Moldova hökuməti istefaya göndərilib12 Noyabr 2019, 17:04 (GMT +4) Bakı, 12 noyabr, SalamNews. Baş nazir Maya Sandunun başçılıq etdiyi Moldova hökuməti istefaya göndərilib.
SalamNews İnterfaks-a istinadla xəbər verir ki, parlamentin iclasında Sosialistlər Partiyası və Demokrat Partiyasından (101 deputatdan) 63 deputat bunun lehinə səs verib.
ACUM blokundan olan deputatlar bunun əleyhinə səs verib, qalanları isə bitərəf qalıb.
|