Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Bulla-dəniz” yatağındakı qazma işləri ilə tanışlıq olub

22 Noyabr 2019, 10:52 (GMT +4)

Bakı, 22 noyabr, SalamNews.“Azneft” İstehsalat Birliyinin (İB) baş direktoru Daşqın İskəndərov, birliyin, həmçinin SOCAR-ın Kompleks Qazma İşləri Tresti və “Neftqaztikinti” Trestinin rəhbər şəxsləri “Bulla-dəniz” yatağındakı 12 nömrəli stasionar dəniz özülündə 91 nömrəli kəşfiyyat quyusunda aparılan qazma və tikinti-quraşdırma işləri ilə tanış olublar.

Birlikdən SalamNews-a bildirilib ki, D.İskəndərov “Bulla-dəniz” və digər yataqlarda quraşdırılan, müasir texnologiyalar əsasında inşa edilən yeni stasionar dəniz özülləri, platformalar, qazma və digər sahələrdə tətbiq edilən yeni texnologiyaların hasilatın artırılmasına öz müsbət təsirini göstərəcəyini bildirib.

Məlumat verilib ki, regionda ilk dəfə olaraq ölkəmizdə qazma prosesində yeni texnologiya olan MPD (təzyiqlərin idarə olunması ilə qazma texnologiyası) sisteminin tətbiqinə başlanılıb. MPD qazma zamanı təhlükələri azaltmaq, quyu bütövlüyünün qorunub saxlanması, dar hidravlik pəncərə şəraitində qazma işlərinin təmin edilməsi və rezervuarın (layın) təmiz saxlanması kimi əsas məqsədlərə nail olmaq üçün aparıcı texnologiyalar sırasındadır. “Bulla-dəniz” yatağı isə dünyada 10 mürəkkəb struktur siyahısına daxil olduğu və həddindən artıq mürəkkəb yataq kimi qəbul edildiyi üçün MPD sisteminin bu yataqda tətbiqi həm də bir zərurətdir. Məhz MPD sistemi vasitəsilə lay təzyiqini idarə etməklə 91 nömrəli kəşfiyyat quyusunun mürəkkəbləşmə baş vermədən layihə dərinliyinə çatdırılması və bununla da qazma işinin uğurla yekunlaşdırılması nəzərdə tutulur.

Qeyd edək ki, özüldə ətraf mühitin mühafizəsi, təhlükəsizlik texnikası, yanğından mühafizə üzrə qabaqlayıcı tədbirlər ən yüksək norma və tələblər səviyyəsində yerinə yetirilib. İstehsalat sahəsi 4, yaşayış hissəsi isə 1 dayaq blokundan ibarətdir. Özüldə 1 helikopter, 4 gəmi yanalma və 4 minib-düşmə meydançası, işçi personalının rahat və təhlükəsiz yaşaması üçün yaşayış bloku quraşdırılıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Bulla-dəniz” yatağında yeni quyu istismara verilib

“Bulla-dəniz” yatağı üçün yeni dəniz özülünün tikintisinə başlanılıb

“Bulla-dəniz” yatağında yeni quyu qazılır

“Bulla-dəniz” yatağında 2A saylı Qazyığma Məntəqəsi inşa edilir

“Bulla-dəniz” yatağında 125 nömrəli quyu istismara verilib

Xoşbəxt Yusifzadə: "2016-2025-ci illərdə “Bulla-dəniz” yatağında 26 quyu qazılacaq"

SOCAR 2016-2025-ci illərdə “Bulla-dəniz” yatağında 5 yeni özül tikməyi planlaşdırır

12 Dekabr 2019, 17:25 (GMT +4)
Türkiyə-Liviya memorandumundan sonra Misir Aralıq dənizində sualtı qayıqla hərbi təlimlər keçirib

12 Dekabr 2019, 17:20 (GMT +4)
Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

12 Dekabr 2019, 17:15 (GMT +4)
Azercell foto müsabiqə elan edib

12 Dekabr 2019, 17:15 (GMT +4)
Türkiyədə yüzdən çox məktəbli yataqxanada qazdan zəhərlənib

12 Dekabr 2019, 16:59 (GMT +4)
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib

12 Dekabr 2019, 16:34 (GMT +4)
Kreml Almaniya səfirliyinin iki əməkdaşının qovulmasına münasibət bildirib

12 Dekabr 2019, 16:14 (GMT +4)
Fələstin və Livan QHT-ləri körfəz ərəb dövlətlərinin İsrail siyasətini tənqid ediblər

12 Dekabr 2019, 16:10 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ulu Öndərin xatirəsi yad edilib

12 Dekabr 2019, 16:09 (GMT +4)
Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqa kömək edəcək

12 Dekabr 2019, 15:55 (GMT +4)
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir (FOTOLAR)

12 Dekabr 2019, 15:42 (GMT +4)
İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri sorğu keçirib

12 Dekabr 2019, 15:38 (GMT +4)
“Nar” yeni müsabiqəyə start verib

12 Dekabr 2019, 15:21 (GMT +4)
Sudanın yeni hökuməti Suriya ilə əlaqələri genişləndirməyi planlaşdırır

12 Dekabr 2019, 15:13 (GMT +4)
"Admiral Kuznetsov" kreyserində yanğın olub, üç nəfər yaralanıb

12 Dekabr 2019, 15:02 (GMT +4)
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

12 Dekabr 2019, 14:37 (GMT +4)
Bağdadda silahlı hücum nəticəsində azı 5 nəfər həyatını itirib

12 Dekabr 2019, 14:35 (GMT +4)
Rusiya iki alman diplomatı "persona non grata" elan edib

12 Dekabr 2019, 14:30 (GMT +4)
Bakıda antisanitar vəziyyətdə olan daha bir un məmulatları sexi aşkarlanıb

12 Dekabr 2019, 14:21 (GMT +4)
Bir qrup Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

12 Dekabr 2019, 14:16 (GMT +4)
YAP-da Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

12 Dekabr 2019, 14:12 (GMT +4)
Əfqanıstanda qızıl mədənində torpaq sürüşməsi nəticəsində 5 nəfər ölüb

12 Dekabr 2019, 14:07 (GMT +4)
DSX: Bu il Azərbaycana gələn turistlərin sayı 3 milyona çatıb

12 Dekabr 2019, 13:51 (GMT +4)
İğtişaşlar səbəbiylə Hindistanın Assam şəhərinə uçuşlar ləğv edilib

12 Dekabr 2019, 13:45 (GMT +4)
Ötən gün yol qəzalarında 2 nəfər ölüb

12 Dekabr 2019, 13:30 (GMT +4)
İnam Kərimov Biləsuvarda EKTİS-də qeydiyyat və əkinlərin bəyan edilməsi prosesini izləyib

12 Dekabr 2019, 13:10 (GMT +4)
İngiltərədə növbədənkənar parlament seçkiləri başlayır

12 Dekabr 2019, 13:00 (GMT +4)
İƏT Gənclər Forumunun idarə Heyətinin iclası keçirilib

12 Dekabr 2019, 12:46 (GMT +4)
Erdem Çakar: Azərbaycan “Mastercard” üçün hər zaman vacib bazar olub

12 Dekabr 2019, 12:43 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

12 Dekabr 2019, 12:41 (GMT +4)
Tiflisdə parlament qarşısında baş verən qarşıdurmalar zamanı 12 nəfər saxlanılıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66