Türkiyənin cənub-şərqində 3 terrorçu zərərsizləşdirilib19 Noyabr 2019, 12:52 (GMT +4) Bakı, 19 noyabr, SalamNews. Türkiyənin cənub-şərqindəki Şirnak vilayətində üç terrorçu zərərsizləşdirilib. SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Əməliyyat, kəşfiyyatın dəstəyi ilə polis və jandarma tərəfindən həyata keçirilib.
Zərərsizləşdirilən terrorçulardan biri PKK/KCK-nin "Judi" qruplaşmasına görə məsuliyyət daşıyan Mahmut Taş olub.
Bölgədə antiterror əməliyyatları davam edir.
|