Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AQTA paytaxtda daha bir şirniyyat sexinin fəaliyyətini məhdudlaşdırıb

22 Noyabr 2019, 14:06 (GMT +4)

Bakı, 22 noyabr, SalamNews.Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) 1003 - Çağrı Mərkəzinə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlər mütəmadi olaraq Agentliyin mütəxəssisləri tərəfindən təhlil edilərək araşdırılır və bu məlumatlar əsasında istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirlər davam etdirilir.

SalamNews Agentliyə istinadən xəbər verir ki, AQTA əməkdaşları Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şəfəq küçəsi 8 ünvanında fəaliyyət göstərən “Balu” şirniyyat sexinə reyd keçiriblər. Müəyyən olunub ki, fiziki şəxs Nağıyev Seymur Həsən oğluna məxsus şirniyyat sexi unlu qənnadı məmumalatlarının istehsalı ilə məşğul olur. İstehsal üçün yararsız, köhnə tikilidə fəaliyyət göstərən sexdə “Balu” adı altında müxtəlif növ şirniyyatlar hazırlanır.

Reyd zamanı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin istehsal üçün həddən artıq yararsız olduğu, sanitar norma və qaydaların kobud şəkildə pozulduğu aşkarlanıb.
Məlum olub ki, müəssisədə istifadə edilən un kisələri çirkli, birbaşa yerdən və divara bitişik vəziyyətdə saxlanılmaqla, un ələk və maqnit tutuculardan keçirilmədən, çirkli xəmir qarışdıran qazanlarda yoğrularaq, şirniyyatlar sanitar-gigiyenik vəziyyəti qeyri-qənaətbəxş olan sobada bişirilir.

Reyd zamanı xammalın qəbulu, saxlanılması, məhsulun istehsalı, xəmirqarışdıran qazan və digər avadanlıqların yuyulması, hazır şirniyyat məhsullarının saxlanılması eyni sahədə, sanitariya norma və qaydalara cavab verməyən şəraitdə həyata keçirildiyi aşkarlanıb.

Yoxlama zamanı sexdə istehsal edilən məhsullardan nümunələr götürülərək müayinə edilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyasına göndərilib. Həmin məhsulların satışı qadağan edilib.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayır

AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb

AQTA əməkdaşları Sabirabadda sahibkarlarla görüşüb

AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib

AQTA sədri: "BDU-nun yataqxanasında tələbənin ölümü qida zəhərlənməsindən olmayıb"

AQTA tələbələrin zəhərlənməsi ilə bağlı açıqlama yayıb

AQTA Gəncədə süd və süd məhsullarının istehsalı sexinin fəaliyyətini məhdudlaşdırıb

AQTA pomidor istehsalı və ixracı ilə məşğul olan sahibkarlara müraciət edib

AQTA “Məktəblilər üçün süd” pilot layihəsi çərçivəsində valideynlərlə ilk görüş keçirib

AQTA-nın “Süfrə” jurnalının növbəti sayı çapdan çıxıb

AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb

AQTA quş qripi ilə bağlı epizotoloji monitorinqlərə başlayıb

AQTA: Enerji içkilərinin istehsalında etil spirtinin istifadəsinə yol verilməyəcək

AQTA: Süd zülallarının isidilməsi müxtəlif zülal dəyişikliklərinə səbəb olur

AQTA-nın sədr müavininin başçılığı ilə CEO Lunch keçirilib

AQTA "quş qripi" ilə bağlı monitorinqlər aparacaq

AQTA Mingəçevirdə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlayıb

Ötən ay qida zəhərlənmələri ilə bağlı AQTA-ya 25 müraciət daxil olub

AQTA-nın müasir laboratoriyaları beynəlxalq təşkilatlara nümayiş etdirilib (FOTOLAR)

AQTA-da sahibkarlar üçün elektron sistem yaradılacaq

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

14 Dekabr 2019, 13:49 (GMT +4)
"Şahdağ" Turizm Mərkəzində SOCAR-ın yanacaqdoldurma məntəqəsi tikilir

14 Dekabr 2019, 13:40 (GMT +4)
ŞKTR ABŞ-ın Kipr yunanlarına silah verməsi ilə bağlı qətnaməni pisləyib

14 Dekabr 2019, 13:23 (GMT +4)
Ulu öndərin anım gününə həsr edilmiş elmi konfrans keçirilib (FOTOLAR)

14 Dekabr 2019, 13:16 (GMT +4)
Əfqanıstanın Qarabağ rayonunda Talibanın hücumunda ordunun 25 əsgəri həlak olub

14 Dekabr 2019, 13:15 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

14 Dekabr 2019, 13:14 (GMT +4)
LG Group-un keçmiş sədri vəfat edib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66