Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MƏDƏNİYYƏT

Vyanada Azərbaycan turizminin təqdimatı keçirilib

12 Noyabr 2019, 17:15 (GMT +4)

Bakı, 12 noyabr, SalamNews. Noyabrın 12-də Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzində ölkəmizin turizm potensialının təqdimatı keçirilib

Dövlət Turizm Agentliyi, Azərbaycan Turizm Bürosu, Azərbaycan Mədəniyyət Mərkəzi, Azərbaycanın Vyanadakı səfirliyi və Avstriya Parlamenti Turizm Komitəsinin təşkilatçılıq etdiyi tədbirə həmçinin Avstriyanın müxtəlif nazirliklərinin və turizm şirkətlərinin nümayəndələri də qatılıblar.

Tədbir çərçivəsində Azərbaycanın turizm potensialını əks etdirən təqdimatlar keçirilib.

Tədbirdə Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova, Azərbaycanın Avstriyadakı səfiri Qalib İsrafilov, Azərbaycan Turizm Bürosunun baş icraçı direktoru Florian Zenqstşmid və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak ediblər.

Mərkəzin rəhbəri Leyla Qasımova Azərbaycan və Avstriya arasındakı mədəni əlaqələrdən danışaraq mərkəzin bu əlaqələrin güclənməsinə öz töhfəsini verdiyini qeyd edib.

Azərbaycanın turizm potensialı haqda geniş məlumat verən Florian Zenqstşmid isə Avropa bazarının, eləcə də Avstriyanın Azərbaycan üçün turistik önəmindən danışaraq iki ölkə arasında bu sahədə əlaqələrin daha güclənəcəyinə ümid etdiyini bildirib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov ölkələr arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsinə diqqət çəkib.

Avstriyanı təmsil edən nazirlik nümayəndələri isə çıxışlarında qarşılıqlı münasibətlərin daha da yaxşılaşdırılmasında maraqlı olduqlarını vurğulayıblar.
Qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr dövründə Azərbaycana səfər edən avstriyalı turistlərin sayı 2988 nəfər təşkil edib ki, bu da ötən ilin eyni dövrünə nisbətdə 17.6 % artım deməkdir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Azərbaycan Turizm Bürosu və İsveçrə Turizm təşkilatı arasında memorandum imzalanıb

13 Dekabr 2019, 11:41 (GMT +4)
“ASAN Railway” layihəsinə dair Anlaşma Memorandumu imzalanıb

13 Dekabr 2019, 11:24 (GMT +4)
ABŞ Baqram hücumuna görə Talibanla danışıqları müvəqqəti dayandırıb

13 Dekabr 2019, 11:15 (GMT +4)
Türkiyə XİN: ABŞ Senatının qətnaməsi tarixin siyasiləşdirilməsinin xəcalətverici nümunəsidir

13 Dekabr 2019, 11:04 (GMT +4)
Azərbaycan neftinin qiyməti bahalaşıb

13 Dekabr 2019, 10:48 (GMT +4)
General Xəlifə Haftar paytaxt Tripoli istiqamətdə «həlledici hücum» əmri verib

13 Dekabr 2019, 10:42 (GMT +4)
AB anti-Rusiya sanksiyalarını altı ay uzadıb

13 Dekabr 2019, 10:37 (GMT +4)
Azərbaycan ilə Latviya arasında hərbi-təhlükəsizlik məsələləri müzakirə olunub (FOTO)

13 Dekabr 2019, 10:26 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub

13 Dekabr 2019, 10:16 (GMT +4)
Gürcüstanda 205 məscid GMİ-nin ixtiyarına verilib

13 Dekabr 2019, 10:03 (GMT +4)
İranda satanizm ayininə sitayişdə şübhəli bilinən 135 nəfər saxlanılıb (VİDEO)

13 Dekabr 2019, 10:01 (GMT +4)
Exitpol: Britaniya parlament seçkilərində mühafizəkarlar liderlik edir

13 Dekabr 2019, 09:50 (GMT +4)
“Azərişıq” abonentin artıq sərfiyyat yazılması ilə bağlı şikayətinə münasibət bildirib

13 Dekabr 2019, 09:40 (GMT +4)
İraqın Samirra şəhərində silsilə partlayışlar törədilib, 7 əsgər həlak olub

13 Dekabr 2019, 09:21 (GMT +4)
ABŞ Senatının 1915-ci il hadisələri ilə bağlı qətnaməsi siyasi şoudur -Çavuşoğlu

13 Dekabr 2019, 09:12 (GMT +4)
AİHM İslam Partiyasının liderinin hüquqlarının pozulmasını tanıyıb

13 Dekabr 2019, 09:10 (GMT +4)
ABŞ Senatı qondarma “erməni soyqırımı”nı tanıyan qətnamə layihəsini qəbul edib

13 Dekabr 2019, 09:00 (GMT +4)
Kiyevdə GUAM-a üzv ölkələrin hökumət başçılarının plenar iclası keçirilib

12 Dekabr 2019, 18:03 (GMT +4)
Gömrük Hospitalında ümummilli liderin anım gününə həsr edilmiş tədbir keçirilib

12 Dekabr 2019, 17:53 (GMT +4)
AQTA quş qripi ilə bağlı növbəti monitorinqlərə başlayır

12 Dekabr 2019, 17:48 (GMT +4)
Fransanın XİN rəhbəri Rusiyanı NATO üçün təhdid adlandırıb

12 Dekabr 2019, 17:33 (GMT +4)
Zaxarova ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etmək ehtimalını şərh edib

12 Dekabr 2019, 17:25 (GMT +4)
Türkiyə-Liviya memorandumundan sonra Misir Aralıq dənizində sualtı qayıqla hərbi təlimlər keçirib

12 Dekabr 2019, 17:20 (GMT +4)
Şamaxıda Ümummilli lider Heydər Əliyevin anım günü qeyd olunub

12 Dekabr 2019, 17:15 (GMT +4)
Azercell foto müsabiqə elan edib

12 Dekabr 2019, 17:15 (GMT +4)
Türkiyədə yüzdən çox məktəbli yataqxanada qazdan zəhərlənib

12 Dekabr 2019, 16:59 (GMT +4)
Pambıq qəbulu məntəqələrinə 293 min tondan çox məhsul təhvil verilib

12 Dekabr 2019, 16:34 (GMT +4)
Kreml Almaniya səfirliyinin iki əməkdaşının qovulmasına münasibət bildirib

12 Dekabr 2019, 16:14 (GMT +4)
Fələstin və Livan QHT-ləri körfəz ərəb dövlətlərinin İsrail siyasətini tənqid ediblər

12 Dekabr 2019, 16:10 (GMT +4)
Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ulu Öndərin xatirəsi yad edilib

12 Dekabr 2019, 16:09 (GMT +4)
Zaxarova: Rusiya Qarabağ münaqişəsinin həlli ilə bağlı dialoqa kömək edəcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66