Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Məcburi köçkünlər üçün əmək yarmarkası keçirilib

20 Noyabr 2019, 17:14 (GMT +4)

Bakı, 20 noyabr, SalamNews.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə Bakının Qaradağ rayonundakı “Qobu park-2” yaşayış kompleksində məcburi köçkünlər üçün növbəti əmək yarmarkası keçirilib.

SalamNews Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, məcburi köçkünlərin məşğulluğunun artırılması bu kateqoriyadan olan vətəndaşlarla iş sahəsində aparılan dövlət siyasətinin mühüm istiqamətlərindəndir. Prezident İlham Əliyevin imzaladığı müvafiq Dövlət Proqramına uyğun olaraq, onların məşğulluq imkanlarının genişləndirilməsi, bu məqsədlə iş yerlərinin yaradılması üzrə tədbirlərin icrası davam etdirilir. Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin sosial problemlərinin həllini daim diqqətdə saxlayır, onların yaşayış şəraitinin yaxşlaşdırılmasına, təhsil, tibb və digər xidmətlərlə təmin edilməsinə qayğı göstərir.

“Qobu park-2” yaşayış kompleksinin açılışı bu il oktyabrın 8-də olub. Hazırda birinci və ikinci kompleksdə ümumilikdə 11 mindən çox məcburi köçkün yaşayır. Burada əmək qabiliyyətli sakinlər arasındakı işsizlər və işaxtaranlar üçün aktiv məşğulluq tədbirinin - əmək yarmarkasının keçirilməsinin mühüm əhəmiyyəti vardır. Belə tədbirlər işsiz və işaxtaran məcburi köçkünlərin əmək bazarına çıxışının dəstəklənməsi, onların məşğulluğunun təmin edilməsi məqsədi daşıyır.

“Qobu park”da ilk əmək yarmarkası ötən ilin oktyabrında təşkil olunub. Bu gün keçirilən ikinci əmək yarmarkasında məcburi köçkünlərə 54 müəssisədən 644 vakant iş yeri təqdim edilib. Vakant iş yerləri təklif edən müəssisələrin nümayəndələri onlara iş yerləri haqqında ətraflı məlumat veriblər. Yarmarkada işsiz və işaxtaran məcburi köçkünlərə peşə bacarıqlarına, əmək vərdişlərinə və seçimlərinə uyğun boş (vakant) iş yerlərinə göndərişlər verilib. Əmək bazarının tələblərinə uyğun yeni peşələrə yiyələnmək istəyən şəxslər peşə hazırlığı və əlavə təhsil kurslarına cəlb edilmək üçün qeydiyyata alınıblar.

Haqqı ödənilən ictimai işlərdə çalışmaq istəyənlərin də qeydiyyatı aparılıb.

Xatırladaq ki, məcburi köçkünlər üçün salınmış qəsəbələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı son il yarım ərzində dörd dəfə əmək yarmarkası keçirilib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

09 Dekabr 2019, 13:49 (GMT +4)
İdman Jurnalistikası proqramının magistrantlarına Böyük Britaniya universitetinin sertifikatları təqdim olunub

09 Dekabr 2019, 13:41 (GMT +4)
Xırdalanda partlayış olub, xəsarət alan var

09 Dekabr 2019, 13:30 (GMT +4)
Türkiyə 11 İŞİD terrorçusunu Fransaya deportasiya edib

09 Dekabr 2019, 13:19 (GMT +4)
İran və Səudiyyə gələn ilin həcc mərasimi ilə bağlı yeni anlaşma əldə ediblər

09 Dekabr 2019, 13:19 (GMT +4)
Bakıda Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə dair müzakirələr aparılıb

09 Dekabr 2019, 13:09 (GMT +4)
Azərbaycanda ilk dəfə həyata keçirilən “Ağ Lent” kampaniyasına yekun vurulub (VİDEO) 

09 Dekabr 2019, 13:03 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

09 Dekabr 2019, 12:52 (GMT +4)
Vətəndaşların hüquq və azadlıqlarının qorunması Türkiyənin prioritet vəzifəsi olaraq qalır - Çavuşoğlu

09 Dekabr 2019, 12:40 (GMT +4)
Rusiya Arktika üzərində havadan müdafiə qübbəsi yerləşdirəcək

09 Dekabr 2019, 12:39 (GMT +4)
DYP qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

09 Dekabr 2019, 12:38 (GMT +4)
"Selector" radio verilişi yenidən efirə buraxılır

09 Dekabr 2019, 12:28 (GMT +4)
Azərbaycan-Gürcüstan birgə ali məktəbi Tbilisidə yerləşəcək

09 Dekabr 2019, 12:23 (GMT +4)
Bağdadda hava limanı ərazisinə atılan raketlər 6 əsgərin yaralanmasına səbəb olub

09 Dekabr 2019, 12:04 (GMT +4)
ABŞ-ın sərt sanksiyalarına məruz qalan İran gələn ilin büdcəsini açıqlayıb

09 Dekabr 2019, 12:00 (GMT +4)
Azərbaycan Prezidenti Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib

09 Dekabr 2019, 11:53 (GMT +4)
“Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi ilə bağlı seminar keçirilir

09 Dekabr 2019, 11:45 (GMT +4)
Rusiya ilə sərhədin demarkasiyası ilə bağlı işlərin 30-40 faizi başa çatıb - Xələf Xələfov

09 Dekabr 2019, 11:41 (GMT +4)
Sevinc Gülmalıyeva: Laboratoriyamız fasiləsiz olaraq 7/24 saat rejimində xidmət göstərir

09 Dekabr 2019, 11:40 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

09 Dekabr 2019, 11:34 (GMT +4)
"ABAD" ətraf mühitin qorunması üçün yeni layihəyə başlayıb

09 Dekabr 2019, 11:30 (GMT +4)
Misirdə keçiriləcək Dünya Gənclər Forumunda Azərbaycandan 32 gənc iştirak edəcək

09 Dekabr 2019, 11:28 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi baş verib, itkin düşənlər var

09 Dekabr 2019, 11:21 (GMT +4)
Sudan Yəməndə qalan hərbi qüvvələrinin sayını açıqlayıb

09 Dekabr 2019, 11:06 (GMT +4)
Yol polisinin “Instagram” səhifəsi fəaliyyətə başlayıb

09 Dekabr 2019, 10:48 (GMT +4)
“Bakutel-2019” sərgisində “Ən yaxşı debüt’’ sertifikatına DOST Agentliyi layiq görüldü

09 Dekabr 2019, 10:45 (GMT +4)
Stoltenberq: NATO Rusiyanı düşmən hesab etmir

09 Dekabr 2019, 10:43 (GMT +4)
Cavad Zərif Avropanın nüvə sazişilə bağlı rəftarını tənqid edib

09 Dekabr 2019, 10:34 (GMT +4)
Bakıda mənzildə 36 yaşlı kişinin meyiti tapılıb

09 Dekabr 2019, 10:20 (GMT +4)
Pompeo və Lavrov dekabrın 10-da Vaşinqtonda görüşəcək

09 Dekabr 2019, 10:08 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 22 dəfə pozub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66