Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

"ASAN Xidmət"lə BMT-nin Uşaq Fondu arasında memorandum imzalanıb

20 Noyabr 2019, 13:07 (GMT +4)

Bakı, 20 noyabr, SalamNews. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə BMT-nin Uşaq Fondu (UNICEF) arasında anlaşma memorandumu imzalanıb.

SalamNews-un məlumatına görə, Memorandumu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin imzalayıblar. Rəqəmsal hökumət və innovasiyalar sahəsində layihələr, o cümlədən uşaq hüquqlarının qorunması, təbliği istiqamətində görülən işlər barədə məlumat verən Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, Memorandum əməkdaşlığın genişləndirilməsində yeni imkanlar yaradacaq.

UNICEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin bildirib ki, Uşaq Hüquqları üzrə Konvensiyanın 30-cu ildönümünün qeyd olunduğu bir vaxtda uşaqlar üçün bu hüquqların öhdəlikdən reallığa çevrilməsi məqsədilə tərəfdaşlıqların qurulması vacibdir: "UNİCEF və Dövlət Agentliyi arasındakı yeni əməkdaşlıq ölkə boyunca minlərlə ailəni uşaq hüquqları və sosial innovasiyalar barədə çox vacib məlumatlarla təmin etməyə kömək edəcək ki, bu da uzunmüddətli faydalı nəticələr göstərəcək".

Qeyd edək ki, Memorandum uşaq hüquqları sahəsində müxtəlif layihələrin həyata keçirilməsini, bu sahədə rəqəmsal hökümət üzrə yeni həlləri dəstəkləyən proqramların, birgə innovativ layihələrin reallaşdırılmasını əhatə edir. Həmçinin ASAN könüllüləri tərəfindən uşaq hüquqlarının təşviq olunması, ictimai maarifləndirmənin artırılması planlaşdırılır.

Qonaqlar məktəb şagirdlərinin hazırladığı “Uşaq hüquqları Konvensiyası: uşaqların gözündə” sərgisi ilə də tanış olublar.

Qeyd edək ki, 20 noyabr - Ümumdünya Uşaq Günü kimi qeyd olunur. 1954-cü ildə BMT Baş Məclisi bütün dünyada uşaqların rifahının yaxşılaşdırılmasına yönəldilən fəaliyyətə həsr edilən bu günü bütün dünya ölkələrinə qeyd etməyi məsləhət görüb. 1959-cu il noyabrın 20-də Baş Məclis Uşaq hüquqları Bəyannaməsini, 1989-cu ilin həmin günündə isə Uşaq hüquqları haqqında Konvensiyanı qəbul edib. UNICEF və “ASAN Könüllüləri” Təşkilatı da Uşaq Hüquqları Konvensiyasının 30 illik Yubileyi ərəfəsində müxtəlif tədbirlər həyata keçirib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"ASAN xidmət"ə gəlib belə "mədəniyyət" göstərənlər (VİDEO)

Bu il “ASAN Xidmət” vasitəsilə dövlət büdcəsinə daxil olan vəsaitin həcmi açıqlanıb

Xorvatiyalı və belaruslu qonaqlar “ASAN xidmət”də olub

Daha 4 “ASAN xidmət” mərkəzində elektrik şəbəkəsinə qoşulmanın sadələşdirilməsi üzrə Texniki Şura yaradılıb

"ASAN Xidmət" yeni sosial rolik hazırlayıb (VİDEO)

Sumqayıtda yeni “ASAN xidmət” mərkəzinin tikintisinə 1 milyon manat ayrılıb

4 rayonda "ASAN Xidmət" kompleksi açılacaq

“ASAN xidmət”ə 34 milyonuncu müraciət qeydə alınıb

Ağcabədidə “ASAN xidmət” mərkəzinin tikintisinə 19 milyon manat ayrılıb

“ASAN xidmət” mərkəzləri noyabrın 9-da işləməyəcək

"ASAN xidmət"ə 19 milyon manat ayrılıb

Səyyar ASAN xidmətə 2 milyonuncu müraciət qeydə alınıb

Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 355 min manat ayrılıb

"ASAN xidmət" dövlət büdcəsinə 135 mln. manat vəsaiti geri qaytarıb

“ASAN xidmət”ə müraciət edənlərin sayı 33 milyona çatıb

Gələn il Bakıda daha iki «ASAN xidmət» mərkəzi açılacaq

DSX və "ASAN Xidmət"in birgə təşkilatçılığ ilə “Hərbiyyə - Xəzər” hərbi vətənpərvərlik düşərgəsi açılıb

"ASAN Xidmət"in 18 əməkdaşı Koreyada təlimdə iştirak edəcək

“ASAN xidmət”in rəqəmsal innovasiyaları Qırğızıstanda təqdim olunub

Vəhşi heyvan və balıqların ovuna icazə “ASAN xidmət”də veriləcək

15 Dekabr 2019, 12:00 (GMT +4)
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

15 Dekabr 2019, 11:41 (GMT +4)
Avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlanıb

15 Dekabr 2019, 11:30 (GMT +4)
“Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir

15 Dekabr 2019, 11:07 (GMT +4)
Akademik Həsən Əliyevin doğum günüdür

15 Dekabr 2019, 11:00 (GMT +4)
Azərbaycanın lider mobil operatoru 23 yaşını qeyd edir

15 Dekabr 2019, 09:02 (GMT +4)
Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66