Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » SİYASƏT

Prezident İlham Əliyev ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbərini qəbul edib

16 Noyabr 2019, 10:17 (GMT +4)

Bakı, 16 noyabr, SalamNews.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Simon Vizental Mərkəzinin həmtəsisçisi və sədr müavini, yəhudi din xadimi Rabbi Abraham Kuperi və ABŞ-ın Xristian Liderlər Konqresinin rəhbəri, yevangelist din xadimi Conni Muru qəbul edib.

SalamNews xəbər verir ki, Rabbi Abraham Kuper deyib:

- Hesab edirəm ki, Sammitin özü heyrətamiz və uğurlu idi. Ümid edirik ki, Azərbaycan lider ölkə olaraq, sadəcə, danışmaqla yox, çoxkonfessiyalılıq, liderlik nöqteyi-nəzərdən özünün təqdim olunmasında səylərini davam etdirəcək. Biz buraya gələndə özümüzü evimizdəki kimi hiss edirik. Biz bilirik ki, bu, əsasən Sizin şəxsən rəhbərliyiniz və mərhum atanızın birgə səyləri nəticəsində mümkün olmuşdur.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə də toxunuldu. Prezident İlham Əliyev Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan tərəfindən işğal edildiyini, soydaşlarımızın öz doğma torpaqlarından qovulduğunu bildirdi.

Prezident İlham Əliyev deyib:

- Bütün azərbaycanlılar torpaqlarından qovulmuşdur və bundan sonra ermənilər qeyri-qanuni, saxta referendum təşkil etdilər və heç kim onun nəticələrini tanımır. O vaxtdan bəri onlar bir neçə dəfə saxta referendumlar təşkil etmiş, lakin Minsk qrupunun həmsədr ölkələri olan Amerika Birləşmiş Ştatlarının, Rusiyanın və Fransanın hökumətləri bunu açıq şəkildə pisləmişdir. Onlar bizim məscidlərimizi dağıtmış, lakin biz erməni kilsəsini bərpa etmişik. Beləliklə, bu, bizim və onların dini abidələrə münasibətimizin göstəricisidir. Azərbaycan çoxkonfessiyalı, multietnik ölkədir, Ermənistan isə monoetnik ölkədir. Bütün digər etnik qrupların nümayəndələri qovulmuşdur. Eşitmişəm ki, Ermənistanda guya yəhudi icmasının rəhbəri var, lakin onun Karapetyan və ya Varapetyan kimi bir adı var. Orada yəhudilər yoxdur, azərbaycanlılar yoxdur.

Rabbi Abraham Kuper: Lakin orada antisemitizm var.

Prezident İlham Əliyev: Bəli, əlbəttə ki, antisemitizm var. Bilmirəm, sizin bu barədə məlumatınız var, ya yox. Bu ilin oktyabr ayında keçmiş Sovet İttifaqı respublikalarının rəhbərlərinin görüşdüyü Aşqabad şəhərində keçirilən MDB Sammiti çərçivəsində mövzulardan biri İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümünün qeyd olunması ilə bağlı idi və mən söz alaraq dedim ki, Azərbaycan və MDB-yə üzv olan digər ölkələr faşizmin pislənməsi ilə bağlı ortaq mövqedən çıxış edirlər. Nasistlərin qəhrəmanlaşdırılması haqqında danışarkən mən dedim, təəssüf ki, bizim bölgədə, MDB məkanında faşistləri tərənnüm edən bir ölkə var. Mən faşistlərə xidmət edən, Ermənistan hökuməti tərəfindən şərəfinə 6 metr hündürlüyündə abidə ucaldılmış Qaregin Ter-Arutunyanın adını çəkdim. O, faşist Almaniyası, müharibə vaxtında “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur” ifadəsini işlədən bir şəxs idi və bu şəxsin müxtəlif millətlərin, o cümlədən yəhudilərin və digər insanların qətlində əli olub. O, Bolqarıstanda gizli şəbəkə yaratmışdı. Casusluq şəbəkəsi yaradılmışdı. O, həbs olunmuş, uzun müddətə azadlıqdan məhrum edilmiş və Vladimir şəhərində həbsxanada vəfat etmişdi. Mən Ermənistanın yeni hökumətini o abidəni sökməyə çağırdım, çünki onu əvvəlki hökumət ucaltmışdı. Yeni hökumət özünü demokratik hökumət kimi göstərir. Beləliklə, bunu göstərin, abidəni sökün. Mənim ittihamlarım ona qarşı deyildi, onun qondarma inqilab nəticəsində devirdiyi sələflərinə qarşı idi və o, dedi: Soljenitsin də həbsdə olub və bir çox başqa sovet dissidentləri Vladimir həbsxanasında olublar. Beləliklə, o, faktiki olaraq deyirdi ki, faşist qatil Soljenitsinlə eynidir. Bundan daha səfeh bəyanatı təsəvvürə gətirmək mümkün deyil. Bu səbəbdən, əlbəttə ki, biz hər şeyi olduğu kimi deməliyik. Biz bilirik ki, Amerikada, Rusiyada, Fransada, Minsk qrupunun həmsədr ölkələrinin hamısında erməni lobbisi var. Lakin bir həqiqət var. Qələbənin 75-ci ildönümü ərəfəsində biz Yerevanın mərkəzində bu abidənin olmasına necə dözə bilərik. İndi onlar, - mən mətbuatdan eşitmişəm, - Bolqarıstanda abidə tikməyə çalışırlar. Onlar birini Rusiyanın Armavir şəhərində ucaldıblar. Çox cəsur bir insan gəlib onun üstünə qara boya töküb və indi erməni diasporu ona hücum edir. Onlar faşisti müdafiə edirlər. Ona görə də, əlbəttə ki, biz ümid edirik dünyadakı yəhudi icmaları bizim səsimizə səs verəcək və Ermənistan hökumətini bu abidəni sökməyə məcbur edəcəklər.

Rabbi Abraham Kuper: Xüsusilə, bildiyimiz kimi, yanvarın sonunda Ausşvitzdə onun ildönümü münasibətilə bəlkə də sonuncu toplantı keçiriləcək. Dəqiq desək, keçmiş Sovet İttifaqı ölkələrinin əksər rəhbərləri, onlara bunun baha başa gəlməsinə baxmayaraq, Hitler və silahdaşlarının məğlubiyyətində böyük rol oynamaqları ilə fəxr edirlər. Bu, həmçinin Ermənistanın da digər dövlətlərin sıralarına qoşulmasını təmin etmək üçün münasib vaxtdır. Əfsuslar olsun ki, Avropada tarix yenidən yazılır və nasistlərin silahdaşlarına, kütləvi qırğın törədənlərə abidələr ucaldılır.

Prezident İlham Əliyev: Tamamilə doğrudur. Qələbənin 75-ci ildönümü ərəfəsində biz, - mən siyasətçiləri, ictimai xadimləri, dini liderləri, QHT-ləri, medianı nəzərdə tuturam, - səylərimizi birləşdirməliyik. Biz bir mövqedən çıxış etməliyik. Çünki bu, böyük təhlükədir. Bu, təkcə tarixin təhrif olunması demək deyil. Bu, gələcək diskriminasiya üçün zəmin yaratmaqdır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Prezident İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Prezident İlham Əliyev “Azərsu” ASC-ə 5 milyon manat ayırıb

Prezident İlham Əliyev BP qrupunun baş icraçı direktorunu qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev İordaniya Kralı II Abdullah ilə işçi nahar edib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda ağacəkmə aksiyasında iştirak ediblər

Prezident İlham Əliyev Şamaxı rayonuna səfər edib

İlham Əliyev parlamentin buraxılması haqqında sərəncam imzalayıb, növbədənkənar seçkilərin vaxtı təyin edilib

Prezident İlham Əliyev: Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir

Prezident İlham Əliyev yeni icra başçılarını qəbul edib

Prezident İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub

Prezident İlham Əliyev Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibini qəbul edib

Prezident İlham Əliyev İranın Rabitə və İnformasiya Texnologiyaları nazirini qəbul edib

Prezident İlham Əliyev Rusiyanın Xarici İşlər nazirini qəbul edib

Prezident İlham Əliyev Vladimir Putinə başsağlığı verib

Prezident İlham Əliyev əhalinin sosial müdafiəsinin yaxşılaşdırılmasına 20 milyon manat ayırıb

Prezident İlham Əliyev CISCO şirkətinin nümayəndə heyətini qəbul edib

TANAP ölkələr arasında körpülər quracaq - İlham Əliyev

Prezident İlham Əliyev İsrafil Məmmədovu ARDNF-in icraçı direktoru təyin olunması ilə əlaqədar qəbul edib

Prezident İlham Əliyev Slovakiyanın Xarici və Avropa İşləri nazirini qəbul edib

Prezident İlham Əliyev rumıniyalı həmkarını təbrik edib

13 Dekabr 2019, 10:01 (GMT +4)
Exitpol: Britaniya parlament seçkilərində mühafizəkarlar liderlik edir

13 Dekabr 2019, 09:50 (GMT +4)
“Azərişıq” abonentin artıq sərfiyyat yazılması ilə bağlı şikayətinə münasibət bildirib

13 Dekabr 2019, 09:40 (GMT +4)
İraqın Samirra şəhərində silsilə partlayışlar törədilib, 7 əsgər həlak olub

13 Dekabr 2019, 09:21 (GMT +4)
ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsi siyasi şoudur -Çavuşoğlu

13 Dekabr 2019, 09:10 (GMT +4)
ABŞ Senatı qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsini qəbul edib

13 Dekabr 2019, 09:00 (GMT +4)
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının plenar iclası keçirilib

12 Dekabr 2019, 18:03 (GMT +4)
Gömrük Hospitalında ümummilli liderin anım gününə həsr edilmiş tədbir keçirilib

12 Dekabr 2019, 17:53 (GMT +4)
AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayır

12 Dekabr 2019, 17:48 (GMT +4)
Fransanın XİN rəhbəri Rusiyanı NATO üçün təhdid adlandırıb

12 Dekabr 2019, 17:33 (GMT +4)
Zaxarova ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmək ehtimalını şərh edib

12 Dekabr 2019, 17:25 (GMT +4)
Türkiyə-Liviya memorandumundan sonra Misir Aralıq dənizində sualtı qayıqla hərbi təlimlər keçirib

12 Dekabr 2019, 17:20 (GMT +4)
Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

12 Dekabr 2019, 17:15 (GMT +4)
Azercell foto müsabiqə elan edib

12 Dekabr 2019, 17:15 (GMT +4)
Türkiyədə yüzdən çox məktəbli yataqxanada qazdan zəhərlənib

12 Dekabr 2019, 16:59 (GMT +4)
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib

12 Dekabr 2019, 16:34 (GMT +4)
Kreml Almaniya səfirliyinin iki əməkdaşının qovulmasına münasibət bildirib

12 Dekabr 2019, 16:14 (GMT +4)
Fələstin və Livan QHT-ləri körfəz ərəb dövlətlərinin İsrail siyasətini tənqid ediblər

12 Dekabr 2019, 16:10 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ulu Öndərin xatirəsi yad edilib

12 Dekabr 2019, 16:09 (GMT +4)
Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqa kömək edəcək

12 Dekabr 2019, 15:55 (GMT +4)
Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edir (FOTOLAR)

12 Dekabr 2019, 15:42 (GMT +4)
İstanbuldakı Heydər Əliyev adına məktəbin şagirdləri sorğu keçirib

12 Dekabr 2019, 15:38 (GMT +4)
“Nar” yeni müsabiqəyə start verib

12 Dekabr 2019, 15:21 (GMT +4)
Sudanın yeni hökuməti Suriya ilə əlaqələri genişləndirməyi planlaşdırır

12 Dekabr 2019, 15:13 (GMT +4)
"Admiral Kuznetsov" kreyserində yanğın olub, üç nəfər yaralanıb

12 Dekabr 2019, 15:02 (GMT +4)
“Azərsun Holdinq” ümummilli liderin xatirəsini yad edib

12 Dekabr 2019, 14:37 (GMT +4)
Bağdadda silahlı hücum nəticəsində azı 5 nəfər həyatını itirib

12 Dekabr 2019, 14:35 (GMT +4)
Rusiya iki alman diplomatı "persona non grata" elan edib

12 Dekabr 2019, 14:30 (GMT +4)
Bakıda antisanitar vəziyyətdə olan daha bir un məmulatları sexi aşkarlanıb

12 Dekabr 2019, 14:21 (GMT +4)
Bir qrup Azərbaycan jurnalistlərinə “Beynəlxalq media vəsiqəsi” verilib

12 Dekabr 2019, 14:16 (GMT +4)
YAP-da Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66