Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub

18 Noyabr 2019, 17:13 (GMT +4)

Bakı, 18 noyabr, SalamNews. Noyabrın 18-də görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) Bakıdakı ev-muzeyinin əsaslı təmirdən sonra açılış mərasimi keçirildi.

Tədbirdə dövlət rəsmiləri, millət vəkilləri, yazıçının nəticəsi Martin Cavanşiri və onun oğlu Pşemislav Cavanşiri, elm, ədəbiyyat və mədəniyyət xadimləri iştirak edirdi.
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov qonaqları salamladı, görkəmli ədibin ömür yolundan qısa söz açdı.

Mərasimdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Cəlil Məmməquluzadənin Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında özünəməxsus rolundan bəhs etdi. Bildirdi ki, Prezident İlham Əliyevin sərəncamına əsasən, böyük ədibin 150 illik yubileyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd olunur: “Bu gün biz Cəlil Məmmədquluzadənin yeni təmirdən çıxmış ev-muzeyinin açılışına yığışmışıq. Muzeyin təmiri Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən həyata keçirilib. Təmirdən sonra muzeydə yeni ekspozisiyalar yaradılıb”.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, Xalq yazıçısı Anar vurğuladı ki, Cəlil Məmmədquluzadənin Bakıdakı ev-muzeyi ümummilli lider Heydər Əliyev Moskvaya gedəndən sonra baxımsız vəziyyətdə qalmışdı: “Mən də o vaxt bu barədə bir yazı yazmışdım. Heydər Əliyev ölkə rəhbərliyinə qayıdandan sonra muzeyə diqqət yenidən artırıldı. Bu muzeydə Cəlil Məmmədquluzadənin ömrünün ən ağrılı anları keçib. O, bu evdə övladlarını soyuqdan qorumaq üçün əlyazmalarını yandırıb. Həmidə xanım xatirələrində yazırdı ki, evimiz qızanda Mirzə Cəlil dedi ki, hə, indi uşaqlar rahat yata bilərlər. Mənə elə gəlir ki, bu ocaq tək onun övladlarını yox, bu gün bizi də isidir”.

AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli çıxış edərək 68 illik fasilədən sonra Mirzə Cəlil nəslinin davamçılarının ilk dəfə vətənlərinə qayıtdıqlarını bildirdi: “Mirzə Cəlilin nəvələri İran, Polşa, Fransa və İrlandiyada yaşayır. Cəlil Məmmədquluzadənin nəticəsi və kötükcəsi hazırda bizimlədir. Onlar ulu babalarının evi ilə tanış olacaqlar. Cəlil Məmmədquluzadə ən böyük əsərlərini bu evdə yazıb. Bu evin ona verilməsində Azərbaycan xalqının böyük oğlu Nəriman Nərimanovun mühüm xidmətləri olub. Sovet rejimi yazıçını İrandan dəvət etsə də, ona bir il ərzində lazımi diqqət yetirilməyib. Evin birinci mərtəbəsi "Molla Nəsrəddin" mətbəəsi, ikinci mərtəbəsi isə mənzil kimi istifadə olunub. Azərbaycanın görkəmli ədibləri onunla görüşmək üçün bu məkana gəliblər”.
Daha sonra çıxış edən yazıçının nəticəsi Martin Cavanşiri Cəlil Məmmədquluzadəyə göstərilən diqqətə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirdi.
Sonda tədbir iştirakçıları ev-muzeylə yaxından tanış oldular.

Xatırladaq ki, C.Məmmədquluzadənin 1922-1932-ci illərdə yaşadığı mənzil Süleyman Tağızadə küçəsi 56-da (Köhnə Poçt küçəsi, 64) Azərbaycan hökumətinin 1978-ci ildə verdiyi qərarla ev-muzey kimi təşkil edilib. Muzeyin yerləşdiyi bina XIX əsrin axırları, XX əsrin əvvəllərinə aid tarixi memarlıq və mədəniyyət abidəsidir. Görkəmli ədibin ev-muzeyinin yeni ekspozisiyasının açılışı 1994-cü il dekabrın 28-də - anadan olmasının 125 illiyi ərəfəsində gerçəkləşib.
Sahəsi 185 kvadratmetr olan muzey 5 zaldan ibarətdir. Mədəniyyət ocağının əsas fondunda ədibin və digər mollanəsrəddinçilərin həyat və yaradıcılığını əks etdirən 5000-dən çox eksponat toplanıb.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

“Cəlil Məmmədquluzadə” tankeri əsaslı təmir edilib

Cəlil Məmmədquluzadənin ev muzeyi yenilənir (FOTO)

“Cəlil Məmmədquluzadənin şeir yaradıcılığı” monoqrafiyası çapdan çıxıb 

Cəlil Məmmədquluzadənin əsərləri Litva dilində nəşr olunub

Bu gün Cəlil Məmmədquluzadənin anım günüdür

Bu gün Kərbəla meydanı – Azərbaycandakı vətənpərvərlik meydanıdır – Cəlil Məmmədquluzadə (ARAŞDIRMA)

Dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadənin doğum tarixidir

09 Dekabr 2019, 14:39 (GMT +4)
Rusiyalı nazir: Rusiya və Azərbaycan altıncı yol xəritəsi üzərində razılaşma əldə edib

09 Dekabr 2019, 14:35 (GMT +4)
Nazirliyin maliyyə dəstəyi ilə icra olunan sosial xidmət layihələrində 1600-ə yaxın şəxs çalışır

09 Dekabr 2019, 14:27 (GMT +4)
Səudiyyə Ərəbistanının Neft-qaz və Minerallar Universitetinin nümayəndələri BANM-də olublar

09 Dekabr 2019, 14:27 (GMT +4)
İraqlı qız 5 ildən sonra ona təcavüz edən İŞİD-çi ilə qarşılaşıb (VİDEO)

09 Dekabr 2019, 13:52 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində 5 nəfər ölüb

09 Dekabr 2019, 13:49 (GMT +4)
İdman Jurnalistikası proqramının magistrantlarına Böyük Britaniya universitetinin sertifikatları təqdim olunub

09 Dekabr 2019, 13:41 (GMT +4)
Xırdalanda partlayış olub, xəsarət alan var

09 Dekabr 2019, 13:30 (GMT +4)
Türkiyə 11 İŞİD terrorçusunu Fransaya deportasiya edib

09 Dekabr 2019, 13:19 (GMT +4)
İran və Səudiyyə gələn ilin həcc mərasimi ilə bağlı yeni anlaşma əldə ediblər

09 Dekabr 2019, 13:19 (GMT +4)
Bakıda Azərbaycan-Rusiya iqtisadi-ticarət əlaqələrinə dair müzakirələr aparılıb

09 Dekabr 2019, 13:09 (GMT +4)
Azərbaycanda ilk dəfə həyata keçirilən “Ağ Lent” kampaniyasına yekun vurulub (VİDEO) 

09 Dekabr 2019, 13:03 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

09 Dekabr 2019, 12:52 (GMT +4)
Vətəndaşların hüquq və azadlıqlarının qorunması Türkiyənin prioritet vəzifəsi olaraq qalır - Çavuşoğlu

09 Dekabr 2019, 12:40 (GMT +4)
Rusiya Arktika üzərində havadan müdafiə qübbəsi yerləşdirəcək

09 Dekabr 2019, 12:39 (GMT +4)
DYP qeyri-sabit hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

09 Dekabr 2019, 12:38 (GMT +4)
"Selector" radio verilişi yenidən efirə buraxılır

09 Dekabr 2019, 12:28 (GMT +4)
Azərbaycan-Gürcüstan birgə ali məktəbi Tbilisidə yerləşəcək

09 Dekabr 2019, 12:23 (GMT +4)
Bağdadda hava limanı ərazisinə atılan raketlər 6 əsgərin yaralanmasına səbəb olub

09 Dekabr 2019, 12:04 (GMT +4)
ABŞ-ın sərt sanksiyalarına məruz qalan İran gələn ilin büdcəsini açıqlayıb

09 Dekabr 2019, 12:00 (GMT +4)
Azərbaycan Prezidenti Rusiyanın İqtisadi İnkişaf nazirini qəbul edib

09 Dekabr 2019, 11:53 (GMT +4)
“Qeyri-tarif tədbirləri ilə əlaqədar xərclərin azaldılması” layihəsi ilə bağlı seminar keçirilir

09 Dekabr 2019, 11:45 (GMT +4)
Rusiya ilə sərhədin demarkasiyası ilə bağlı işlərin 30-40 faizi başa çatıb - Xələf Xələfov

09 Dekabr 2019, 11:41 (GMT +4)
Sevinc Gülmalıyeva: Laboratoriyamız fasiləsiz olaraq 7/24 saat rejimində xidmət göstərir

09 Dekabr 2019, 11:40 (GMT +4)
Azərbaycanda müşahidə olunan faktiki hava şəraiti açıqlanıb

09 Dekabr 2019, 11:34 (GMT +4)
"ABAD" ətraf mühitin qorunması üçün yeni layihəyə başlayıb

09 Dekabr 2019, 11:30 (GMT +4)
Misirdə keçiriləcək Dünya Gənclər Forumunda Azərbaycandan 32 gənc iştirak edəcək

09 Dekabr 2019, 11:28 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi baş verib, itkin düşənlər var

09 Dekabr 2019, 11:21 (GMT +4)
Sudan Yəməndə qalan hərbi qüvvələrinin sayını açıqlayıb

09 Dekabr 2019, 11:06 (GMT +4)
Yol polisinin “Instagram” səhifəsi fəaliyyətə başlayıb

09 Dekabr 2019, 10:48 (GMT +4)
“Bakutel-2019” sərgisində “Ən yaxşı debüt’’ sertifikatına DOST Agentliyi layiq görüldü

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66