Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Heydər Əliyev Mərkəzində fotoqraf Yakov Xalipin əsərlərindən ibarət sərgi açılıb (FOTO)

19 Noyabr 2019, 11:32 (GMT +4)

Bakı, 19 noyabr, SalamNews.Heydər Əliyev Mərkəzində tanınmış fotoqraf, sovet fotoqrafiyasının klassiki Yakov Xalipin əsərlərindən ibarət “Avanqard davamçısı. Azərbaycan gündəliyi” adlı sərgi açılıb.

SalamNews xəbər verir ki, Bakıda ilk dəfə keçirilən bu sərgi Moskvadakı Lümyer qardaşları adına Fotoqrafiya Mərkəzi ilə birgə təşkil olunur.

Tədbirdə çıxış edən jurnalist, tərcüməçi, fotoqrafın oğlu, onun arxivinin varisi Nikolay Xalip sərgidən böyük zövq aldığını söyləyib. Qeyd edib ki, Heydər Əliyev Mərkəzi möhtəşəm bir məkandır. O, sərginin açılması ideyasını alqışlayıb və təşkilatçılara öz dərin minnətdarlığını bildirib. “Ümid edirəm ki, ziyarətçilər də sərgidən mənim qədər zövq alacaqlar”, - deyə N.Xalip bildirib.

Ekspozisiyada müəllifin 1930-1960-cı illərdə çəkdiyi 100-dən çox ən maraqlı fotolarından ibarət kolleksiyası təqdim edilib.

Sərgidə Yakov Xalipin sovet fotoqrafiya sənətinin klassikası sayılan işlərı ilə yanaşı, müəllifin Azərbaycanda çəkdiyi fotoları da ilk dəfə nümayiş olunub.

Ekspozisiyada Yakov Xalipin sovet fotoqrafiyasının “qızıl fond”una daxil olan işləri, həmkarı və müəllimi Aleksandr Rodçenko ilə birlikdə çəkdiyi fotolar, jurnallar üçün olan əsərləri və s. yer alıb. Sərgidə Yakov Xalipin qəhrəman papaninçilərin “Şimal Qütbü-1” Arktik stansiyasından xilas edilməsi üzrə ekspedisiyadan, şair Konstantin Simonovla birlikdə keçdiyi Böyük Vətən müharibəsi illərindən, Sovet İttifaqında və digər ölkələrdə müharibədən sonrakı dövrü əhatə edən fotoreportajları da nümayiş olunub.

Heydər Əliyev Mərkəzindəki sərgidə, həmçinin Yakov Xalipin ailəsinə aid olan arxivdən eksponatlar yer alıb. Eyni zamanda, fotoqrafa aid müxtəlif sənədlər, teleqramlar, 1930-cu illərə aid açıqcalar, Yakov Xalipin fotoşəkillərinin olduğu nadir kitablar, jurnallar, fotoqrafın yaratdığı tematik albomlar, üzərində çalışdığı kitablar və s. təqdim edilib.

Sərgi 2020-ci il martın 29-dək davam edəcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Heydər Əliyev Mərkəzi MDB-də müasir incəsənət mərkəzlərinin top üçlüyünə daxil olub

Heydər Əliyev Mərkəzi Rusiyaya dəstək naminə bayrağı ilə işıqlandırılıb

İran Heydər Əliyev Mərkəzinin koronavirusla mübarizədə dəstəyini yüksək qiymətləndirib

Heydər Əliyev Mərkəzi İrana dəstək naminə bayrağı ilə işıqlandırılıb (VİDEO)

Heydər Əliyev Mərkəzindən "COVID-19"un geniş yayıldığı ölkələrə dəstək 

Heydər Əliyev Mərkəzində II “Fərqli Fərdlər” Konqresi keçirilir

Heydər Əliyev Mərkəzində “Onları Bakı və Moskva sevir” fotosərgisi açılıb 

Heydər Əliyev Mərkəzində Türkiyənin tanınmış rəssamı Ahmet Güneştekinin fərdi sərgisi açılıb (FOTO)

Heydər Əliyev Mərkəzində ikona sənəti sərgisi açılacaq

Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərovla görüş olub

Heydər Əliyev Mərkəzinin parkında Reza Deqatinin sərgisi açılıb

Heydər Əliyev Mərkəzində I Autizm Mədəniyyət Festivalı keçirilib

Heydər Əliyev Mərkəzində “Tarixin şah əsərləri” adlı sərgi açılıb

Heydər Əliyev Mərkəzinin memarının yeni əsəri əl-Vəkra stadionunun açılışı olub (VİDEO)

Heydər Əliyev Mərkəzində “Oxu günü” keçirilib (FOTOLAR)

Özbəkistanin portalı Heydər Əliyev Mərkəzində açılan kukla sərgisinə dair videomaterial yayımlayıb

Heydər Əliyev Mərkəzində “Fərqli Fərdlər” konqresi keçirilib

Heydər Əliyev Mərkəzi dünyanın ən gözəl səkkiz konsert zalı arasında yer alıb

Heydər Əliyev Mərkəzində fransız heykəltəraşın ərgisi açılıb

Şəkidə Heydər Əliyev Mərkəzinin açılışı olub

02 Dekabr 2020, 17:21 (GMT +4)
Peşə təhsilinin populyarlaşdırılması ilə bağlı layihəyə yekun vurulub

02 Dekabr 2020, 17:15 (GMT +4)
İsmayıllıda qazilərin ailələri növbəti dəfə ziyarət olunub

02 Dekabr 2020, 17:11 (GMT +4)
Hulusi Akar: “Azərbaycanla hərbi təlim və zabit hazırlığı ilə bağlı əməkdaşlığımız davam edir”

02 Dekabr 2020, 17:08 (GMT +4)
Ağdaş, Bərdə və Ağdamdan olan COVID-19 xəstələri Mingəçevirdə saxlanılıblar 

02 Dekabr 2020, 16:59 (GMT +4)
Biləsuvarda sexdən 1 790 manatlıq avadanlıq oğurlayan şəxs tutulub

02 Dekabr 2020, 16:54 (GMT +4)
Peru mətbuatında Ermənistanın Azərbaycana qarşı təcavüzünün tarixi və atəşkəs bəyanatı barədə danışılıb

02 Dekabr 2020, 16:50 (GMT +4)
İranın nüvə aliminə qarşı terroru törədənlərin bir neçəsinin kimliyi müəyyənləşib

02 Dekabr 2020, 16:43 (GMT +4)
"Qızılağac" Milli Parkında qanunsuz balıq ovlayan şəxs tutulub

02 Dekabr 2020, 16:30 (GMT +4)
Goranboyda yanğın olub, ölən və yaralanan var

02 Dekabr 2020, 16:22 (GMT +4)
Azərbaycanda koronavirusdan ölüm faizi açıqlanıb

02 Dekabr 2020, 16:10 (GMT +4)
BMU-nun təşkilatçılığı ilə beynəlxalq proqramlaşdırma müsabiqəsi keçirilib

02 Dekabr 2020, 15:53 (GMT +4)
Hulusi Akar: “Qarabağda atəşkəsə nəzarət üzrə Birgə Rusiya-Türkiyə Mərkəzinin tikintisi aparılır”

02 Dekabr 2020, 15:41 (GMT +4)
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd ediləcək

02 Dekabr 2020, 15:20 (GMT +4)
TƏBİB: Sərt məhdudiyyətlərin tətbiqi qaçılmaz ola bilər

02 Dekabr 2020, 15:14 (GMT +4)
Kəlbəcərin Söyüdlü (Zod) qızıl yatağının görüntüləri yayımlanıb (VİDEO)

02 Dekabr 2020, 15:05 (GMT +4)
Azərbaycanda pul bazası noyabrda da azalıb

02 Dekabr 2020, 14:45 (GMT +4)
Laçının Qarıqışlaq kəndinin görüntüləri yayımlanıb (VİDEO)

02 Dekabr 2020, 14:38 (GMT +4)
TƏBİB evdə müalicə olunan koronaviruslu xəstələrə xəbərdarlıq edib

02 Dekabr 2020, 14:37 (GMT +4)
“Qarabağ” ordeninin statutu müəyyənləşib

02 Dekabr 2020, 14:28 (GMT +4)
MOSSAD: Türkiyə, İrandan daha təhlükəlidir

02 Dekabr 2020, 14:12 (GMT +4)
Azərbaycanda daha 3 942 nəfər COVID-19-a yoluxub, 37 nəfər vəfat edib

02 Dekabr 2020, 14:05 (GMT +4)
Hindistan Co Bayden dövründə İrandan neft idxalını bərpa etmək istədiyini bildirib

02 Dekabr 2020, 13:58 (GMT +4)
Şuşaya avtomobil yolunun çəkilişinə xarici şirkətlər də cəlb olunub

02 Dekabr 2020, 13:40 (GMT +4)
ARDNF AÇG və “Şahdəniz” yataqları üzrə gəlirlərini açıqlayıb

02 Dekabr 2020, 13:24 (GMT +4)
Hər il sentyabrın 27-si Azərbaycanda Anım Günü kimi qeyd olunacaq

02 Dekabr 2020, 13:14 (GMT +4)
Azərbaycan qızıl ixracından gəlirini 12 % artırıb

02 Dekabr 2020, 13:05 (GMT +4)
Hər il noyabrın 10-u Azərbaycanda Zəfər Günü kimi qeyd ediləcək

02 Dekabr 2020, 13:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

02 Dekabr 2020, 12:55 (GMT +4)
Tramp seçkilərdən sonra 170 milyon dollar ianə toplayıb

02 Dekabr 2020, 12:50 (GMT +4)
DİN: Son bir həftədə ictimai nəqliyyatda maska taxmayan 747 nəfər cərimələnib

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66