Təbrizdə iğtişaşları pisləyən mitinq keçirilib (VİDEO)
19 Noyabr 2019, 15:38 (GMT +4)
Bakı, 19 noyabr, SalamNews, B.Samid. Təbriz şəhərində son günlərin iğtişaşlarını pisləyən mitinq və nümayişlər keçirilib.
SalamNews İran mətbuatına istinadla xəbər verir ki, bu gün Təbriz şəhəri ölkədə son günlərdə baş verən iğtişaşları pisləyən mitinq və nümayişlərin şahidi olub.
Nümayişlərdə etiraz aksiyalarından sui-istifadə etmək və aksiyaların iğtişaşlara doğru istiqamətləndirilməsi səyləri pislənilib.
Qeyd edək ki, ötən gün Zəncan şəhəri də iğtişaşları pisləyən mitinqin şahidi olub.
Xatırladaq ki, İran hökumətinin ötən həftə benzinin qiymətinin qaldırılması ilə bağlı qərarından sonra ölkənin bir sıra bölgələrində etirazlar olub. Etirazlar daha sonra toqquşmalarla, iğtişaşlar və qarətlə nəticələnib.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.