Liviyada bir hərbi təyyarə vurulub, ölənlər var20 Noyabr 2019, 17:01 (GMT +4) Bakı, 20 noyabr, SalamNews, B.Samid. Tarhuna şəhərində "Liviya Milli Ordusu"nun bir hərbi təyyarəsi vurularaq salınıb.
SalamNews Anadolu.Arabic-ə istinadla xəbər verir ki, bu barədə Liviyanın hərbi mənbələri məlumat veriblər.
Bildirilib ki, Tarhuna bölgəsində "Liviya Milli Ordusu"nun bir hərbi qırıcısı vurularaq salınıb.
Pilotların öldüyü bildirilib.
Qeyd edək ki, general Xəlifə Haftarın başçılıq etdiyi "Liviya Milli Ordusu" cari ilin aprel ayından başlayaraq, paytaxt Tripoli və ətraf əyalətləri nəzarətdə saxlayan "Milli Barışıq Hökuməti"nə qarşı hücuma keçib.
|