Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

İsmayıllıda 2 yol layihəsinin icrası yekunlaşıb

20 Noyabr 2019, 18:17 (GMT +4)

Bakı, 20 noyabr, SalamNews.Prezident İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən, ölkə əhəmiyyətli yolların inşası, mövcudlarının isə müasir səviyyəyə çatdırılması sahəsində mühüm layihələrin icrası ilə həm vətəndaşların rahat gediş-gəlişi təmin olunur, həm də ölkəmizin turizm potensialı daha da genişləndirilir. Bu tapşırığın icrası ilə əlaqədar olaraq İsmayıllı rayonu ərazisində cari ildə 2 yol infrastrukturu layihəsinin icrası yekunlaşıb.

“Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən SalamNews-a verilən məlumata görə, dövlət başçısının İsmayıllı rayonunda vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində verdiyi sərəncamlara əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunmuş yol infrastrukturu layihələrinin ümumi uzunluğu 15 km təşkil edir.

Söhbət başlanğıcını respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunun 30-cu km-dən götürən Təzəkənd-Ağbulaq-Qoşakənd, həmçinin başlanğıcını respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 27-ci km-dən götürən Quşencə-Zoğallıq marşrutları üzrə yaşayış məntəqələrini əhatə edən avtomobil yollarından gedir.

5 yaşayış məntəqəsini əhatə edən IV texniki dərəcəli olan avtomobil yolları uzun illər təmir olunmadan istifadə edildiyindən və təbii faktorların təsirindən yararsız vəziyyətdə idilər, çiyinlər atmosfer yağıntıları nəticəsində yuyulmaya məruz qaldığından aşağı səviyyədə idi, küvetlər dolmuş və səth sularının kənarlaşdırılması çətinləşib, üstəlik yolun bəzi hissələrində torpaq yatağı təbii relyef ilə eyni səviyyədə idi. Bu səbəbdən yolun əsaslı şəkildə yenidən qurulmasına və bərpasına ehtiyac yaranıb.

Bütün bunlar nəzərə alınaraq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, təxirəsalınmaz tədbirlərə start verildi. Layihəyə uyğun olaraq, yollar boyu torpaq yatağının deformasiyaya uğramış hissələri və yararsız örtük qazılaraq çıxarılıb, yolun normativ eninin alınması üçün genişləndirmə işləri aparılıb, qazılmış və genişləndirilmiş hissələrə, həmçinin yolun torpaq yatağının bərpası və yerin təbii relyef səviyyəsindən qaldırılması üçün yararlı material tökülərək kipləşdirmə işləri aparılıb və yeni yol yatağı inşa edilib.

Mövcud suötürücü borular sınmış və çökərək istismara yararsız vəziyyətdə olduğu üçün yeni suötürücü boruların quraşdırılmasına ehtiyac var idi. Bunun üçün yollar boyu müxtəlif diametrlərə malik 191 paqon-metr uzunluğunda yeni dəmir-beton suötürücü borular, həmçinin kommunikasiya xətlərinin keçirilməsi üçün 122 paqon-metr metal boruların quraşdırılması işləri müvəffəqiyyətli icra edilib.

Küvetlər dolduğundan və səth sularının kənarlaşdırılması çətinləşdiyindən, bundan başqa bəzi hissələrdə küvetlərin mailliyi çox olduğu üçün yuyulmalar və dağılmalar baş verdiyindən layihələr çərçivəsində 1200 paqon-metr uzunluğunda küvet hissə avtoqreyderlə açılıb, 900 paqon-metr uzunluğunda yeni “U” şəkilli dəmir-beton küvetlər, bundan başqa lazımi qalınlıqda yol əsasının inşası işləri aparılıb.

Yollar boyu 2 laydan ibarət yeni asfalt-beton örtüyünün döşənməsi işləri görülüb. Ümumilikdə tikintinin aparıldığı sahə 150 min kv.m-ə yaxındır.

Layihənin sonuncu mərhələsində zəruri olan yerlərdə 7 avtobus dayanacağının inşa edilib, hərəkətin normal təşkil üçün yol nişanlarının, siqnal dirəklərinin və km göstəricicilərinin quraşdırılması, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb.

Avtomobil yollarının yenidən qurulması 5 mindən artıq əhalisi olan 5 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edir. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə həyata keçirilən sosial-iqtisadi siyasətin əsas istiqamətlərindən biri də kənd və qəsəbələri birləşdirən yeni yolların salınması, mövcudlarının isə əsaslı şəkildə yenidən qurulmasıdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev AAYDA-nın İdarə Heyətinin sədrini qəbul edib

AAYDA bu ilin I rübünə yekun vurub

AAYDA-nın idarə heyətinin sədri vətəndaşları qəbul edib

AAYDA: Bəzi yollarda təmir işləri aparılacaq

AAYDA avtomobil yollarındakı vəziyyətlə bağlı məlumat yayıb

AAYDA: Zəlzələ nəticəsində avtomobil yollarına ziyan dəyib

AAYDA bu il 270 yeni maşın və mexanizm almaq niyyətindədir

AAYDA: Babək prospektində çökmə olmayıb, yol deformasiyaya uğrayıb

AAYDA-də Milli Qurtuluş günü ilə bağlı tədbir keçirilib

06 Dekabr 2019, 09:43 (GMT +4)
KİV: Ağ Ev Senatda 1915-ci il hadisələri ilə bağlı qətnaməni bloka salıb

06 Dekabr 2019, 09:34 (GMT +4)
ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bəyanat yayıblar

06 Dekabr 2019, 09:23 (GMT +4)
İranın Saqqız şəhərində toyda partlayış baş verib, azı 11 nəfər həlak olub (FOTO)

06 Dekabr 2019, 09:18 (GMT +4)
Parisdə "Anadolu" agentliyinin fotojurnalisti yaralanıb

06 Dekabr 2019, 09:04 (GMT +4)
Heydər Əliyev Fondu xüsusi mükafata layiq görülüb

05 Dekabr 2019, 19:03 (GMT +4)
Prezident Şamaxıda «ASAN Həyat» kompleksinin açılışında iştirak edib

05 Dekabr 2019, 18:30 (GMT +4)
Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

05 Dekabr 2019, 18:01 (GMT +4)
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

05 Dekabr 2019, 17:51 (GMT +4)
Əbülfəz Xamedov: Qazaxıstanda Ulu Öndərin adına park salınacaq

05 Dekabr 2019, 17:46 (GMT +4)
Nazir müavini Məhəbbət Vəliyeva Beyləqana səfər edib

05 Dekabr 2019, 17:44 (GMT +4)
Kembricdə ekoloji cəhətdən təmiz materiallardan məscid inşa edilib

05 Dekabr 2019, 17:29 (GMT +4)
Əlibaba Məmmədovun 90 illiyi qeyd ediləcək

05 Dekabr 2019, 17:27 (GMT +4)
Netanyahu və Pompeo «İran İmperiyasının zəiflədilməsi»ni müzakirə ediblər

05 Dekabr 2019, 17:11 (GMT +4)
Rusiya istehsalı MiG-29 qırıcısı Misirdə qəzaya uğrayıb

05 Dekabr 2019, 17:09 (GMT +4)
Dövlət Komitəsinin sədri gənc könüllüləri təbrik edib

05 Dekabr 2019, 16:57 (GMT +4)
Parisdə "sarı jiletlilər"in yürüşü başlayıb

05 Dekabr 2019, 16:56 (GMT +4)
Azərbaycan gömrükçüləri 142 ədəd metadon həbini dövriyyədən çıxarıb

05 Dekabr 2019, 16:37 (GMT +4)
İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib

05 Dekabr 2019, 16:34 (GMT +4)
Qubada polis həmkəndlisinin evindən oğurluq edən şəxsi saxlayıb

05 Dekabr 2019, 16:29 (GMT +4)
“AtaBank” əmanətçiləri sevindirməyə davam edir

05 Dekabr 2019, 16:28 (GMT +4)
İş adamı: «AgroBirja»nın iş prinsipi bazarın individuallığı və spesifikliyinə görə formalaşır

05 Dekabr 2019, 16:18 (GMT +4)
"Furkan" vəqfinin qurucusu Alparslan Kuytul azadlığa buraxılıb

05 Dekabr 2019, 16:16 (GMT +4)
Çindən Azərbaycana 1 milyon ədəd tut tingi gətirilib

05 Dekabr 2019, 16:13 (GMT +4)
Bağdad və Kərbəlada iğtişaşları pisləyən aksiyalar keçirilib (FOTO)

05 Dekabr 2019, 16:03 (GMT +4)
“Ədəbiyyat biliciləri” müsabiqəsi keçiriləcək

05 Dekabr 2019, 15:43 (GMT +4)
Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında həll olunmalıdır - Çavuşoğlu

05 Dekabr 2019, 15:38 (GMT +4)
AzerTelecom və KOBİA əməkdaşlıq edəcək

05 Dekabr 2019, 15:33 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin kollektivi 1500-dən çox ağac əkiblər

05 Dekabr 2019, 15:23 (GMT +4)
“Turizm Könüllüləri” Təşkilatı geniş ictimaiyyətə təqdim edilib

05 Dekabr 2019, 15:05 (GMT +4)
Xırdalanda elektrik təchizatın yaxşılaşdırılması məqsədilə iki yarımstansiya tikilib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66