Tramp impiçment dinləmələrini "Respublikaçılar üçün böyük gün" adlandırıb20 Noyabr 2019, 11:41 (GMT +4) Bakı, 20 noyabr, SalamNews. ABŞ prezidenti Donald Tramp, impiçment prosedurları çərçivəsində Konqresdə keçirilən dinləmələri "Respublikaçılar üçün böyük bir gün" adlandırıb.
"Respublikaçılar üçün böyük bir gün, ölkəmiz üçün böyük bir gündür!" Tramp ikinci dinləmə sona çatdıqdan sonra Twitter-də yazıb.
SalamNews İnterfaks-a istinadla xəbər verir ki, cəmi 11 saat davam edən iki ayrı ictimai dinləmədə dörd şahid Nümayəndələr Palatasının kəşfiyyat komitəsi qarşısında ifadə verib.
|