"Digər tərəfdən, bu prosesdə yerli şirkətlərin iştirakı məhdudlaşdırılır və ya işçilik statusundan irəli getmir. Bu, öz-özlüyündə sərmayənin milliləşməsinə zidd bir prosesdir. Halbuki, yerli şirkətlərin təcrübəsinin artırılmasına və mütəxəssislərin inkişafına dəstək baxımından dövlət əhəmiyyətli layihələrdə xarici şirkətlər ilə yerli şirkətlər arasında bilik və təcrübə münasibətlərinin ötürülməsi mexanizmı yaradılmalıdır. Bunu təyin edən əsas prinsiplərdən biri də hər bir layihənin yerli şirkətlərlə birlikdə icrası, hətta xarici şirkətlərə yerli şirkətlərin baş iştirakçısı olma şərtinin tanınmasıdır. Bu mexanizm yerli şirkətlərin təcrübəsinin artmasında və mütəxəssislərin yetişdirilməsində mühüm rol oynayacaq. Bu səbəbdən ölkəmizdə dövlət sektorunda və sahibkarlıq fəalliyyətlərində azad fikirli insanlar intellektual yeniliyi dəstəkləməli, iqtisadi strategiyanı müasir dünyanın tələblərinə uyğun və milli şüurla təkmilləşdirməlidir", - Abbasov qeyd edib.

Abbasovun fikrincə sərmayənin milliləşmə strategiyası aşağıdakı istiqamətlər üzrə aparılmalıdır:

- Öz əmək və istehsalatımızın gücü ilə bütün istiqamətlərdə məhsuldarlığın və eyni zamanda keyfiyyətin artırılması müstəqil iqtisadiyyat üçün ən böyük amil və milli iqtisadiyyat modelidir.

- Bu milli inkişaf mexanizmi müstəmləkəçi ölkələrə qarşı iqtisadi müharibədə müdafiə qalxanı yaradır.

- Beynəlxalq təcrübədən yararlanmaq və bu təcrübənin mənimsəmə prosesi icra edilən layihələrdə yerli şirkətlərin və mütəxəssislərin iştirakı mütləq şərt olmalıdır. Eyni istiqamət üzrə növbəti layihə yerli şirkətlərə verilərək yerli mütəxəssislərin bilik və təcrübəsinin təkmilləşmə mexanizmi yaradılmış olacaq.

- Şirkətlərimizin spesifik sahələrinə fokuslanıb bilik və əmək qabiliyyətini gücləndirib dünya rəqabətciliyinə qoşulma vaxtı çatıb, hətta bu işdə gecikmişik. Əsas hədəf daxili bazar yox, xarici bazar olmalıdır. Şirkətlərimizin brendləşib xarici bazarda rəqabət prosesinə qoşulması ilə sərmayənin xaricə axınının qarşısını alıb, tam əks prosesə başlanmalıyıq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

23 Yanvar 2020, 16:20 (GMT +4)
Almaniyada məktəb avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

23 Yanvar 2020, 16:12 (GMT +4)
Bakı Beynəlxalq Avtovağzalında “LIBRAFF”ın oxu məntəqələri yaradılıb

23 Yanvar 2020, 16:06 (GMT +4)
ABAD” “food truck”-ı Şahdağ Qış-Yay Turizm Kompleksində fəaliyyətə başlayıb

23 Yanvar 2020, 15:57 (GMT +4)
Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib

23 Yanvar 2020, 15:56 (GMT +4)
Pentaqon mənbələri İraqda havadan müdafiə sistemlərin yerləşdiriləcəyini bildiriblər

23 Yanvar 2020, 15:49 (GMT +4)
Füzulidə məcburi köçkün qadınlar üçün biznes sahələri yaradılıb

23 Yanvar 2020, 15:43 (GMT +4)
Türkiyə Gürcüstanın NATO-ya daxil olmasının tərəfdarıdır

23 Yanvar 2020, 15:30 (GMT +4)
Doktoranturaya və dissertanturaya xarici dil üzrə imtahan verəcək namizədlərin sayı açıqlanıb

23 Yanvar 2020, 15:20 (GMT +4)
Pompeo Rusiya və Kubanı tənqid edib

23 Yanvar 2020, 15:12 (GMT +4)
“Mastercard” yeni platforma yaradıb

23 Yanvar 2020, 15:08 (GMT +4)
Bakı Şəhər Mədəniyyət Baş İdarəsində görüş keçirilib

23 Yanvar 2020, 15:06 (GMT +4)
Suriyada partlayış nəticəsində bir neçə türk əsgəri həlak olub və yaralanıb

23 Yanvar 2020, 14:54 (GMT +4)
“Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda yaradacaq

23 Yanvar 2020, 14:48 (GMT +4)
BDU-da imtahanlara ictimai baxış keçirilib

23 Yanvar 2020, 14:46 (GMT +4)
Çində yeni koronavirusa yoluxanların sayı 610-u keçib

23 Yanvar 2020, 14:32 (GMT +4)
Təhsil naziri Salyanda vətəndaşları qəbul edib

23 Yanvar 2020, 14:06 (GMT +4)
El Mundo: İspaniyada fırtına nəticəsində on nəfər ölüb

23 Yanvar 2020, 14:02 (GMT +4)
Səudiyyə Yəmənin Nəhim bölgəsinə şiddətli hava zərbələri endirib, ölənlər var

23 Yanvar 2020, 13:50 (GMT +4)
Şəhid Cavanşir İbrahimovun təltif olunduğu medal oğluna təqdim edilib

23 Yanvar 2020, 13:43 (GMT +4)
Davosda AÇQ yataqlar blokunun işlənilməsi üzrə yeni layihəyə dair müzakirələr aparılıb

23 Yanvar 2020, 13:32 (GMT +4)
KOBİA yanında İctimai Şuranın forumunda qida biznesi sahəsində müzakirələr aparılıb

23 Yanvar 2020, 13:23 (GMT +4)
Sabah Bakıda sulu qar yağacaq, temperatur 0 dərəcəyə düşəcək

23 Yanvar 2020, 13:20 (GMT +4)
Rusiyalı Balidə hovuzda ölü tapılıb

23 Yanvar 2020, 13:11 (GMT +4)
Aqrar Xidmətlər Agentliyi hüquqi və fiziki şəxslərə müraciət edib

23 Yanvar 2020, 13:08 (GMT +4)
İdlibdə radikal qruplaşmaların hücumunda ölən suriyalı əsgərlərin sayı 40-ı keçib

23 Yanvar 2020, 13:03 (GMT +4)
Ali Məhkəmədə MDB Müşahidə Missiyasının nümayəndə heyəti ilə görüş olub

23 Yanvar 2020, 12:52 (GMT +4)
Rusiya və İsrail övladlığa götürülmə ilə bağlı müqavilə imzalayıblar

23 Yanvar 2020, 12:42 (GMT +4)
Ötən il Energetika Nazirliyində inzibati xətalarla bağlı 686 işə baxılıb

23 Yanvar 2020, 12:23 (GMT +4)
İranın qapıları danışıq aparmaq istəyən bütün ərəb qonşulara açıqdır – Cavad Zərif

23 Yanvar 2020, 12:19 (GMT +4)
Prezident İlham Əliyevin Davosda İsveçrə Prezidenti ilə görüşü olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66