Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » CƏMİYYƏT

Gömrük Akademiyasının məzunu: Gömrük orqanı əməkdaşı qanuni tələbləri dəqiq bilməlidir

08 Noyabr 2019, 15:31 (GMT +4)

Bakı, 8 noyabr, SalamNews. Məmmədzadə Günel Ərşad qızı Dövlət Gömrük Komitəsinin Akademiyasının “Hüquqşünaslıq” ixtisasının bu ilki məzunlarından biridir və hazırda Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Terminal-1 Beynəlxalq Hava Limanı gömrük postunun sərnişin şöbəsinin inspektoru vəzifəsində çalışır.

-Günel, hazırda gömrük xidmətində çalışırsınız. Hansı işləri yerinə yetirirsiniz?

-Malların gömrük sərhədindən keçirilməsi zamanı gömrük nəzarətinin həyata keçirilməsi, qadağan olunmuş və ya dövriyyəsi məhdudlaşdırılmış malların ölkəyə qanunsuz keçirilməsinin qarşısının alınması, ölkəmizə xaricdən gələn sərnişinlərin yaşıl və qırmızı kanala daxil olması, baqajlarına baxış keçirilməsi və qanunvericilik aktlarında nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirirəm.

-Akademiyada qazandığınız biliklər iş vaxtı köməyinizə çatırmı?

-Təbii ki, tələbəlik həyatı və iş həyatı bir-birindən çox fərqlidir, lakin icra etdiyim vəzifələrin bir çoxunun nəzəriyyəsini bilmək, yəni dörd il ərzində Akademiyada əldə etdiyim biliklər praktiki fəaliyyətim zamanı köməyimə çatır. Təbii ki, iş həyatı tamam fərqli yeni bilikləri də tələb edir, bunlar da yalnız təcrübə əsasında formalaşır.

-Gömrük xidmətində çalışmağınızda Akademiyanın rolu barədə nə deyə bilərsiniz?

-Məzun olduqdan sadəcə bir ay sonra mən və digər tələbə yoldaşlarım gömrük əməkdaşı kimi müxtəlif struktur bölmələrdə işlə təmin olunduq. Gömrük əməkdaşları sırasına daxil edildiyimizə görə Akademiyanın rəhbərliyinə və Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə minnətdarlığımızı bildiririk.

-İlk iş gününüz necə keçmişdi? Həyəcan vardımı?

-İlk iş günüm həyatımdakı ən həyəcanlı günlərdən biri idi, çünki artıq mühazirə dinləmək və seminarlara hazırlaşmaqla keçən tələbəlik günlərinin sonuna gəldiyimi ilk dəfə həmin an anlamışdım. Həmin gün mənim üçün daha məsuliyyətli və diqqətli olmağı tələb edən günlərimin başlanğıcı idi.

-Gömrük xidmətində çalışmaq hansı məsuliyyəti yaradır?

-Gömrük xidməti digər fəaliyyətlərdən daha çox məsuliyyət və diqqət tələb edir. Gömrük orqanı əməkdaşı etik və əxlaqi normalara ciddi əməl etməli, qanuni tələbləri dəqiq bilməli və yerinə yetirilməməsindən irəli gələn məsuliyyətləri dərk etməlidir. Sadəcə xidməti vəzifə ilə bağlı deyil, xidmətdən kənar davranış qaydalarına da fikir verməlidir.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

DGKA tələbələrinin məruzələri beynəlxalq konfransın proqramına daxil edilib

DGKA tələbələri üçün maliyyə savadlılığı ilə bağlı seminar keçirilib

DGKA-da xidmətə hazırlıq təlimlərinin qiymətləndirmə mərhələsi keçirilib

DGKA-nın fəaliyyəti beynəlxalq standartlara uyğunlaşdırılır

DGKA-da yeni qəbul olunmuş əməkdaşlar üçün hazırlıq kursları başlayıb

DGKA-nın tələbəsi: Gömrük orqanlarında xidmət etmək şərəfdir (MÜSAHİBƏ)

07 Dekabr 2019, 17:05 (GMT +4)
Astarada qadına qarşı soyğunçuluq edən şəxs saxlanılıb

07 Dekabr 2019, 17:02 (GMT +4)
İtalyanın "Roberto Cavalli" moda evini BƏƏ milyarderi alıb

07 Dekabr 2019, 16:45 (GMT +4)
Nəqliyyat işçilərinin tətili Fransada nəqliyyatın hərəkətini iflic edib

07 Dekabr 2019, 16:44 (GMT +4)
Kərbəla əyaləti 4 gün ərzində zəvvarları qarşılaya bilməyəcək

07 Dekabr 2019, 16:40 (GMT +4)
Bakının 5 yerində "Kənddən Şəhərə” bayram yarmarkası təşkil olunacaq

07 Dekabr 2019, 16:21 (GMT +4)
Ana Vətən Partiyası Ali Məclisinin toplantısı keçirilib

07 Dekabr 2019, 16:17 (GMT +4)
İngiltərədə 12 dekabr seçkilərinə "Rusiya müdaxiləsi" istisna edilmir

07 Dekabr 2019, 16:05 (GMT +4)
Güləş üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

07 Dekabr 2019, 15:50 (GMT +4)
Yunanıstanda iğtişaşlara görə 80-ə yaxın insan saxlanılıb 

07 Dekabr 2019, 15:40 (GMT +4)
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqatın aparılacağı müddət müəyyənləşib

07 Dekabr 2019, 15:37 (GMT +4)
İran və ABŞ təhlükəsizliklə bağlı həbs edilən iki məhbusu mübadilə ediblər (FOTO)

07 Dekabr 2019, 15:19 (GMT +4)
Bakıda “Marketingguide 2019” tədbiri keçiriləcək

07 Dekabr 2019, 15:13 (GMT +4)
Nəcəfdə Müqtəda Sədrin evi PUA-larla hücuma məruz qalıb (FOTO)

07 Dekabr 2019, 15:12 (GMT +4)
Türkiyədən deportasiya edilən İŞİD terrorçusu Kanadada həbs edilib

07 Dekabr 2019, 14:41 (GMT +4)
Vicdanı olmayan birinə Nobel Mükafatı verilə bilməz - İbrahim Kalın

07 Dekabr 2019, 14:39 (GMT +4)
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib

07 Dekabr 2019, 14:19 (GMT +4)
Sudanın yeni baş naziri Yəməndəki qüvvələri geri çəkmək niyyətində olduğunu bildirib

07 Dekabr 2019, 14:13 (GMT +4)
Filarmoniyada növbəti xeyriyyə konserti təşkil olunub

07 Dekabr 2019, 14:02 (GMT +4)
Tramp Dünya Bankını Çinə kredit verməməyə çağırıb

07 Dekabr 2019, 13:47 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb

07 Dekabr 2019, 13:41 (GMT +4)
Pakistan İran-Səudiyyə gərginliyinin azaldılması üçün səylərini davam etdirəcəyini bildirib

07 Dekabr 2019, 13:36 (GMT +4)
Azercell Nəsiminin əsərlərini üç dildə təqdim edib

07 Dekabr 2019, 13:34 (GMT +4)
Ərdoğan Moskvadakı Qələbə Paradına dəvət edilib

07 Dekabr 2019, 13:11 (GMT +4)
Şəmkirdə evlərdən və mağazadan oğurluq edən şəxslər saxlanılıblar

07 Dekabr 2019, 13:04 (GMT +4)
Pompeo Lavrovla Suriya və Ukraynanı müzakirə etmək niyyətindədir

07 Dekabr 2019, 12:40 (GMT +4)
Floridada ABŞ HHQ aviabazasındakı hadisə ilə bağlı Səudiyyə Ərəbistanının altı vətəndaşı saxlanılıb

07 Dekabr 2019, 12:35 (GMT +4)
Bakı-Şamaxı yolunda avtomobil beton maneələrlə çırpılıb (FOTO)

07 Dekabr 2019, 12:26 (GMT +4)
Mərakeş kralı ABŞ dövlət katibi Mayk Pompeo ilə görüşdən imtina edib

07 Dekabr 2019, 12:15 (GMT +4)
ABŞ Senat Komitəsi Rusiyanın terrorçu ölkə kimi tanınması ilə bağlı layihəni nəzərdən keçirəcək 

07 Dekabr 2019, 11:56 (GMT +4)
Talibanla ABŞ danışıqlara yenidən start veriblər

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66