Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » MEDİA

“Yeni Müsavat” qəzetinin 30 illik yubileyi qeyd olunub (FOTOLAR)

08 Noyabr 2019, 16:00 (GMT +4)

Bakı, 8 noyabr, SalamNews.Bakıda “Yeni Müsavat” Media Qrupunun 30 illik yubiley tədbiri keçirilib. Tədbirdə ölkənin tanınmış ictimaiyyət nümayəndələri, dövlət rəsmiləri, xarici ölkələrin Azərbaycandakı səfirləri, millət vəkilləri, vətəndaş cəmiyyəti institutlarının rəhbərləri, ekspertlər, eləcə də media mənsubları iştirak ediblər.

SalamNews xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Yeni Müsavat” Media Qrupunun rəhbəri, baş redaktor Rauf Arifoğlu qonaqları salamlayaraq, bu özəl tarixi günə qatıldıqları üçün hər bir iştirakçıya təşəkkürünü bildirib. O, qəzetin yarandığı dövrü, keçdiyi tarixi yolu tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Bu qəzet milli azadlıq hərəkatından doğan təsislərdən biridir. 30 il öncə xalqımız azadlığı və torpaqlarının bütövlüyü uğrunda mübarizəyə qalxmışdı. Biz də bu mübarizənin, meydan və səngər hərəkatının iştirakçılarından, könüllülərindən idik. Azərbaycan xalqı möhtəşəm bir özünütəşkil prosesi yaşayırdı: hər şey meydanlarda, ayaqda və dərhal həll olur, qurulurdu. Azadlıq Meydanında, xalq hərəkatının gedişində Azərbaycan Xalq Cəbhəsi quruldu, elə buradaca özünü müdafiə könüllü dəstələri yarandı və milli mətbuatın ilk qaranquşları da Meydan hərəkatında ortaya çıxdı. “Yeni Müsavat” qəzeti də Meydan hərəkatından, xalqın tələblərindən doğdu. Biz kommunizmə qarşı mübarizədə Müsavat adında təşkilat qurduq və bu təşkilatın qəzetini yaratmaq da mənim üzərimə düşdü. 30 il sonra məmnunluqla bildirirəm ki, bu işin öhdəsindən gələ bilmişəm və bu gün “Yeni Müsavat” milli azadlıq hərəkatının yaşayan azsaylı və ən uğurlu layihələrindən biri kimi zamanın, dövrün təlatümlərinə dözərək fəaliyyətini davam etdirir. Azərbaycanın son 30 ilini düşünün. Sovet hakimiyyətinin yıxılması, müstəqil Azərbaycan dövlətinin qurulması, erməni iddiaları nəticəsində Qarabağ və vətən müharibəsinin başlaması, illərlə davam etməsi, könüllü batalyonların, daha sonra milli ordunun qurulması, torpaqlarımızın işğalı, Xocalı soyqırımı, iqtidarların ard-arda dəyişməsi, siyasi təlatümlər, həbsxanalar, düşmənçiliklər, dostluqlar... Biz bunların hamısını Azərbaycanla bərabər həm yaşadıq, həm də yazdıq, tarixləşdirdik... Biz bu 30 ili özətləyəcək 30 dəqiqlik sənədli bir film çəkdik. İnşallah ki, bu cür layihələrimiz davamlı olacaq və biz öz hekayəmizi tarixə və oxucuya anlatmaqda davam edəcəyik”.

R.Arifoğlu “Yeni Müsavat”ın yeni media sahəsində imza atdığı uğurlardan bəhs edərək, rəhbərlik etdiyi media qrupuna daxil olan saytlar barədə məlumat verib: “Bu gün gəldiyimiz nöqtə bir zamanlar xəyal edə bilməyəcəyimiz nəticələrlə zəngindir. “Yeni Müsavat” qəzeti artıq bir Media Qrup şəklində fəaliyyət göstərir’’.

Daha sonra qəzetin 30 illik tarixini əks etdirən “Yeni Müsavat 30: Bir qəzetin tarixi” adlı sənədli film qonaqlara təqdim olunub.

Məlumat üçün qeyd edək ki, “Yeni Müsavat” qəzeti “Yeni Müsavat” Media Qrupuna aid print media orqanıdır. Bu qəzetin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. Qəzetin qurucusu indiki baş redaktor və “Yeni Müsavat” Media Qrupunun sahibi Rauf Arifoğludur.
"Yeni Müsavat" qəzeti ilk illər gizli fəaliyyət göstərib, kommunist Sovet rejiminə qarşı yaradılan Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı olub. 1991-ci ilin dekabrında, Azərbaycan müstəqilliyini qazanandan sonra gizli fəaliyyətə son verib və dövlət qeydiyyatına alınıb.

1993-cü ilin mart ayından qəzetin təsisçiliyini Müsavat Partiyasının başqanı öz üzərinə götürüb. 16 il 8 aydan sonra - 2009-cu ilin noyabrında o, qəzetin 20 illik yubileyi münasibəti ilə təsisçiliyi Rauf Arifoğluna qaytarıb. Bütün formallıqlar həll edildikdən sonra, 26 noyabr 2009-cu ildən başlayaraq qəzet Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görməyə başlayıb. Bu günədək qəzetin 7400-dən yuxarı sayı işıq üzü görüb.

“Yeni Müsavat”, Azərbaycanda həftədə 6 dəfə dərc olunan yeganə qəzetdir. “Yeni Müsavat” Media Qrupuna aid olan KİV-lər bunlardır: www.musavat.com, www.minval.az (rus), tr.minval.az (anadolu türkcəsi), minval.info.
Bundan başqa, Media Qrupunun “YouTube” platformasında 75 min abunəsi olan internet televiziyası “TV Musavat”, Facebook platformasında isə rus və Azərbaycan dilli auditoriyalara xitab edən böyük səhifələri var: 141 min təqibçisi olan “Yeni Müsavat Qəzeti”, 60 min təqibçisi olan “Minval.az” və 21 min təqibçisi olan “Minval.info” səhifələri...

Dövriyyəsinə, tirajına və əhatəsinə görə “Yeni Müsavat” Media Qrupu Azərbaycanın əsas media təsisatlarındandır.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Yeni Müsavat” qəzetinin nəşrə başlamasından 29 il ötür

"Yeni Müsavat” qəzetinin nəşrə başlamasından 28 il ötür

"Yeni Müsavat" qəzetinin baş redaktoru Rauf Arifoğluna ağır itki üz verib

"Yeni Müsavat” qəzetinin nəşrə başlamasından 27 il ötür

19 Noyabr 2019, 11:14 (GMT +4)
Cari ildə idxal və ixrac edilən məhsulların həcmi açıqlanıb

19 Noyabr 2019, 11:00 (GMT +4)
İranın Zəncan şəhərində iğtişaşları pisləyən etiraz aksiyası keçirilib (FOTO)

19 Noyabr 2019, 10:50 (GMT +4)
Türkiyədə dövlət çevrilişində şübhəli bilinən 133 nəfərin saxlanılmasına sanksiya verilib

19 Noyabr 2019, 10:32 (GMT +4)
Azərbaycan nefti ucuzlaşıb

19 Noyabr 2019, 10:21 (GMT +4)
İsrail Dəməşq ətrafına aviazərbə endirib, raketlərin bəzisi zərərsizləşdirilib

19 Noyabr 2019, 10:17 (GMT +4)
Gürcüstanda azərbaycanlıların olduğu avtobus yanıb

19 Noyabr 2019, 10:01 (GMT +4)
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 24 dəfə pozub

19 Noyabr 2019, 09:57 (GMT +4)
İran mediası odlu silahdan istifadə edən iğtişaşçıların görüntülərini yayımlayıb (VİDEO)

19 Noyabr 2019, 09:43 (GMT +4)
Ankara Suriyanın şimalında yeni əməliyyata başlaya bilər - Çavuşoğlu 

19 Noyabr 2019, 09:30 (GMT +4)
“Azərbaycan Dəmir Yolları” sərnişinlərə müraciət edib

19 Noyabr 2019, 09:16 (GMT +4)
ABŞ İsrailin Fələstində saldığı yəhudi yaşayış massivlərini qanuni elan edib

19 Noyabr 2019, 09:16 (GMT +4)
Morales Boliviyada vətəndaş müharibəsinin başlayacağından narahatdır

19 Noyabr 2019, 09:02 (GMT +4)
Bu il ölkədən 1186 ton çay ixrac olunub

18 Noyabr 2019, 18:00 (GMT +4)
Prezident İlham Əliyev: Əminəm ki, 2020-ci il də Naxçıvan üçün uğurlu olacaqdır

18 Noyabr 2019, 17:46 (GMT +4)
ƏƏSMN: 9 rayonda şəhid ailələri və Qarabağ əlillərinə ev verilib

18 Noyabr 2019, 17:36 (GMT +4)
Diktator Frankonun vəsiyyəti ilk dəfə dərc edilib

18 Noyabr 2019, 17:28 (GMT +4)
İraqda aksiyaçılar ölkənin ən böyük ixrac limanının yolunu bağlayıblar

18 Noyabr 2019, 17:17 (GMT +4)
Gənclər təşkilatı regionlarda maarifləndirmə kampaniyasına start verib

18 Noyabr 2019, 17:13 (GMT +4)
Cəlil Məmmədquluzadənin ev-muzeyinin əsaslı təmirdən sonra açılışı olub

18 Noyabr 2019, 17:11 (GMT +4)
Türkiyə bölgənin neft bölgüsündə iştirak etməkdən imtina edib -Ərdoğan

18 Noyabr 2019, 17:07 (GMT +4)
Gələn ay psixoloqların diaqnostik qiymətləndirilməsi keçiriləcək

18 Noyabr 2019, 16:52 (GMT +4)
Azərbaycan - Ukrayna matçının hakimləri açıqlanıb

18 Noyabr 2019, 16:44 (GMT +4)
Doqquz ayda Azərbaycanın xarici ticarət dövriyyəsi 24,8 milyard dollar olub

18 Noyabr 2019, 16:43 (GMT +4)
Hindistanda rusiyalı turist ölüb

18 Noyabr 2019, 16:39 (GMT +4)
Suriyanın Həma əyalətində bir helikopter qəzaya uğrayıb, ölənlər var

18 Noyabr 2019, 16:21 (GMT +4)
Prezident İlham Əliyev Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib

18 Noyabr 2019, 16:19 (GMT +4)
Amil Hacıyevin rəhbərliyi ilə yeni internet portal fəaliyyətə başlayıb

18 Noyabr 2019, 16:10 (GMT +4)
“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin hesabat verib

18 Noyabr 2019, 16:07 (GMT +4)
ABŞ İrandakı etiraz aksiyalarını dəstəkləyir

18 Noyabr 2019, 15:52 (GMT +4)
Polad Bülbüloğlu Füzuli Dövlət Dram Teatrında olub (FOTO)

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66