Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Bakı Mühəndislik Universitetində beynəlxalq seminar keçirilir

21 Noyabr 2019, 15:08 (GMT +4)

Bakı, 21 noyabr, SalamNews. Bakı Mühəndislik Universitetinin (BMU) və Milli Erasmus + Azərbaycan Ofisinin təşkilatçılığı ilə Avropa İttifaqının Texniki Dəstək Missiyasının (TAM) proqramı çərçivəsində “Beynəlxalq akkreditasiyadan keçmək üçün Azərbaycan ali təhsil müəssisələrinin mövcud tədris proqramlarının təkmilləşdirilməsi” adlı ikigünlük beynəlxalq seminar öz işinə başlayıb.

Seminarda Təhsil Nazirliyinin, beynəlxalq qurumların, ölkədə fəaliyyət göstərən ayrı-ayrı ali təhsil müəssisələrinin nümayəndələri iştirak edirlər.

Açılış nitqi ilə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, son illər Azərbaycan ali təhsil müəssisələrində yüksəkixtisaslı kadrların hazırlanması məqsədilə bir çox layihələr həyata keçirilib və uğurlu nəticələr əldə edilib. Rektor Prezident cənab İlham Əliyevin görülən işlərin davam etdirilməsi məqsədilə imzaladığı “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na toxunub. Bildirib ki, sənədin əsas hədəfi ən qabaqcıl elmi nailiyyətlərdən, innovativ təlim-tədris texnologiyalarından yararlanaraq, yeni nəsil mütəxəssislərin yetişdirilməsi, Azərbaycan ali təhsil sisteminin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları ilə müasirləşdirilməsidir. Eyni zamanda, ali təhsil müəssisələrinin inkişafına dəstək verilməsi məqsədilə beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsi də proqramın mühüm prioritetlərindəndir.

H.Məmmədov Avropa İttifaqının maliyyələşdirdiyi TAM-ın əsas məqsədinin milli və ya yerli səviyyədə mədəniyyətin idarə olunması ilə bağlı davam edən təşəbbüslərin və fəaliyyətlərin planlaşdırılmasına, həmçinin həyata keçirilməsinə kömək etmək olduğunu bildirib. Rektor qeyd edib ki, təhsilin inkişafı və təkmilləşdirilməsi məqsədilə digər ali təhsil müəssisələri ilə sazişlər bağlamaq, assosiasiyalar yaratmaq, universitetin beynəlxalq arenaya açılmasına, eləcə də beynəlxalq təcrübədən yararlanmaqla tədrisi inkişaf etdirməyə şərait yaradır. Professor H.Məmmədov çıxışında BMU-da beynəlxalq təcrübənin öyrənilməsi üçün görülən çoxşaxəli işlərdən bəhs edib, eyni zamanda, Azərbaycanın ali təhsil müəssisələrində mövcud tədris proqramlarının təkmilləşdirilməsi üçün beynəlxalq akkreditasiyadan keçməyin böyük əhəmiyyət kəsb etdiyini də vurğulayıb.

Milli Erasmus + Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov layihənin Azərbaycanda yaranma tarixindən və önəmindən danışıb.

Layihənin rəhbəri, BMU-nun Sənaye mühəndisliyi kafedrasının baş müəllimi Sevil İmanova TAM layihəsi çərçivəsində təşkil olunan seminar haqqında ətraflı məlumat verib.
İspaniyalı professor, xanım Cecila Ruiz Esteban Avropa ali təhsil bölgəsində keyfiyyətin təminatı haqqında danışıb və Azərbaycan ali təhsil müəssisələrinin mövcud tədris proqramlarının təkmilləşdirilməsi üçün tövsiyələrini verib. O, Avropa İttifaqına qoşulan universitetlər, proqramlar və universitetlərə ayrılan maliyyə yardımlarından söz açıb, müəllim və tələbələrin bu layihələrdə iştirakını müsbət qiymətləndirib.

Çıxışlardan sonra iştirakçıların sualları cavablandırılıb.

Qeyd edək ki, ikigünlük seminarda ispaniyalı professor Cecila Ruiz Estebanın “Ali təhsil müəssisələrinin akkreditasiya standartları ilə daxili keyfiyyətin təminatı arasında uyğunluq-qarşılıqlı əlaqə” və “Milli çərçivədən beynəlxalq akkreditasiyaya” mövzularında təqdimatları dinləniləcək, birgə müzakirələr aparılacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BMU-da Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi qeyd olunacaq

BMU-nun tələbələri üçün istehsalat təcrübələri təşkil olunur

BMU-da beynəlxalq konfrans keçiriləcək

BMU-nun Mexanika mühəndisliyi kafedrasının dosenti: Universitetdə geniş perspektivlər açılıb

British Council BMU ilə birgə layihələr həyata keçirəcək

Azercell-in prezidenti BMU-da tələbələrlə görüşüb (FOTO)

Əbülfəs Qarayev BMÜTT İcraiyyə Şurasının 103-cü sessiyasında iştirak edir

Parisdəki terror aktlarının ehtimal edilən təşkilatçısı Avropaya 90 terrorçu ilə daxil olubmuş

09 Dekabr 2019, 14:55 (GMT +4)
Qərb və bəzi ərəb ölkələri İsrail qanunsuzluğunu təşviq edir - Ərdoğan

09 Dekabr 2019, 14:50 (GMT +4)
Azərbaycan cüdoçuları Rusiyada bir dəst medal qazanıb

09 Dekabr 2019, 14:39 (GMT +4)
Rusiyalı nazir: Rusiya və Azərbaycan altıncı yol xəritəsi üzərində razılaşma əldə edib

09 Dekabr 2019, 14:35 (GMT +4)
Nazirliyin maliyyə dəstəyi ilə icra olunan sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır

09 Dekabr 2019, 14:27 (GMT +4)
Səudiyyə Ərəbistanının Neft-qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar

09 Dekabr 2019, 14:27 (GMT +4)
İraqlı qız 5 ildən sonra ona təcavüz edən İŞİD-çi ilə qarşılaşıb (VİDEO)

09 Dekabr 2019, 13:52 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində 5 nəfər ölüb

09 Dekabr 2019, 13:49 (GMT +4)
İdman Jurnalistikası proqramının magistrantlarına Böyük Britaniya universitetinin sertifikatları təqdim olunub

09 Dekabr 2019, 13:41 (GMT +4)
Xırdalanda partlayış olub, xəsarət alan var

09 Dekabr 2019, 13:30 (GMT +4)
Türkiyə 11 İŞİD terrorçusunu Fransaya deportasiya edib

09 Dekabr 2019, 13:19 (GMT +4)
İran və Səudiyyə gələn ilin həcc mərasimi ilə bağlı yeni anlaşma əldə ediblər

09 Dekabr 2019, 13:19 (GMT +4)
Bakıda Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə dair müzakirələr aparılıb

09 Dekabr 2019, 13:09 (GMT +4)
Azərbaycanda ilk dəfə həyata keçirilən “Ağ Lent” kampaniyasına yekun vurulub (VİDEO) 

09 Dekabr 2019, 13:03 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

09 Dekabr 2019, 12:52 (GMT +4)
Vətəndaşların hüquq və azadlıqlarının qorunması Türkiyənin prioritet vəzifəsi olaraq qalır - Çavuşoğlu

09 Dekabr 2019, 12:40 (GMT +4)
Rusiya Arktika üzərində havadan müdafiə qübbəsi yerləşdirəcək

09 Dekabr 2019, 12:39 (GMT +4)
DYP qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

09 Dekabr 2019, 12:38 (GMT +4)
"Selector" radio verilişi yenidən efirə buraxılır

09 Dekabr 2019, 12:28 (GMT +4)
Azərbaycan-Gürcüstan birgə ali məktəbi Tbilisidə yerləşəcək

09 Dekabr 2019, 12:23 (GMT +4)
Bağdadda hava limanı ərazisinə atılan raketlər 6 əsgərin yaralanmasına səbəb olub

09 Dekabr 2019, 12:04 (GMT +4)
ABŞ-ın sərt sanksiyalarına məruz qalan İran gələn ilin büdcəsini açıqlayıb

09 Dekabr 2019, 12:00 (GMT +4)
Azərbaycan Prezidenti Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib

09 Dekabr 2019, 11:53 (GMT +4)
“Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi ilə bağlı seminar keçirilir

09 Dekabr 2019, 11:45 (GMT +4)
Rusiya ilə sərhədin demarkasiyası ilə bağlı işlərin 30-40 faizi başa çatıb - Xələf Xələfov

09 Dekabr 2019, 11:41 (GMT +4)
Sevinc Gülmalıyeva: Laboratoriyamız fasiləsiz olaraq 7/24 saat rejimində xidmət göstərir

09 Dekabr 2019, 11:40 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

09 Dekabr 2019, 11:34 (GMT +4)
"ABAD" ətraf mühitin qorunması üçün yeni layihəyə başlayıb

09 Dekabr 2019, 11:30 (GMT +4)
Misirdə keçiriləcək Dünya Gənclər Forumunda Azərbaycandan 32 gənc iştirak edəcək

09 Dekabr 2019, 11:28 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi baş verib, itkin düşənlər var

09 Dekabr 2019, 11:21 (GMT +4)
Sudan Yəməndə qalan hərbi qüvvələrinin sayını açıqlayıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66