Diktator Frankonun vəsiyyəti ilk dəfə dərc edilib18 Noyabr 2019, 17:36 (GMT +4) Bakı, 18 noyabr, SalamNews. 1939-1975-ci illərdə hakimiyyətdə olan İspaniya diktatoru Fransisko Frankonun vəsiyyəti ilk dəfə "Mundo" qəzetində dərc edilib.
SalamNews Gazeta.Ru-ya istinadən xəbər verir ki, vəsiyyətnaməyə görə Franko həyat yoldaşı və qızına (bu gün təxminən 1,8 milyon avro) 28.5 milyon peset miras qoyub.
Sənəd 20 fevral 1968-ci ildə - diktatorun ölümündən yeddi il əvvəl tərtib edilib.
Sənədə əsasən, Frankonun sərvətinin əsas hissəsi daşınmaz əmlak, xüsusən də 840 min avro dəyərində qiymətləndirilən La Koruna əyalətindəki məşhur "Paso de Meiras" qəsri olub.
|