İslam dünyasında azacıq birlik olsaydı bu bəlalar başımıza gəlməzdi - Ayətullah Xamenei15 Noyabr 2019, 13:20 (GMT +4) Bakı, 15 noyabr, SalamNews, B.Samid. "Vəhdət və birliyin dərəcələri var. Ən aşağı dərəcə İslam dünyasında həyata keçirilsəydi bu qədər bəla və müsibət olmazdı."
SalamNews İSNA-a istinadla xəbər verir ki, bunu İranın İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei deyib.
Bu gün Tehranda vəhdətlə bağlı beynəlxalq konfransın qonaqları qarşısında çıxışı zamanı Ayətullah Xamenei müsəlman ölkələrini hegemonluq və sionizm qarşısında bir olmağa çağırıb.
"Vəhdət sırf adqoyma və siyasi taktika deyil. Bizim fikrimizə görə iman və etiqaddır. Vəhdət və birliyin dərəcləri var. Aşağı dərəcəsi budur ki, müsəlman millətləri və məzhəbləri bir birinə təcavüz etməsinlər. Ondan yuxarı budur ki, müştərək düşmən qarşısında əlbir olsunlar. Ən yuxarı dərəcə isə budur ki, müsəlman dünyası yeni İslam sivilizasiyasını ərsəyə gətirmək üçün bir olsunlar. Əgər müsəlman ölkələrində vəhdətin ən aşağı dərəcəsi olsaydı bu qədər bəla və müsibət görməzdik", deyə Ayətullah Xamenei bildirib ki, hazırda islam dünyasının ən böyük problemi Fələstindir.
|