Ərdoğan: Terrorçuları deportasiya etməyə davam edəcəyik12 Noyabr 2019, 14:27 (GMT +4) Bakı, 12 noyabr, SalamNews. Türkiyə, İŞİD terror qruplaşmasının üzvlərini qəbul edib-etməmələrindən asılı olmayaraq ölkələrinə göndərməyə davam edəcək.
SalamNews-un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Daxili işlər naziri Süleyman Soylu bazar ertəsi günündən etibarən İŞİD döyüşçülərinin ölkələrinə deportasiya olunacağını elan etmişdi.
Yunanıstana göndərilən Amerika mənşəli İŞİD terrorçusu yunan hökuməti tərəfindən qəbul edilməyib. Hal-hazırda terrorçu iki keçid məntəqəsi arasındakı neytral ərazidə qalmaqda davam edir.
|