Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Qarabağda “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalı keçirilib

08 Noyabr 2019, 17:00 (GMT +4)

Bakı, 8 noyabr, SalamNews.Gənclər üçün Təhsil Mərkəzi əzəli Azərbaycan torpağı olan Qarabağda, Ağcabədi rayonunda “Xarı Bülbül” gənclərin 2-ci yaradıcılıq festivalını keçirmişdir. 

SalamNews xəbər verir ki, festival Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi və Ağcabədi Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə baş tutub.

Qarabağ Muğam Mərkəzin keçirilən festivalın əsas məqsədi Qarabağın mədəni incilərini təbliğ etmək, gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına yardımçı olmaq, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaq idi.

Açılış mərasimində Mərkəzin Qarabağ Regional Ofisinin rəhbəri Radə Qafarova, Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Vüsalə Məmmədova və Ağcabədi Regional Mədəniyyət İdarəsinin müdiri Rza Quliyev iştirak etmişdir. Çıxış edən qonaqlar festivalın əhəmiyyətini qeyd edərək, Gənclər üçün Təhsil Mərkəzinin “Xarı Bülbül” adı ilə yaradıcılıq festivalları keçirməsini alqışlamışlar.

Daha sonra yaradıcı gənclərin ifalarında musiqilər səsləndirilmiş, milli rəqslər nümayiş etdirilmiş, şeirlər söylənilmiş, tamaşalar göstərilmişdir. Festival çərçivəsində yaradıcı gənclərin əl işləri, rəsm əsərlərinə də baxış keçirilmişdir.

Festival yeniyetmə və gənclərin böyük marağına səbəb olmuş, orada yalnız Ağcabədi rayonunun deyil, qonşu rayonların da istedadlı gəncləri təmsil olunmuşdur.

Mərkəzdən verilən məlumata görə, Ağcabədi rayonunda festivalın keçirilməsi üçün yaradıcılıq dərnəyi qurulmuş, iştirakçı olmaq istəyənlər bu dərnəklərdə bütün hazırlıq işlərini həyata keçirmişlər. Dərnəklərdə gənclərin istifadəsi üçün zəruri olan avadanlıqlar, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdirilmiş, o cümlədən yaradıcılıq təlimləri keçirilmişdir. Dərnək qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gənclərin burada öz bacarıqlarını inkişaf etdirmək, özünü cəmiyyətə tanıtmaq və inkişaf etmək imkanı yaratmışdır.

Qeyd edək ki, Gənclər üçün Təhsil Mərkəzi tərəfindən “Xarı Bülbül” gənclərin yaradıcılıq festivallarının hər il keçirilməsi, Qarabağın mədəni incilərinin bu tədbirlər vasitəsilə gənc nəsil arasında təbliği nəzərdə tutulur.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

Gənclər üçün Təhsil Mərkəzi 3S proqramına start verib

Gənclər üçün Təhsil Mərkəzinin "Şanlı tarix - 99 il" "Twitter" aksiyası kütləvi keçib

Gənclər üçün Təhsil Mərkəzinin keçirdiyi aksiyası başa çatıb

Gənclər üçün Təhsil Mərkəzi Orta Asiya ölkələri ilə əməkdaşlığa başlayıb

İntiqam Babayev və Fərhad Hacıyev Gənclər üçün Təhsil Mərkəzinin Gəncədəki ofisində olublar

Gənclər üçün Təhsil Mərkəzinin üzvləri "Heydər" zirvəsinə qalxıblar

19 Noyabr 2019, 11:14 (GMT +4)
Cari ildə idxal və ixrac edilən məhsulların həcmi açıqlanıb

19 Noyabr 2019, 11:00 (GMT +4)
İranın Zəncan şəhərində iğtişaşları pisləyən etiraz aksiyası keçirilib (FOTO)

19 Noyabr 2019, 10:50 (GMT +4)
Türkiyədə dövlət çevrilişində şübhəli bilinən 133 nəfərin saxlanılmasına sanksiya verilib

19 Noyabr 2019, 10:32 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

19 Noyabr 2019, 10:21 (GMT +4)
İsrail Dəməşq ətrafına aviazərbə endirib, raketlərin bəzisi zərərsizləşdirilib

19 Noyabr 2019, 10:17 (GMT +4)
Gürcüstanda azərbaycanlıların olduğu avtobus yanıb

19 Noyabr 2019, 10:01 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

19 Noyabr 2019, 09:57 (GMT +4)
İran mediası odlu silahdan istifadə edən iğtişaşçıların görüntülərini yayımlayıb (VİDEO)

19 Noyabr 2019, 09:43 (GMT +4)
Ankara Suriyanın şimalında yeni əməliyyata başlaya bilər - Çavuşoğlu 

19 Noyabr 2019, 09:30 (GMT +4)
“Azərbaycan Dəmir Yolları” sərnişinlərə müraciət edib

19 Noyabr 2019, 09:16 (GMT +4)
ABŞ İsrailin Fələstində saldığı yəhudi yaşayış massivlərini qanuni elan edib

19 Noyabr 2019, 09:16 (GMT +4)
Morales Boliviyada vətəndaş müharibəsinin başlayacağından narahatdır

19 Noyabr 2019, 09:02 (GMT +4)
Bu il ölkədən 1186 ton çay ixrac olunub

18 Noyabr 2019, 18:00 (GMT +4)
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır

18 Noyabr 2019, 17:46 (GMT +4)
ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

18 Noyabr 2019, 17:36 (GMT +4)
Diktator Frankonun vəsiyyəti ilk dəfə dərc edilib

18 Noyabr 2019, 17:28 (GMT +4)
İraqda aksiyaçılar ölkənin ən böyük ixrac limanının yolunu bağlayıblar

18 Noyabr 2019, 17:17 (GMT +4)
Gənclər təşkilatı regionlarda maarifləndirmə kampaniyasına start verib

18 Noyabr 2019, 17:13 (GMT +4)
Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub

18 Noyabr 2019, 17:11 (GMT +4)
Türkiyə bölgənin neft bölgüsündə iştirak etməkdən imtina edib -Ərdoğan

18 Noyabr 2019, 17:07 (GMT +4)
Gələn ay psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək

18 Noyabr 2019, 16:52 (GMT +4)
Azərbaycan - Ukrayna matçının hakimləri açıqlanıb

18 Noyabr 2019, 16:44 (GMT +4)
Doqquz ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 24,8 milyard dollar olub

18 Noyabr 2019, 16:43 (GMT +4)
Hindistanda rusiyalı turist ölüb

18 Noyabr 2019, 16:39 (GMT +4)
Suriyanın Həma əyalətində bir helikopter qəzaya uğrayıb, ölənlər var

18 Noyabr 2019, 16:21 (GMT +4)
Prezident İlham Əliyev Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

18 Noyabr 2019, 16:19 (GMT +4)
Amil Hacıyevin rəhbərliyi ilə yeni internet portal fəaliyyətə başlayıb

18 Noyabr 2019, 16:10 (GMT +4)
“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin hesabat verib

18 Noyabr 2019, 16:07 (GMT +4)
ABŞ İrandakı etiraz aksiyalarını dəstəkləyir

18 Noyabr 2019, 15:52 (GMT +4)
Polad Bülbüloğlu Füzuli Dövlət Dram Teatrında olub (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66