Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

“Aqrar Tədarük və Təchizat” ASC-nin rəhbər şəxsləri Quba, Qusar və Xaçmazda fermerlərlə görüşüb

18 Noyabr 2019, 10:41 (GMT +4)

Bakı, 18 noyabr, SalamNews.Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” (ATT) Açıq Səhmdar Cəmiyyətinin rəhbər şəxsləri Quba, Qusar və Xaçmaz rayonlarında yerli fermerlərlə və qida məhsulları istehsalçıları ilə görüş keçirib. Bu rayonların Dövlət Aqrar İnkişaf Mərkəzlərində baş tutan görüşlərdə fermerlər ATT-nin fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumatlandırılıb. Fermer və qida məhsulları istehsalçıları qurum tərəfindən həyata keçirilən “Kənddən Şəhərə”, “Şəhərdən Kəndə” və AFAQ layihələrinə qoşulmağa dəvət edilib. Həmçinin, fermerlərin problemləri yerindəcə dinlənilib, müraciətləri qeydə alınıb.

SalamNews KTN-ə istinadən xəbər verir ki, görüşdə çıxış edən “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Leyla Məmmədova rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə fermerlərə məlumat verib: “Qurum olaraq əsas vəzifəmiz dövlət vəsaiti hesabına fermerlərdən yetişdirdikləri kənd təsərrüfatı məhsullarını satın almaq və bu məhsullarla müxtəlif dövlət qurumlarının qida təchizatını həyata keçirməkdir. Bu günə qədər məhsullarının satışında problem yaşayan yüzlərlə fermerlə əməkdaşlıq etmişik. Bu fermerlərin 50-yə yaxını Quba, Qusar və Xaçmaz rayonlarında fəaliyyət göstərirlər. Ümumilikdə bu rayonlarda yaşayan fermerlərdən on ay ərzində 400 tona yaxın kənd təsərrüfatı məhsulu tədarük etmişik. Həm bu regionda, həm də digər regionlarda əməkdaşlıq etdiyimiz fermerlərin sayı hər keçən gün artmaqdadır”.

Leyla Məmmədova daha sonra fermerləri ATT tərəfindən həyata keçirilən layihələrə qoşulmağa dəvət edib: “Bildirmək istəyirəm ki, həyata keçirdiyimiz layihələr sizə öz məhsullarınızı daha tez və sərfəli qiymətə satmağa kömək edəcək. Hər birinizi layihələrimizə qoşulmağa dəvət edirəm. “Kənddən Şəhərə” layihəsi çərçivəsində Bakı şəhərində iki satış mərkəzi fəaliyyət göstərir. Mütəmadi olaraq hər həftəsonu paytaxtın müxtəlif nöqtələrində “Kənddən Şəhərə” yarmarkaları təşkil edirik. Bütün bu yarmarka və satış mərkəzlərində paytaxt sakinlərinə sizin yetişdirdiyiniz məhsullar təqdim edilir. Yarmarkalarda iştirak edən fermerlər öz məhsullarını birbaşa alıcılara satırlar. Biz fermerləri ödənişsiz yer və lazımi avadanlıqlarla təmin edirik. “Şəhərdən Kəndə” layihəsi isə sizə təsərrüfatınızdan əlavə gəlir götürmək imkanı yaradacaq. Siz öz təsərrüfat sahənizdə yerli və xarici turistləri qonaq etməklə həm də məhsullarınız üçün alternativ satış kanalı əldə edəcəksiniz. AFAQ layihəmiz isə qadınları hədəf götürən bir layihədir. Bu layihəni həyata keçirməklə aqrar sahədə fəaliyyət göstərən qadınların sayını artırmaq istəyirik”.

Leyla Məmmədova əlavə edib ki, yetişdirdikləri məhsulların satışında çətinlik çəkən fermerlərə dəstək göstərilir və bu ənənə gələcəkdə də davam etdiriləcək: “Mən sizdən xahiş edirəm ki, rastlaşdığınız hər hansı problemlə bağlı regional idarələrimizə, yaşadığınız rayonda yerləşən DAİM-ə və ya 1652 qaynar xəttinə, eləcə də 050 400 88 99 nömrəsinə müraciət edəsiniz. Ola bilər ki, sui-istifadə halları ilə rastlaşasınız. Əməkdaşımız olmayan hansısa şəxslər bizim adımızdan sizə müraciət edə bilərlər, onlara inanmayın. Birbaşa bizim idarələrimizə yaxınlaşın və problemlərinizi bildirin. Biz sizin problemlərinizi həll etmək üçün əlimizdən gələni edəcəyik. Bundan əmin ola bilərsiniz. Məqsədimiz sizin təsərrüfatınızı daha da inkişaf etdirməyinizə yardım etməkdir”.

Xatırladaq ki, “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin rəhbər şəxsləri mütəmadi olaraq müxtəlif regionlarda fermerlərlə görüşlər keçirirlər. Bu görüşlər davam etdiriləcək.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

KTN: Ərzaq təhlükəsizliyi ilə bağlı heç bir problem yoxdur

KTN-nin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb

KTN 200 əməkdaşına yeni subsidiya qaydaları ilə bağlı təlimlər keçməyə başlayıb

KTN Sabirabadda respublika müşavirəsi keçirib

KTN-nin nümayəndə heyəti Fransada səfərdə olub

KTN quduzluğa qarşı yeni vaksinasiya üzərində çalışır

KTN Aparatının Həmkarlar İttifaqı Komitəsinin rəhbərliyi yenidən formalaşdırılıb

KTN-in nümayəndə heyəti Cənubi Afrikaya səfərə gedib

KTN süd məhsullarının dəyəri ilə bağlı beynəlxalq şirkətlə müqavilə bağlayıb 

KTN sahibkarları iri və xırdabuynuzlu heyvanların satışına dəvət edir

KTN Azərbaycandan ixrac olunmuş təzə kartofun Qazaxıstandan geri qaytarılması haqqında məlumat yayıb

“Aqrolizinq” ASC-nin Braziliyadan damazlıq heyvanlar alması ilə bağlı məlumatlar həqiqətə uyğun deyil - KTN

Bakıya satış məqsədi ilə gətirilmiş yararsız at əti aşkar edilib - KTN

Havalar soyuq keçdiyindən, dərinə düşmüş toxumların cücərməsi ləngiyib - KTN

KTN ilə İslam İnkişaf Bankı arasında əməkdaşlıq məsələləri müzakirə olunub

İrandan quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub - KTN

KTN vakant vəzifələrin tutulması üçün müsahibə elan edib

KTN-də ictimai iştirakçılığın təmin olunması ilə bağlı “dəyirmi masa” keçirilib

Ötən gün 29 cinayət faktnın üstü “isti izlər”lə açılıb - DİN

Azərbaycan KTN-nin nümayəndə heyəti Astanada beynəlxalq konfransda iştirak edəcək

21 Oktyabr 2020, 20:39 (GMT +4)
Prezident: Zəngilanın daha 14 yaşayış məntəqəsi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:33 (GMT +4)
Ali Baş Komandan: Cəbrayılın daha 5 kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 20:29 (GMT +4)
Prezident: Füzulinin daha üç kəndi işğaldan azad edilib

21 Oktyabr 2020, 19:30 (GMT +4)
MN: Düşmənin 6 PUA-sı məhv edilib

21 Oktyabr 2020, 17:59 (GMT +4)
Azərbaycan kərə yağı idxalını 29% artırıb

21 Oktyabr 2020, 17:50 (GMT +4)
Neft daşlarında dalğanın hündürlüyü 3 metrə çatıb

21 Oktyabr 2020, 17:43 (GMT +4)
Prezident İlham Əliyev Yaponiyanın “Nikkei” qəzetinə müsahibə verib

21 Oktyabr 2020, 17:36 (GMT +4)
“Yəmən hökuməti” paytaxt limanının açılması üçün Səudiyyə Ərəbistanına təzyiqlərin gösərilməsini istəyib  

21 Oktyabr 2020, 17:23 (GMT +4)
Ordubadda qədim abidələr aşkarlanıb

21 Oktyabr 2020, 17:12 (GMT +4)
İspaniyanın “La Vanguardia” qəzeti Zəngilan şəhərinin azad edilməsindən yazıb

21 Oktyabr 2020, 16:53 (GMT +4)
Lənkəranın 99 yaşlı sakini bir aylıq təqaüdünü Silahlı Qüvvələrə Yardım Fonduna köçürüb

21 Oktyabr 2020, 16:35 (GMT +4)
Parisdə Eyfel qülləsi yanında iki müsəlman qadın bıçaqlanıb

21 Oktyabr 2020, 16:34 (GMT +4)
Ermənistana məxsus daha 3 PUA məhv edilib

21 Oktyabr 2020, 16:30 (GMT +4)
DİN əhaliyə xəbərdarlıq edib

21 Oktyabr 2020, 16:20 (GMT +4)
Rusiyada "Su-34" qırıcısı qəzaya uğrayıb

21 Oktyabr 2020, 16:11 (GMT +4)
Hərbi komandiri də daxil olmaqla Ermənistanın daha 4 zabiti məhv edildi

21 Oktyabr 2020, 16:07 (GMT +4)
Təhsil Nazirliyi “Qarabağın məşhur müəllimləri” layihəsinə başlayır

21 Oktyabr 2020, 15:54 (GMT +4)
Direktorların işə qəbulu üzrə imtahan proqramı açıqlanıb

21 Oktyabr 2020, 15:45 (GMT +4)
“Azəriqaz”: Əhali abunəçilərinin cəmi 8,3%-i güzəştli limit həddini keçib

21 Oktyabr 2020, 15:31 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 31 mini ötüb

21 Oktyabr 2020, 15:30 (GMT +4)
Moskvada Azərbaycan və Rusiya XİN başçılarının görüşü olub

21 Oktyabr 2020, 15:10 (GMT +4)
Azərbaycanda son sutkada 714 nəfər koronavirusa yoluxub

21 Oktyabr 2020, 14:58 (GMT +4)
Sabahın hava proqnozu açıqlanıb

21 Oktyabr 2020, 14:51 (GMT +4)
Düşmənin döyüş meydanında atıb qaçdığı növbəti texnikalar (VIDEO)

21 Oktyabr 2020, 14:46 (GMT +4)
Türkiyə Suriyanın şimalında doqquz PKK üzvünün zərərsizləşdirildiyini bildirib

21 Oktyabr 2020, 14:35 (GMT +4)
TBMM sədri: Qardaş Azərbaycanın haqlı davasını bütün dünyaya çatdıracağıq

21 Oktyabr 2020, 14:28 (GMT +4)
Azərbaycan ət idxalını 10%-dən çox azaldıb

21 Oktyabr 2020, 14:11 (GMT +4)
Kanadada koronavirusa yoluxanların sayı 203 mini keçib

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Liviyada münaqişə tərəfləri quru və hava yollarının açılmasında razılığa gəliblər

21 Oktyabr 2020, 13:57 (GMT +4)
Azərbaycan nefti 42 dollara qədər ucuzlaşıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66