Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Göyçayda Nar festivalı keçirilib (FOTOLAR)

10 Noyabr 2019, 14:59 (GMT +4)

Bakı, 10 noyabr, SalamNews. Göyçay Şəhər İcra Hakimiyyətinin və AzNar şirkətinin təşkilatçılığı XIV Nar festivalı keçirilib. 

SalamNews-un xəbərinə görə, 30 mindən çox iştirakçının qatıldığı bu təntənəli bayramda Dövlət Bayrağı Günü və XIV Nar festivalı öz rəngarəngliyi, möhtəşəmliyi ilə yerli və xarici qonaqların, ümumən hər kəsin böyük marağına səbəb olub.

Şənliklərdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin, beynəlxalq təşkilatların və diaspor təşkilatlarının nümayəndələri, yerli və xarici iş adamları, Azərbaycanın şəhər və rayonlarından gələn çoxsaylı qonaqlar iştirak ediblər.

Səhər saatlarında rayon rəhbərləri və qonaqlar bayramsayağı bəzədilən Heydər Əliyev parkına gələrək Ümummilli Liderin abidəsinin ziyarət edib, önünə çiçəklər düzüblər. Sonra festival iştirakçıları parkdakı bayraq meydanına gəlibkər. Burada onlar şən mahnıları, milli geyimli rəqqasların çıxışlarını maraqla izləyiblər. Gurultulu alqışlar altında eni 9, uzunluğu 18 metr olan üçrəngli bayrağımız 66 metr hündürlüyə ucaldılaraq dalğalandırılıb. Sonra qonaqlar bayraq muzeyinə gəliblər. Onlara nümayiş etdirilən Azərbaycanın müasir, orta əsrlər və qədim dövrlərinə dair bayraqları, milli döyüş geyimləri və digər eksponantlar barədə məlumat verilib.
Heydər Əliyev prospektinin başlanğıcında “Çinar” otelinin qarşısında Nar festivalının açılışı olub.

Milli geyimli qızlar qonaqlara nar şirəsi və döş nişanları təqdim ediblər. Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə qonaqları və digər iştirakçıları salamlayıb, Göyçayda bu gün bayramın bayrama qarışdığını, Dövlət Bayrağı Gününün qeyd olunduğunu və gözəllik, məhəbbət, ruzi-bərəkət nişanəsi olan, artıq ənənəyə çevrilən Nar festivalının keçirildiyini söyləyərək, əlamətdar günlər münasibətilə hər kəsi təbrik edib. Vurğulayıb ki, bu gün Göyçay üçün ənənəvi sayılan və iqtisadi baxımdan faydalı olan narçılığın inkişafı uğurla reallaşdırılır.

Sonra qonaqlar rayonun ayrı-ayrı icra nümayəndəliklərinin sakinləri tərəfindən təşkil edilən nar və nar məhsullarının sərgisi ilə tanış olublar. Sərgi masalarında onlara nardan hazırlanan məhsullar, o cümlədən nardança, nar şərabı, nar şirəsi, nar mürəbbəsi, habelə milli mətbəximizin bənzərsiz nümunələri olan döşəməli plov, təndir çörəyi, yuxa, kətə və müxtəlif şirniyyatlar təqdim olunub.

Tədbir çərçivəsində AzNar Qapalı Səhimdar Cəmiyyətinin yaranmasının 50 illik yubileyi də keçirilib. Şirkətin yubileyi münasibəti ilə daha bir zavod istifadəyə verilib və Nar hotelinin açılışı olub. Açılış mərasimində dövlət və hökumət nümayəndələri, xarici ölkələrin səfirləri iştirak ediblər.  AzNar şirkəti eyni zamanda ən yaxşı foto, video və şeir müsabiqəsi, həmçinin nərd yarışı təşkil edib. Qaliblərə pul mükafatı verilib. Birinci yer 3000 manat, ikinci yer 1000 manat, yarışda finala çıxan  amma qalib olmayan hər kəs 3-cü yerə layiq görülüb və 500 manat pul mükafatı ilə təltif ediliblər. Qeyd edək ki, qarşıdan gələn ildə də Nar festivalında nərd, şer, foto, video yarışları keçiriləcəkdir.

Məlumat üçün bildirək ki, Göyçayda nar bayramı artıq 14-cü dəfədir ki, təşkil edilir. Bu məhsul bayramı bölgədə meyvəçiliyin və turizmin inkişafı baxımından böyük əhəmiyyət daşıyır. İstər yerli əhalinin, istərsə də ölkəmizə gələn qonaqların böyük marağına səbəb olan nar bayramı, həm də xalqımızın milli adət-ənənələrimizə dərin bağlılığımızın bir nümunəsidir.

Hazırda rayonda 3627 hektar nar bağı vardır ki, onun da 3327 hektarı bar verəndir. Hər il orta hesabla 35-40 min ton nar istehsal olunur. Bağlarda əsasən “Gülövşə”, “Vələs”, “Şəndi”, “Şirin”, “Bala Mürsəl” sortları yetişdirilir. İstehsal olunan narın yarıdan çoxu xarici bazarlara, əsasən Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarılır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

15 Dekabr 2019, 12:00 (GMT +4)
Xalq rəssamı Səttar Bəhlulzadənin anadan olmasının 110 illiyi tamam olur

15 Dekabr 2019, 11:41 (GMT +4)
Avtomobildə gizlədilən kosmetik vasitələr aşkarlanıb

15 Dekabr 2019, 11:30 (GMT +4)
“Şahdəniz” yatağından hasilata başlanmasından 13 il keçir

15 Dekabr 2019, 11:07 (GMT +4)
Akademik Həsən Əliyevin doğum günüdür

15 Dekabr 2019, 11:00 (GMT +4)
Azərbaycanın lider mobil operatoru 23 yaşını qeyd edir

15 Dekabr 2019, 09:02 (GMT +4)
Nazirlər Kabineti Aqrar Sığorta Fondunun Nizamnaməsini təsdiqləyib

14 Dekabr 2019, 18:30 (GMT +4)
Bakıda “3-cü mikrorayon bazarındakı” yanğın söndürülüb

14 Dekabr 2019, 18:22 (GMT +4)
3-cü mikrorayon dairəsi istiqamətində avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb

14 Dekabr 2019, 18:17 (GMT +4)
Bakıda "3-cü mikrorayon bazarı" yanır (FOTO)

14 Dekabr 2019, 17:00 (GMT +4)
“Heydər Əliyev: vətəndaşlıq və dövlətçilik” mövzusunda görüş keçirilib

14 Dekabr 2019, 16:51 (GMT +4)
Prezident İlham Əliyev Qazaxıstanın dövlət başçısını təbrik edib

14 Dekabr 2019, 16:50 (GMT +4)
Yeni Zelandiyada vulkan püskürməsi nəticəsində ölənlərin sayı 15 nəfərə çatıb

14 Dekabr 2019, 16:46 (GMT +4)
Regionlarda 760 fərdi evə təbii qaz verilib

14 Dekabr 2019, 16:35 (GMT +4)
Türkiyə ABŞ-dan "Patriot" raketdən müdafiə sistemi almağı təklif edib

14 Dekabr 2019, 16:24 (GMT +4)
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması 751 avroparlamentariyə məktub göndərib

14 Dekabr 2019, 16:15 (GMT +4)
Ərbəin mərasimi UNESCO-nun dünya mədəni irsi siyahısına daxil olub (VİDEO)

14 Dekabr 2019, 16:15 (GMT +4)
Tayvanın cənubunda baş verən yanğında 7 nəfər ölüb

14 Dekabr 2019, 16:12 (GMT +4)
Britaniyalı mütəxəssis İdman Jurnalistikası Magistr tələbələrinə intensiv tədris sessiyası keçib

14 Dekabr 2019, 16:00 (GMT +4)
Təhsil Nazirliyi ağacəkmə aksiyası keçirib (FOTOLAR)

14 Dekabr 2019, 15:40 (GMT +4)
Malayziyanın Baş naziri Mahathir Mohamad 2030-cu ilə qədər  hakimiyyətdə qalmaq niyyətindədir

14 Dekabr 2019, 15:36 (GMT +4)
FHN-nin əməkdaşı dünya çempionu olub (FOTO)

14 Dekabr 2019, 15:16 (GMT +4)
Səudiyyə hücumu dayandırmayıb, atəşkəs danşıqlarından xəbər yoxdur - Husi mənbələri

14 Dekabr 2019, 15:13 (GMT +4)
“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verilib

14 Dekabr 2019, 15:05 (GMT +4)
Fransanın "Total" neft emalı zavodunda yanğın baş verib

14 Dekabr 2019, 15:00 (GMT +4)
Elvin İsayev Ukraynadan Azərbaycana deportasiya edilib

14 Dekabr 2019, 14:33 (GMT +4)
Ərdoğan Trampa Türkiyənin S-400-dən imtina etməsinin mümkün olmadığını izah edib

14 Dekabr 2019, 14:27 (GMT +4)
Sudanın sabiq diktatoru Ömər əl-Bəşir iki il azadlıqdan məhrum edilib

14 Dekabr 2019, 14:23 (GMT +4)
Azercell öz instaqram səhifəsində yarış keçirir

14 Dekabr 2019, 14:10 (GMT +4)
Cənubi Koreyada ağır yol qəzasında altı nəfər ölüb

14 Dekabr 2019, 14:05 (GMT +4)
Məcburi köçkünlər arasında futbol turniri keçiriləcək

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66