Kürdlər Rusiya və Türkiyənin müştərək post-patrul qüvvələrini daşa basıblar (VİDEO)
08 Noyabr 2019, 15:39 (GMT +4)
Bakı, 8 noyabr, SalamNews, B.Samid. Kürdlər Suriyanın şimal-şərqində birgə şəkildə post patrul xidməti ilə məşğul olan Rusiya-Türkiyə post patrul qüvvələrini daşlayıblar.
SalamNews xəbər verir ki, Suriyanın şimal-şərqində Həsəka əyalətinin Dekşuriyya kəndi ərazisindən keçən Rusiya-Türkiyə post patrul qüvvələri kürdlər tərəfindən etirazla qarşılanıblar.
Post patrul qüvvələrinin yolu üzərində toplaşan insanlar zirehli maşınları daşa basıblar.
Qeyd edək ki, Türkiyənin "Barış pınarı" əməliyyatının nəticəsi olaraq, ABŞ qüvvələri və kürd bölmələri Suriyanın Türkiyə ilə sərhəd bölgəsindən çıxıblar. Rusiya və Türkiyə prezidentlərinin Soçi razılaşmasına əsasən tərəflər bölgədə birgə şəkildə post patrul xidmətlərinə başlayıblar.
Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.