Rəşid Rəsulov yeni vəzifəyə təyin edilib21 Noyabr 2019, 16:45 (GMT +4) Bakı, 21 noyabr, SalamNews. “AXA-MBASK” Sığorta şirkətində əvvəllər Marketinq və ictimaiyyətlə əlaqələr üzrə menecer vəzifəsində çalışmış Rəşid Rəsulov yeni şirkətə menecer təyin edilib.
Bu barədə SalamNews-a R.Rəsulov özü açıqlama verib.
O, bundan sonra Rusiyanın məşhur “R-PHARM” şirkətinin Azərbaycandakı nümayəndəliyinin İctimaiyyətlə əlaqələr üzrə meneceri vəzifəsində işləyəcək. R.Rəsulov artıq vəzifənin icrasına başlayıb.
Qeyd edək ki, R.Rəsulov “AXA MBASK” sığorta şirkətində marketinq və PR şöbəsində 11 il işləyib.
|