Fransada Makrona sui-qəsdin qarşısı alınıb18 Noyabr 2019, 09:18 (GMT +4) Bakı, 18 noyabr, SalamNews. Fransa xüsusi xidmət orqanları prezident Emmanuel Makrona sui-qəsd təşkil etmə iddiası üzrə iki şübhəlini saxlayıb. Şübhəlilər 15 noyabrda terror işi ilə əlaqədar məhkəmə iclasında dindirilib.
SalamNews RFI-yə istinadən xəbər verir ki, 30 və 45 yaşlı iki kişi Fransanın şimal-şərqində saxlanılıb.
İstintaqın məlumatına görə, tutulanların hər ikisi ultra sağ qrupu "Les Barjols"un üzvüdür.
Yeni sui-qəsd cəhdi Emmanuel Makronun Ardenne bölgəsindəki Şarlevill-Mezieres şəhərinə səfəri zamanı 7 noyabrda planlaşdırılmışdı.
|