Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Dövlət Komitəsinin sədri Özbəkistan Prezidentinin müşaviri ilə görüşüb

14 Noyabr 2019, 15:05 (GMT +4)

Bakı, 14 noyabr, SalamNews.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı noyabrın 13-də “Dünya dini liderlərinin II Bakı sammiti”ndə iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Özbəkistan Prezidentinin müşaviri Rüstəm Kasımovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qeyd edək ki, nümayəndə heyətinin tərkibinə Özbəkistan Respublikasının Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Ahmedov Abdurqafur Tuyçiboyeviç, Özbəkistan Müsəlmanları İdarəsinin sədri müfti Usmonxan Alimov, Özbəkistan Respublikası Prezidentinin ictimai və dini təşkilatlarla əməkdaşlıq məsələləri üzrə müşaviri Rustam Kasimov Sabiroviç daxildir.

SalamNews Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Özbəkistan ilə Azərbaycan arasında tarixi kökləri olan dostluq münasibətlərinə toxunan Komitə sədri ikitərəfli və beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrin əhəmiyyətinə toxunub. Münasibətlərin təməlində əsrlərin dərinliklərindən gələn mədəniyyət, dil və adət-ənənələrin yaxınlığı, tarixboyu formalaşan mənəvi və ümumbəşəri dəyərlərin dayandığını qeyd edən Mübariz Qurbanlı Ümummilli Lider Heydər Əliyevin bu əlaqələri daha yüksəkliyə qaldırdığını və hazırda Prezident İlham Əliyev tərəfindən uzaqgörən siyasətlə uğurla davam etdirildiyini bildirib.

Ölkəmizdəki dini mühit haqqında məlumat verən Mübariz Qurbanlı Prezident İlham Əliyev tərəfindən dini sahəyə daim diqqət və qayğı göstərildiyini, ayrı-ayrı dini icmalara münasibətdə heç bir fərqin qoyulmadığını və bu münasibət sayəsində Azərbaycanın zəngin tolerantlıq və multikultural dəyərlərinin qorunduğunu deyib.

Dövlət Komitəsinin fəaliyyət istiqamətləri barədə də danışan DQİDK sədri dini radikalizmə qarşı mübarizə sahəsində fikir və təcrübə mübadiləsinin aparılmasının zəruriliyinin, dini məsələlərlə bağlı ölkələrimizin müvafiq qurumlarının əməkdaşlığının önəmindən bəhs edib.

Azərbaycan-Özbəkistan arasında iqtisadi, siyasi və mədəni sahələrdə əlaqələrin getdikcə genişləndiyini qeyd edən Özbəkistan Prezidentinin müşaviri Rüstəm Kasımov xalqlarımızın bir çox ortaq xüsusiyyətlərinin olduğunu qeyd edib. Bildirib ki, hərtərəfli əlaqələrin inkişafında hər iki ölkənin dövlət başçılarının siyasi iradəsinin mühüm rolu var. Özbəkistanla Azərbaycan arasında din sahəsində əlaqələrin daha da genişlənməsinə maraqlı olduqlarını qeyd edən müşavir bu sahədə təcrübə mübadiləsi, əməkdaşlığın genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Özbəkistanın ölkəmizdəki səfiri Şerzod Fayziyevin də iştirak etdiyi görüş zamanı, eyni zamanda din sahəsində dövlət siyasətinin aparılması üzrə təcrübə mübadiləsi, dini ekstremizmin təzahürlərinin yayılmasının qarşısının alınması üzrə maarifləndirmə işlərinin aparılması, birgə tədbirlərin keçirilməsi kimi müvafiq istiqamətlər barədə fikir mübadiləsi aparılıb.

 


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DQİDK-nin sədri Fələstin Prezidentinin Dini işlər və İslam münasibətləri üzrə müşaviri ilə görüşüb

DQİDK-nın nümayəndələri əsgərlərlə görüşüb

DQİDK-nin sədri Ağcabədidə vətəndaşları qəbul edəcək

DQİDK-nın dəstəyi ilə Cocuq Mərcanlıda ilk layihə tədbiri keçirilib

DQİDK yanında İctimai Şuranın üzvlüyünə namizədlərin irəli sürülməsinin vaxtı elan edilib

Azərbaycanın əksər məscidlərində vəhdət namazları qılınır - DQİDK-nın şöbə müdiri

Dövlət Komitəsi son zamanlar maarifçiliyin keyfiyyətinə diqqəti daha da artırıb - DQİDK sədr müavini

DQİDK sədri Samuxda vətəndaşların müraciətlərini dinləyib

DQİDK sədr müavini Səyavuş Heydərov ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri ilə görüşüb

DQİDK-da müşavirə keçirilib

DQİDK Neftçalada dini maarifləndirmə tədbiri keçirib

DQİDK sədri Özbəkistan nümayəndə heyəti ilə görüşüb

DQİDK daha 24 dini icmanın layihəsini maliyyələşdirib (SİYAHI)

DQİDK sədri Avstriya parlamentinin deputatları ilə görüşüb

DQİDK-nın əsas fəaliyyəti dini etiqad və vicdan azadlığını təmin etməkdir - Mübariz Qurbanlı

DQİDK-də yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib

DQİDK sədri: Rəsmi nikahı olmayanlar üçün kəbin kəsən din xadimləri məsuliyyətə cəlb olunacaq

DQİDK sədri: Azərbaycanda radikalizmlə mübarizədə mətbuatın da rolu var

DQİDK 2016-cı ilin yekunlarına həsr olunan “Hesabat” çap edib

DQİDK sədri Mübariz Qurbanlı Qəbələdə vətəndaşları qəbul edəcək

06 Dekabr 2019, 18:01 (GMT +4)
Bərdədə antisanitar şəraitdə məhsul istehsal edən pendir sexi aşkarlanıb

06 Dekabr 2019, 18:00 (GMT +4)
Pekin ABŞ-ın diplomatlara qoyulan məhdudiyyətlərə güzgü effekti ilə cavabını verir

06 Dekabr 2019, 17:53 (GMT +4)
Təhsil Nazirliyinin əməkdaşları autizm sindromlu uşaqlarla görüşüblər

06 Dekabr 2019, 17:49 (GMT +4)
BŞH Nəsiminin 650 illiyi münasibətilə keçirilən ağacəkmə aksiyasında iştirak edib

06 Dekabr 2019, 17:40 (GMT +4)
Təhsil naziri İordaniyanın yeni səfiri ilə görüşüb

06 Dekabr 2019, 17:39 (GMT +4)
ABŞ Yəmənə göndərildiyi iddia edilən raketlərin görüntülərini yayımlayıb (FOTO)

06 Dekabr 2019, 17:33 (GMT +4)
Putin “Şimal axını-2” borusunun tikintisini şərh edib

06 Dekabr 2019, 17:30 (GMT +4)
Azərbaycanda beynəlxalq və ölkədaxili sərnişin qatarlarının hərəkət cədvəli dəyişdirilir

06 Dekabr 2019, 17:21 (GMT +4)
Səfir Hidayət Orucova yubiley medalı təqdim edilib

06 Dekabr 2019, 17:19 (GMT +4)
Tramp Merkeli "fantastik qadın" adlandırıb

06 Dekabr 2019, 17:16 (GMT +4)
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb

06 Dekabr 2019, 17:10 (GMT +4)
AQTA sədri Qoşqar Təhməzli Gürcüstana səfər edib

06 Dekabr 2019, 17:04 (GMT +4)
Facebook Ayətullah Xameneinin səhifəsini bağlayıb

06 Dekabr 2019, 17:01 (GMT +4)
Prezident: TRASEKA üzv ölkələrin iqtisadi potensialının artırılması işinə mühüm töhfələr verib

06 Dekabr 2019, 16:42 (GMT +4)
Poroşenko Zelenskiyə Putinlə təktəbək görüşlər barədə xəbərdarlıq verib

06 Dekabr 2019, 16:23 (GMT +4)
DGK və “Caspian European Club” B2G Forum təşkil edib

06 Dekabr 2019, 16:20 (GMT +4)
Kreml ABŞ-da rusların təqiblərinə qarşı çıxıb

06 Dekabr 2019, 16:08 (GMT +4)
Ayətullah Sistani xarici müdaxilə olmadan İraqda yeni baş nazirin seçilməsini istəyib

06 Dekabr 2019, 16:00 (GMT +4)
Sumqayıtda istehlak üçün yararsız olan 227 kq ət məhv edilib

06 Dekabr 2019, 15:44 (GMT +4)
"20th Century Fox" kinostudiyasının eks-prezidenti vəfat edib

06 Dekabr 2019, 15:34 (GMT +4)
AFFA-nın baş katibi Türkiyə millisinin baş məşqçisi ilə görüşüb

06 Dekabr 2019, 15:21 (GMT +4)
AzMİU ilə PMD Projects MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb

06 Dekabr 2019, 15:12 (GMT +4)
ABŞ-da kor məhbus elektrik stulda edam edilib

06 Dekabr 2019, 15:00 (GMT +4)
Baş Nazirin müavini: Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq

06 Dekabr 2019, 14:50 (GMT +4)
İspaniyada həkimlər 6 saat ürəyi dayanan xəstəni həyata qaytarıb

06 Dekabr 2019, 14:15 (GMT +4)
Nigeriyada neft boru kəmərinin partlaması nəticəsində 7 nəfər ölüb

06 Dekabr 2019, 14:13 (GMT +4)
SalamNews İA və İnterAz TV Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyasında iştirak edib

06 Dekabr 2019, 14:06 (GMT +4)
Nazir Mikayıl Cabbarov Simonyanın təxribat xarakterli fikrinə cavab verib

06 Dekabr 2019, 14:00 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

06 Dekabr 2019, 13:41 (GMT +4)
Salyanda piyadanı vurub hadisə yerindən qaçan sürücü tutulub

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66