Kreml Qəzza və İsraildəki gərginlikdən narahatdır12 Noyabr 2019, 16:17 (GMT +4) Bakı, 12 noyabr, SalamNews. Kreml İsraildə artan gərginlikdən narahatdır və bütün tərəfləri sakitləşməyə və problemləri yalnız diplomatik yollarla həll etməyə çağırır.
SalamNews-un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov açıqlayıb.
"Ənənəvi olaraq, növbəti dəfə vəziyyətin gərginləşməsindən, bölgədəki gərginliyin növbəti dəfə artmasından narahatıq. Bütün tərəfləri sakitləşməyə və bütün problemləri yalnız siyasi və diplomatik yollarla həll etməyə çağırırıq", Peskov deyib.
İsrail Dəməşqin əl-Mizzə rayonunu və Qəzzanı havadan atəşə tutub. Qeyri-rəsmi məlumata görə, hücum zamanı Qəzzada Fələstinin "İslami Cihad Hərəkatı"nın hərbi qanadı "Səraya əl-Qüds" briqadasının komandirlərindən olan Bəha Əbul-Əta və həyat yoldaşı həyatını itirib.
|