Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

AzTU-da Bakı Dövlət Universitetinin 100 illik yubileyi qeyd olunub

19 Noyabr 2019, 17:22 (GMT +4)

Bakı, 19 noyabr, SalamNews. Prezident İlham Əliyevin “Bakı Dövlət Universitetinin 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamı əsasında bu ali təhsil ocağının yubiley tədbirləri həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda geniş qeyd edilir. Növbəti belə tədbir Azərbaycan Texniki Universitetində keçirilib.

Tədbir iştirakçıları əvvəlcə universitetin foyesində ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib.

Yubiley tədbiri BDU-nun 50 illiyi münasibətilə yazılan “Tələbəlik illəri” mahnısının səsləndirilməsi ilə başlanıb.

Tədbirdə çıxış edən Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyev qonaqları salamladıqdan sonra Bakı Dövlət Universitetinin keçdiyi tarixi yol barədə məlumat verib. Rektor Bakı Dövlət Universitetinin Azərbaycanda təhsilin və elmin inkişafına göstərdiyi misilsiz xidmətlərlə yanaşı, ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm roldan da danışıb. BDU-nun, böyük alimlər, ictimai xadimlər, yaradıcı ziyalılar yetirdiyini deyən Vilayət Vəliyev bu ali təhsi ocağının ən böyük məzununun ulu öndər Heydər Əliyev olduğunu xüsusi vurğulayıb və onun bu ali təhsil ocağının məzunu olması ilə həmişə fəxr etdiyini bildirib.

Ümummilli lider Heydər Əliyev bu ali təhsil ocağının rolunu və əhəmiyyətini yüksək qiymətləndirib, onu Azərbaycan xalqının sərvəti adlandırıb.

Rektor özünün də Bakı Dövlət Universitetinin məzunu olduğunu xatırladıb. Qeyd edib ki, hazırda Azərbaycan Texniki Universitetinin professor-müəllim heyətinin 163 nəfəri məhz Bakı Dövlət Uniuversitetinin məzunudur. Rektor Bakı Dövlət Universitetinin inkişafının yeni mərhələsinin Prezident İlham Əliyevin adı ilə bilavasitə bağlı olduğunu xüsusi vurğulayıb. Bu gün keçirilən yubiley tədbirinin Azərbaycan Texniki Universiteti ilə Bakı Dövlət Universiteti arasında gələcək əməkdaşlığın genişləndirilməsi üçün qarşıya müəyyən vəzifələr qoyacağını qeyd edib.
Daha sonra çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev yubiley tədbirinin təşkilinə görə Azərbaycan Texniki Universitetinin rektoru Vilayət Vəliyevə təşəkkür edib. Rektor BDU-nun keçdiyi 100 illik şərəfli yoldan danışıb. Elçin Babayev Prezident İlham Əliyevin Bakı Dövlət Universiteti ilə bağlı imzaladığı mühüm sərəncamları diqqətə çatdırıb. Bildirib ki, universitetin 100 illik yubileyinin Parisdə qeyd olunması Azərbaycan təhsilinə və elminə verilən böyük diqqətdir. Rektor Bakı Dövlət Universiteti ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlığın yeni mərhələnin əsasının qoyulduğunu da diqqətə çatdırıb.

BDU-nun elm və innovasiyalar üzrə prorektoru, AMEA-nın müxbir üzvü Aydın Kazımzadə və AzTU-nun “Kimya” kafedrasının müdiri Elman Məmmədov Bakı Dövlət Universitetinin Azərbaycan təhsilinə və elminə verdiyi töhfələrdən söz açıblar.

Tədbirdə Azərbaycan Texniki Universitetində çalışan və Bakı Dövlət Universitetinin məzunu olmuş 163 professor-müəllim heyəti adından BDU-ya xatirə hədiyyəsi təqdim olunub.
Yubiley tədbiri bədii hissə ilə davam edib.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

BP AzTU tələbələrinə iş təklif edəcək

AzTU ilə BDRA arasında əməkdaşlıq genişləndiriləcək

AzTU-da keçirilən karyera sərgisində 2000 manat maaş veriləcək vakansiya təqdim olunub

AzTU komandası daha bir uğura imza atıb

Sankt-Peterburq Dövlət Universitetinin nümayəndələri AzTU-da olublar

AzTU-nun professoru Aşqabadda erməni yalanını ifşa edib

AzTU ərəb ölkələrində daha da yaxından tanıdılacaq

AzTU ilə Brandenburq Texniki universiteti arasında razılıq əldə edilib

AzTU-da tanınmış şəxslər tələbələrə həyat hekayələrindən bəhs ediblər

AzTU-nun nümayəndə heyəti Fransada keçirilən görüşlərdə iştirak edib

AzTU ilə “British Council” arasında əməkdaşlıq perespektivləri müzakirə olunub

AzTU-nun nümayəndə heyəti Almaniyada beynəlxalq konfransda iştirak edib

“Nar” AzTU-da tələbələrüçün mobil rabitə təlimi təşkil edib

AzTU-da tədrisin innovativləşməsi istiqamətində müsbət irəliləyiş əldə olunub

AzTU-ya yeni prorektor təyin olunub

AzTU-da Startap Günləri keçiriləcək

AzTU və Bilik Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb

AzTU ilə Avropanın 5 universiteti arasında diplom müqaviləsi imzalanacaq

AzTU-da 18 oktyabr - Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbir keçirilib

AzTU-nun professoru qızıl medalla təltif olunub

11 Dekabr 2019, 17:51 (GMT +4)
Azercell rəqəmsal Yeni İl kampaniyasına start verib

11 Dekabr 2019, 17:43 (GMT +4)
AB Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı qərar verəcək

11 Dekabr 2019, 17:30 (GMT +4)
Bu il Azərbaycana gələn xarici vətəndaşların sayı 11,1 faiz artıb

11 Dekabr 2019, 17:20 (GMT +4)
Suriya ilə bağlı Astana-14 toplantısı yekun bəyanat verib

11 Dekabr 2019, 17:15 (GMT +4)
Nobel mükafatı mənasını itirdi - Ərdoğan

11 Dekabr 2019, 16:54 (GMT +4)
Ankara ABŞ-ı Rusiyadan qırıcı təyyarə almaqla təhdid edib

11 Dekabr 2019, 16:45 (GMT +4)
Prezident İlham Əliyev “Azərsu” ASC-ə 5 milyon manat ayırıb

11 Dekabr 2019, 16:37 (GMT +4)
Əli Əhmədov: YAP vaxtı çatanda öz siyahısını elan edəcək

11 Dekabr 2019, 16:28 (GMT +4)
Çin XİN ABŞ-ı qlobal təhlükəsizliyə ən böyük təhdid adlandırıb

11 Dekabr 2019, 16:10 (GMT +4)
İsrail parlamenti özünü buraxmağa hazırlaşır

11 Dekabr 2019, 16:02 (GMT +4)
SOCAR və STP arasında anlaşma memorandumu imzalanıb

11 Dekabr 2019, 15:50 (GMT +4)
Putin və Ərdoğan İstanbul görüşündə Suriya ilə bağlı sammiti müzakirə edə bilər

11 Dekabr 2019, 15:46 (GMT +4)
Azərbaycanlı tələbə erməni rəqibini 10:0 məğlub edib

11 Dekabr 2019, 15:35 (GMT +4)
Təhsil Nazirliyi 1280-dən çox video dərslər hazırlayıb

11 Dekabr 2019, 15:34 (GMT +4)
Suriya Ordusu beynəlxalq Hələb-Həsəka yolunu tam nəzarətə götürüb

11 Dekabr 2019, 15:30 (GMT +4)
BANM “Baker Hughes” şirkəti ilə proqram təminatı lisenziyaları barədə saziş imzalayıb

11 Dekabr 2019, 15:28 (GMT +4)
Məktəblilərimiz tarixi uğura imza atıblar

11 Dekabr 2019, 15:20 (GMT +4)
“AmCham Azərbaycan” üzvləri üçün DMX rəisi ilə görüş təşkil edilib

11 Dekabr 2019, 15:20 (GMT +4)
Peskov Paris sammitinin "qalibi" haqqında söhbətləri yersiz adlandırıb 

11 Dekabr 2019, 14:49 (GMT +4)
Ötən gün yol qəzalarında 4 nəfər ölüb

11 Dekabr 2019, 14:44 (GMT +4)
Xəlifə Haftarın Ordusu Liviyada türk gəmilərinin vurulacağı haqda xəbərdarlıq edib

11 Dekabr 2019, 14:41 (GMT +4)
Kreml Trampın Lavrovla görüşünə münasibət bildirib

11 Dekabr 2019, 14:15 (GMT +4)
Katalon polisi Barselona - Real Madrid matçının keçirilməsinə qarşı çıxır

11 Dekabr 2019, 14:13 (GMT +4)
Yol Polisi piyadalarla bağlı təsirli tədbirlərin görülməsinə başlayıb

11 Dekabr 2019, 13:51 (GMT +4)
Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Abşeronda vətəndaşlarla görüşüb

11 Dekabr 2019, 13:50 (GMT +4)
Nyu Cersidə bir neçə saat davam edən atışmada 6 nəfər ölüb

11 Dekabr 2019, 13:43 (GMT +4)
Təhsil Nazirliyi Biləsuvar və Masallı rayonlarına mediatur təşkil edib

11 Dekabr 2019, 13:39 (GMT +4)
İran körfəz ərəb dövlətlərinin zirvə toplantısının bəyanatını tənqid edib

11 Dekabr 2019, 13:29 (GMT +4)
Sabah Bakıda 11 dərəcə isti gözlənilir

11 Dekabr 2019, 13:16 (GMT +4)
AQTA əməkdaşları Bərdədə əkin sahələrində monitorinqlər aparıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66