Bayden: Tramp və Rusiya məni ABŞ prezidenti olaraq görmək istəmir21 Noyabr 2019, 13:30 (GMT +4) Bakı, 21 noyabr, SalamNews. ABŞ-ın keçmiş vitse-prezidenti Co Bayden, prezident Donald Trampın impiçmenti ilə bağlı məhkəmə iclasından qarşıdan gələn prezident seçkiləri ilə əlaqədar müvafiq məlumatları toplayıb.
"Mən bu impiçment dinləmələrindən bəzilərini öyrəndim - Donald Tramp mənim namizəd olmağımı istəmir", Bayden MSNBC kanalına açıqlamasında deyib.
"İkincisi, anladım ki, Vladimir Putin mənim prezident olmağımı istəmir. Beləliklə mən bu dinləmələrdən çox şey öyrəndim", o deyib.
SalamNews bu barədə İnterfaks-a istinadən xəbər verir ki, Bayden Trampı təkbətək məğlub etmək üçün ən yaxşı şansı olan namizəd olduğunu da qeyd edib.
|