Almaniyada İŞİD terrorçusu saxlanılıb16 Noyabr 2019, 15:20 (GMT +4) Bakı, 16 noyabr, SalamNews. Almaniyanın Federal Hesse əyalətində İŞİD terror təşkilatına qoşulmaqda şübhəli bilinən ölkə vətəndaşı saxlanılıb.
SalamNews-un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Almaniyanın baş prokurorluğu məlumat yayıb.
"Şübhəli üç cinayət işi üzrə təqsirli bilinib, həmçinin silah alveri, digərlərinin əmlakının zəbt edilməsi və qanun pozuntularında ittiham olunur", deyə açıqlamada bildirilib.
|