Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb (FOTO)

14 Noyabr 2019, 18:30 (GMT +4)

Bakı, 14 noyabr, SalamNews. Mədəniyyət naziri Əbülfəs Qarayev Dünya dini liderlərinin II Sammitində iştirak etmək üçün ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkmanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşdü.

SalamNews xəbər verir ki, qonaqları salamlayan Əbülfəs Qarayev Azərbaycan ilə İran arasında münasibətlərin yüksək səviyyədə olduğunu və bütün sahələrdə əməkdaşlıq əlaqələrinin inkişaf etdiyini bildirdi: “Bizim mehriban dostluğumuz, qonşuluğumuz və tarixi əlaqələrimiz bu prosesə böyük təkan verir. Azərbaycan və İranı ortaq tarixi-mədəni keçmiş və din bir-birinə sıx bağlayır.

Nazir qeyd etdi ki, iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük potensial var. Qonşu ölkənin kino mütəxəssisləri ilə birgə layihələrdən söz açan Əbülfəs Qarayev Azərbaycanda İran kinosunun uğurlarının diqqətlə izlənildiyini dedi, bu sahədə İranın təcrübəsindən istifadə edilməsində maraqlı olduqlarını diqqətə çatdırdı.

Nazir onu da vurğuladı ki, qarşılıqlı mədəniyyət və kino günlərinin keçirilməsi istiqamətində işlər davam etdirilməlidir. Gələn il üçün bu sahədə həyata keçiriləcək layihələr nəzərdən keçirilməlidir.

İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri Abuzər İbrahimi Türkman ötən gün Prezident İlham Əliyevlə görüşünü, eləcə də Bakıda Dünya dini liderlərinin II Sammitində iştirakını diqqətə çatdırdı. Qeyd etdi ki, son illərdə Azərbaycanla münasibətlərdə böyük irəliləyiş müşahidə olunur. İran dövləti Azərbaycanla əməkdaşlığı inkişaf etdirmək üçün böyük maraq göstərir: “İldən-ilə ölkələrimiz arasında mədəniyyət əlaqələri genişlənir. Məqsədimiz bu istiqamətdə müştərək əməkdaşlığı davam etdirməkdir. Ölkələrimiz arasında qarşılıqlı hörmətə və dostluğa əsaslanan əlaqələrin inkişafından məmnunam”.

Görüş zamanı hər iki ölkədə mədəniyyət sahəsi üzə fəaliyyət göstərən televiziya kanalları arasında əməkdaşlığın qurulması və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparıldı.

Sədr Abuzər İbrahimi həmçinin İranda Azərbaycan mədəniyyəti və kino günlərinin ən yüksək səviyyədə keçirilməsinə hazır olduqlarını vurğuladı. Daha sonra Xəzəryanı ölkələr arasında müştərək mədəni layihələrin həyata keçirilməsinin zəruriliyini də qeyd etdi.

Görüş mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri istiqamətində fikir mübadiləsi ilə davam etdi.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Əbülfəs Qarayev Braziliyanın mədəniyyət məsələləri üzrə katibi ilə görüşüb

Əbülfəs Qarayev Ramazan bayramı münasibətilə mədəniyyət ictimaiyyətini təbrik edib

Mədəniyyət naziri Əbülfəs Qarayev Parisdə səfərdədir

Əbülfəs Qarayev Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman nazirinin müavini ilə görüşüb

Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb

Mədəniyyət naziri Əbülfəs Qarayev Cenevrədə səfərdədir

Əbülfəs Qarayev YUNESKO-nun baş direktoru ilə görüşüb

Əbülfəs Qarayev ISESCO-nun baş direktoru ilə görüşüb

Nazir Əbülfəs Qarayev Cocuq Mərcanlıda vətəndaşlarla görüşüb

Əbülfəs Qarayev: Cəfər Cabbarlının ev-muzeyi ilə bağlı bu vaxta qədər xəcalət çəkirdim

Əbülfəs Qarayev Koventri Universitetində tələbələr qarşısında çıxış edib

Əbülfəs Qarayev Xızıda vətəndaşlarla görüşəcək

Nazir Əbülfəs Qarayev Azərbaycanın mədəniyyət ictimaiyyətini təbrik edib

Nazir Əbülfəs Qarayev Ceyhun Hacıbəylinin Bakıda səfərdə olan varisləri ilə görüşüb

Əbülfəs Qarayev Nyu-Yorkda keçirilən Forumda iştirak edir

Əbülfəs Qarayev: 50 qısametrajlı bədii, 200-dən çox sənədli film çəkilib

Əbülfəs Qarayev Mikayıl Müşfiqin meyitinin qalıqlarının tapılması ilə bağlı iddialara münasibət bildirib

Əbülfəs Qarayev Mərakeşə səfər edib 

Əbülfəs Qarayev mədəniyyət təhsili müəssisələrinin müəllimlərini təbrik edib

Əbülfəs Qarayev Tailand Krallığının mədəniyyət naziri ilə görüşüb

13 Dekabr 2019, 13:25 (GMT +4)
Alman-Azərbaycan Xarici Ticarət Palatasının sədri dəyişib

13 Dekabr 2019, 13:22 (GMT +4)
"Admiral Kuznetsov" kreyserindəki yanğın söndürülüb

13 Dekabr 2019, 13:21 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

13 Dekabr 2019, 13:12 (GMT +4)
Energetika naziri vətəndaşları qəbul edəcək

13 Dekabr 2019, 13:00 (GMT +4)
Masallıda ağacəkmə aksiyası keçiriləcək

13 Dekabr 2019, 12:50 (GMT +4)
ABŞ səfiri: Azərbaycanın müstəqilliyini və suverenliyini dəstəkləyirik

13 Dekabr 2019, 12:41 (GMT +4)
UEFA Avropa Liqasının pley-off mərhələsinə yüksələn klublar bəlli olub

13 Dekabr 2019, 12:37 (GMT +4)
Azərbaycanın valyuta ehtiyatları 50 milyard dolları keçib

13 Dekabr 2019, 12:35 (GMT +4)
Tramp Consonu parlament seçkilərindəki qələbə münasibətilə təbrik edib

13 Dekabr 2019, 12:26 (GMT +4)
Prezident İlham Əliyev Həştərxan vilayətinin qubernatorunu qəbul edib

13 Dekabr 2019, 12:22 (GMT +4)
Rusiya İdlibdə yeni kimyəvi hücumun səhnələşdirilməsi haqda xəbərdarlıq edib

13 Dekabr 2019, 12:15 (GMT +4)
Conson mühafizəkarların "Brexit" üçün mandat aldığını açıqlayıb

13 Dekabr 2019, 12:14 (GMT +4)
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

13 Dekabr 2019, 12:11 (GMT +4)
Moskvada Yunus Əmrənin büstü qoyulacaq

13 Dekabr 2019, 12:07 (GMT +4)
DİN: Cinayət törətməkdə şübhəli bilinən 29 nəfər saxlanılıb

13 Dekabr 2019, 11:54 (GMT +4)
Əlcəzairdə prezident seçkilərinin ilkin nəticələri açıqlanıb

13 Dekabr 2019, 11:53 (GMT +4)
Elmar Məmmədyarov Latviyanın xarici işlər naziri ilə görüşüb

13 Dekabr 2019, 11:41 (GMT +4)
“ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb

13 Dekabr 2019, 11:24 (GMT +4)
ABŞ Baqram hücumuna görə Talibanla danışıqları müvəqqəti dayandırıb

13 Dekabr 2019, 11:15 (GMT +4)
Türkiyə XİN: ABŞ Senatının qətnaməsi tarixin siyasiləşdirilməsinin xəcalətverici nümunəsidir

13 Dekabr 2019, 11:04 (GMT +4)
Azərbaycan neftinin qiyməti bahalaşıb

13 Dekabr 2019, 10:48 (GMT +4)
General Xəlifə Haftar paytaxt Tripoli istiqamətdə «həlledici hücum» əmri verib

13 Dekabr 2019, 10:42 (GMT +4)
AB anti-Rusiya sanksiyalarını altı ay uzadıb

13 Dekabr 2019, 10:37 (GMT +4)
Azərbaycan ilə Latviya arasında hərbi-təhlükəsizlik məsələləri müzakirə olunub (FOTO)

13 Dekabr 2019, 10:26 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

13 Dekabr 2019, 10:16 (GMT +4)
Gürcüstanda 205 məscid GMİ-nin ixtiyarına verilib

13 Dekabr 2019, 10:03 (GMT +4)
İranda satanizm ayininə sitayişdə şübhəli bilinən 135 nəfər saxlanılıb (VİDEO)

13 Dekabr 2019, 10:01 (GMT +4)
Exitpol: Britaniya parlament seçkilərində mühafizəkarlar liderlik edir

13 Dekabr 2019, 09:50 (GMT +4)
“Azərişıq” abonentin artıq sərfiyyat yazılması ilə bağlı şikayətinə münasibət bildirib

13 Dekabr 2019, 09:40 (GMT +4)
İraqın Samirra şəhərində silsilə partlayışlar törədilib, 7 əsgər həlak olub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66