Ayətullah Xamenei son iğtişaşlara münasibət bildirib: Düşməni geri çəkilməyə məcbur etdik20 Noyabr 2019, 09:41 (GMT +4) Bakı, 20 noyabr, SalamNews, B.Samid. “Dostlar və düşmənlər bilsinlər ki, bundan öncə siyasi və hərbi sahədə olduğu kimi, son günün təhlükəsizliklə bağlı hadisələrində də biz düşməni geri qayıtmağa məcbur etdik. Allahın yardımı ilə düşməni iqtisadi müharibə sahəsində də geri çəkilməyə məcbur edəcəyik.”
SalamNews FarsNews-a istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ölkənin iqtisadiyyat və sənaye sahəsinin müxtəlif iş adamları qarşısında çıxış edərkən deyib.
Ayətullah Xamenei bu çıxışı əsnasında sənaye sahəsinin iş adamlarına ölkənin iqtisadi vəziyyətilə bağlı tövsiyələr verib.
O həmçinin çıxışı əsnasında ölkədəki son iğtişaşlara diqqət çəkib və bildirib ki, “onlar təhlükəsizliklə bağlı olan bu hadisələrin qarşısını alaraq, düşməni geri çəkilməyə məcbur ediblər.”
Ayətullah Xamenei bu çıxışında ölkənin sanksiyalar qarşısında çıxış yolunu belə açıqlayıb:
“Mövcud məsələlərin yeganə həlli yolu daxili istehsalı və onun münbit şəraitini hazırlamaqdır. Bunu ciddi şəkildə davam etdirmək, düzgün qərarlar və lazımi addımlarla maneələri aradan qaldırmaq lazımdır.”
|