Zaxarova "Ağ dəbilqəlilər"in qurucusunun ölümünə münasibət bildirib11 Noyabr 2019, 16:21 (GMT +4) Bakı, 11 noyabr, SalamNews. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Suriyada "Ağ dəbilqəlilər"in qurucularından biri, İngiltərə kəşfiyyatının keçmiş əməkdaşı Ceys Qustav Edvard Le Mezyurenin ölümünü şərh edib.
SalamNews REN.TV-yə istinadən xəbər verir ki, onun cəsədi İstanbulda tapılıb.
Zaxarovanın sözlərinə görə, Rusiya Xarici İşlər Nazirliyi mütəmadi olaraq beynəlxalq təşkilatlara "Ağ dəbilqəlilər"in qeyri-qanuni fəaliyyəti, eləcə də törətdikləri cinayətlər barədə məlumat verir.
"Onlar Qərb ölkələrinin xüsusi xidmət orqanlarına çalışırdılar və terrorçularla əlaqələri var idi", Zaxarova deyib.
Qeyd edək ki, Ceys Qustav Edvard Le Mezyure İstanbulda ölü tapılıb.
|