Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva Dmitri Medvedev ilə ikitərəfli münasibətləri müzakirə edəcək20 Noyabr 2019, 14:46 (GMT +4) Bakı, 20 noyabr, SalamNews. Azərbaycanın vitse-prezidenti Mehriban Əliyeva Rusiyanın Baş naziri Dmitri Medvedev ilə görüşəcək.
SalamNews xəbər verir ki, bu barədə Rusiyanın Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, görüş Moskvada noyabrın 21-də baş tutacaq.
Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar sahələrdə əməkdaşlıq məsələləri müzakirə ediləcək.
"Rusiyanın Baş naziri Dmitri Medvedev və Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ticarət-iqtisadi, elmi-texniki, mədəni-humanitar və digər sahələrdə Rusiya-Azərbaycan əməkdaşlığının aktual məsələlərini müzakirə edəcəklər", - deyə məlumatda bildirilir.
|