Suriya Ordusu ölkənin 2-ci ən böyük su elektrik stansiyasını nəzarətə götürüb18 Noyabr 2019, 10:56 (GMT +4) Bakı, 18 noyabr, SalamNews, B.Samid. Suriya Ordusu 4 ildən sonra ölkənin ikinci ən böyük su elektrik stansiyası olan "Tişrin" SES-a nəzarətə götürüb.
SalamNews RT-ə istinadla xəbər verir ki, Suriya Ordusu və Rusiyanın hərbi polis qüvvələri ölkənin Rəqqa əyalətində Fərat çayı üzərində yerləşən Tişrin SES-nə daxil olub.
Rəqqa əyalətinin Təbəqa şəhəri ərazisində yerləşən bu SES ölkənin ikinci ən böyük mühüm iqtisadi obyektidir.
İŞİD bu SES-ı 2014-cü ildə ələ keçirmişdi.
|