Peskov: NATO qarşıdurma aləti olaraq yaradılıb08 Noyabr 2019, 17:20 (GMT +4) Bakı, 8 noyabr, SalamNews. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov, NATO-nun qarşıdurma aləti olaraq yaradıldığını bildirib. Onun sözlərinə görə, bu səbəbdən Rusiya tərəfi alyansın dünya sabitliyinin təmin olunmasında rolunu şişirtməyə meylli deyil.
SalamNews-un RİA Novosti-yə istinadla verdiyi xəbərə görə, Peskov bunu Fransa prezidenti Emmanuel Makronın alyansın "beyin ölümü" keçirdiyini elan etməsindən sonra açıqlayıb.
"Biz dəfələrlə demişik ki, NATO qarşıdurma üçün yaradılan və rus dilində desək qarşıdurma məqsədləri üçün istifadə edilən bir ittifaqdır. Buna görə də qlobal və Avropa təhlükəsizliyi, eləcə də sabitliyi təmin etməkdə bu ittifaqın rolunu heç vaxt şişirtməyə meylli deyilik", - Peskov Makronun sözlərini şərh edərkən deyib.
|