Mobil versiya RU AZ
_




DÜNYA » DİN

Bu gün Məhəmməd Peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlududur

15 Noyabr 2019, 09:04 (GMT +4)

Bakı, 15 noyabr, SalamNews, B.Samid. Hicri-qəməri tarixi ilə bu gün rəbiul-əvvəl ayının 17-si Məhəmməd peyğəmbərin (s) və altıncı İmam Cəfər Sadiqin (ə) doğum gününə təsadüf edir.

SalamNews xəbər verir ki, Həzrət Məhəmməd peyğəmbərin (s) doğum günü miladi tarixi ilə 570-ci ildə, yerli tarixi təqvimə əsasən isə “Fil ili”nin rəbiul-əvvəl ayına təsadüf edir. Məhəmməd (s) peyğəmbərin dünyaya göz açmasının cümə gününə təsadüf etməsi qətiləşsə də, onun rəbiul-əvvəlin dəqiq neçəsində doğulduğu qətiləşməyib. İslam alimləri əsasən 12 və 17 rəbiul-əvvəl tarixlərini daha çox həqiqətə uyğun hesab edirlər.

Məhəmməd (s) peyğəmbər doğulan zaman artıq atası Abdullah bin Əbdül-Müttəlib dünyadan getmişdi. Yetim Məhəmməd 6 yaşında ikən anası Aminəni də itirir. Onun qəyyumluğunu babası, daha sonra isə əmisi Əbu-Talib öhdəsinə götürür.

Cahiliyyətin və nadanlığın hökm sürdüyü Məkkədə gününü çobanlıqla (çox az bir qismini ticarət) keçirmiş Məhəmmədə vəhyin nazil olması, ərəb əyanlarını həsədə və paxıllığa düçar edirdi. Onlar ümumiyyətlə peyğəmbərliyin əyanlara məxsus olduğu iddiasında idilər. Lakin uca Allahın hikməti belə tələb edirdi ki, sonuncu səmavi dinini ehtiva edən, qeybdən və gələcəkdən xəbər verən ilahi vəhy, məktəb, müəllim, yazma, oxuma bilməyən, olduğu cəmiyyətdə düzgün, dürüst və əmanətdar kimi tanınan birinə verilsin. Bu şərtlərin hamısı yalnız gənc Məhəmməddə cəmləşirdi. Məhz bu səbəbdən idi ki, bütpərəstlər Məhəmmədi “sən bu Quranı özün yazmısan” , “sən özün bunları bilirsən” deməklə ittiham edə bilmirdilər.

Bu gün Azərbaycan da daxil olmaqla bir çox dünya ölkələrində Məhəmməd (s) peyğəmbər və altıncı imamın doğum günü ilə bağlı tədbirlər keçirilir.

"Mövlud Günü"nün əməlləri:

Əhli-beytin (ə) nəzərinə görə Peyğəmbərimiz (s) bu günü dünyaya gəlmişdir. Çox mübarək gecədir. Bu gecənin bir neçə əməlləri vardır:

1. 17-ci günün niyyəti ilə qüsl almaq.

2. Oruc tutmaq. Allah bu oruc üçün bir ilin oruc savabını müəyyən etmişdir.

3. Sədəqə vermək, ehsan etmək və mömini sevindirmək.

4. Həzrətin (s) ziyarətini oxumaq. Həzrətdən (s) belə bir hədis vardır: “Hər kim öləndən sonra mənim qəbrimi ziyarət edərsə, həyatda ikən mənə tərəf hicrət edən şəxs kimi olar. Əgər məni yaxından ziyarət edə bilmirsə, uzaq yoldan mənə salam göndərsin”.

5. Bu günü İmam Əlini (ə) ziyarət etmək də müstəhəbdir. Necə ki, İmam Sadiq (ə) həmin günlərdə İmam Əlini (ə) ziyarət etmişdi.

6. Bu günü əziz tutmaq lazımdır. Yaxşı olar ki, müsəlmanlar o günü bayram təşkil etsinlər. Həzrət Peyğəmbərin (s) əxlaqı, həyatı və sünnəti ilə daha yaxından tanış olsunlar.

Bu gün həm də əziz 6-cı İmamımız Həzrət Sadiqin (ə) də mövlud günüdür.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Məhəmməd peyğəmbərin (s) mövludu münasibətilə tədbir keçirilib

Bakı məscidlərində Məhəmməd Peyğəmbərin (s) və İmam Sadiqin (ə) mövludu qeyd edilib (FOTO)

Məhəmməd peyğəmbər (s) və İmam Sadiqin (ə) doğum günüdür

Müsəlman ölkələrində Məhəmməd Peyğəmbərin mövludu qeyd edilib (FOTO)

Naxçıvanda Məhəmməd Peyğəmbərin (s) mövludu günü qeyd olunub

Bu gün Məhəmməd peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud günüdür

QMİ-də Məhəmməd Peyğəmbərin (s) mövludu günü qeyd edilib

Məhəmməd peyğəmbərin (s) mübarək mövlud həftəsinə hazırlıq gedir

Moskvada Məhəmməd peyğəmbərin (s), İmam Həsən Əsgəri (ə.s) və İmam Rzanın (ə.s) şəhadəti qeyd edilib

Bu gün Həzrət Məhəmməd peyğəmbərin (s) vəfatı, İmam Həsənin (ə) şəhadət günüdür

Məhəmməd Peyğəmbərə (s) məxsus olmuş daş Sankt-Peterburq muzeyində nümayiş olunacaq

Qahirədə Məhəmməd peyğəmbər (s) barədə yeni unikal kitab çap edilib

Bakı İslam Universitetində Həzrət Məhəmməd peyğəmbərin (s) doğum günü qeyd olunub

Bu gün Məhəmməd peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud günüdür

Bakıda Həzrət Məhəmməd peyğəmbərin (s) mövlud günü qeyd olunacaq

Ramzan Kadırovun anası Məhəmməd peyğəmbərin (s) mövludu ilə əlaqədar xeyriyyə aksiyası keçirib

Moskvada Məhəmməd peyğəmbərin (s) vəfatı günü qeyd edilib (FOTO)

Bu gün Həzrət Məhəmməd peyğəmbərin (s) vəfatı, İmam Həsənin (ə) şəhadət günüdür

Məhəmməd peyğəmbərin (s) məzarının açarlarını saxlayan şəxslər (FOTOLENT)

Bu gün Həzrət Məhəmməd peyğəmbər (s) və İmam Sadiqin (ə) mövlud günüdür

06 Dekabr 2019, 21:05 (GMT +4)
Milli Məclisin deputatı Yevda Abramov vəfat edib

06 Dekabr 2019, 18:01 (GMT +4)
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexi aşkarlanıb

06 Dekabr 2019, 18:00 (GMT +4)
Pekin ABŞ-ın diplomatlara qoyulan məhdudiyyətlərə güzgü effekti ilə cavabını verir

06 Dekabr 2019, 17:53 (GMT +4)
Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşüblər

06 Dekabr 2019, 17:49 (GMT +4)
BŞH Nəsiminin 650 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

06 Dekabr 2019, 17:40 (GMT +4)
Təhsil naziri İordaniyanın yeni səfiri ilə görüşüb

06 Dekabr 2019, 17:39 (GMT +4)
ABŞ Yəmənə göndərildiyi iddia edilən raketlərin görüntülərini yayımlayıb (FOTO)

06 Dekabr 2019, 17:33 (GMT +4)
Putin “Şimal axını-2” borusunun tikintisini şərh edib

06 Dekabr 2019, 17:30 (GMT +4)
Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir

06 Dekabr 2019, 17:21 (GMT +4)
Səfir Hidayət Orucova yubiley medalı təqdim edilib

06 Dekabr 2019, 17:19 (GMT +4)
Tramp Merkeli "fantastik qadın" adlandırıb

06 Dekabr 2019, 17:16 (GMT +4)
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb

06 Dekabr 2019, 17:10 (GMT +4)
AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib

06 Dekabr 2019, 17:04 (GMT +4)
Facebook Ayətullah Xameneinin səhifəsini bağlayıb

06 Dekabr 2019, 17:01 (GMT +4)
Prezident: TRASEKA üzv ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib

06 Dekabr 2019, 16:42 (GMT +4)
Poroşenko Zelenskiyə Putinlə təktəbək görüşlər barədə xəbərdarlıq verib

06 Dekabr 2019, 16:23 (GMT +4)
DGK və “Caspian European Club” B2G Forum təşkil edib

06 Dekabr 2019, 16:20 (GMT +4)
Kreml ABŞ-da rusların təqiblərinə qarşı çıxıb

06 Dekabr 2019, 16:08 (GMT +4)
Ayətullah Sistani xarici müdaxilə olmadan İraqda yeni baş nazirin seçilməsini istəyib

06 Dekabr 2019, 16:00 (GMT +4)
Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib

06 Dekabr 2019, 15:44 (GMT +4)
"20th Century Fox" kinostudiyasının eks-prezidenti vəfat edib

06 Dekabr 2019, 15:34 (GMT +4)
AFFA-nın baş katibi Türkiyə millisinin baş məşqçisi ilə görüşüb

06 Dekabr 2019, 15:21 (GMT +4)
AzMİU ilə PMD Projects MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

06 Dekabr 2019, 15:12 (GMT +4)
ABŞ-da kor məhbus elektrik stulda edam edilib

06 Dekabr 2019, 15:00 (GMT +4)
Baş Nazirin müavini: Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

06 Dekabr 2019, 14:50 (GMT +4)
İspaniyada həkimlər 6 saat ürəyi dayanan xəstəni həyata qaytarıb

06 Dekabr 2019, 14:15 (GMT +4)
Nigeriyada neft boru kəmərinin partlaması nəticəsində 7 nəfər ölüb

06 Dekabr 2019, 14:13 (GMT +4)
SalamNews İA və İnterAz TV Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyasında iştirak edib

06 Dekabr 2019, 14:06 (GMT +4)
Nazir Mikayıl Cabbarov Simonyanın təxribat xarakterli fikrinə cavab verib

06 Dekabr 2019, 14:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66