İraqın şimalında 8 PKK terrorçusu məhv edilib14 Noyabr 2019, 14:37 (GMT +4) Bakı, 14 noyabr, SalamNews. Türkiyə Silahlı Qüvvələrinin anti-terror əməliyyatı çərçivəsində İraqın şimalındakı Metin bölgəsinə hava zərbələri endirilib. Hücum nəticəsində səkkiz PKK terrorçusu məhv edilib.
SalamNews-un "Anadolu"ya istinadən verdiyi xəbər görə, bu barədə Türkiyə Daxili İşlər nazirliyinin "Tvitter" səhifəsində məlumat yerləşdirilib.
Əməliyyat Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) ilə əlaqəli şəkildə həyata keçirilib.
|