Mobil versiya RU AZ
_




AZƏRBAYCAN » İQTİSADİYYAT

Bu gün Bakı Metropoliteni işçilərinin peşə bayramıdır

08 Noyabr 2019, 09:45 (GMT +4)

Bakı, 8 noyabr, SalamNews, K.Orxan. Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı ildə imzaladığı Sərəncama əsasən hər il noyabrın 8-i Metropoliten işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

SalamNews-un məlumatına görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 iyun 2014-cü il tarixli 201 saylı Qərarı ilə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi və strukturu təsdiq edilib və 17 iyul 2014-cü il tarixində vergi orqanında hüquqi şəxs kimi dövlət qeydiyyatından keçib.

Kütləvi şərnişin daşınmasında şəhər əhalisi üçün mühüm əhəmiyyət daşıyan metropolitenin genişləndirilməsinin, o cümlədən istismar və metro tikintisi kimi mühüm sahələri vahid bir təsərrüfat kompleksində birləşdirməyin zəruriliyindən yaradılmış “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti təsis edildiyi tarixdən qısa müddət ərzində əmək kollektivini formalaşdıraraq, müəssisə qarşısında qoyulmuş vəzifələrin icrasını həyata keçirir.

Məqsədi Bakı metropoliteninin inkişaf etdirilməsindən, sərnişinlərin metro nəqliyyatında daşınmasının keyfiyyətinin yüksəldilməsindən, yeni metropoliten xətlərinin və stansiyalarının tikintisindən, metropolitenin maddi-texniki bazasının gücləndirilməsindən ibarət olan “Bakı Metropoliteni” QSC-nin əməkdaşlarının ümumi sayı 6500 nəfərə yaxınlaşır ki, bunun da 1500 nəfərdən çoxu metro tikintisi sahəsində çalışır.

Qeyd edək ki, dövlət başçısı İlham Əliyev Bakının nəqliyyat infrastrukturunda metropolitenə böyük əhəmiyyət verir. Bu, öz təsdiqini son beşillikdə metronun texniki cəhətdən təkmilləşdirilməsi, yenidən qurulması üçün investisiya vəsaitinin ayrılması, metronun yeni sahələrinin tikilməsi, yeraltı yolların inkişafı istiqamətində görülən tədbirlər və metronun qarşıdakı 20 ildə inkişaf planının qəbul olunmasında tapır. Həmin plana görə, yaxın 20 il ərzində metropoliten yollarının uzunluğu 119 kilometrə, stansiyaların sayı 76-ya çatacaq.


Ölkənin və dünyanın ən son xəbərləri bizim Facebook səhifəmizdə


Əlaqəli Xəbərlər

"Bakı Metropoliteni" bu gün 2 yeni qatarını xəttə buraxır

“Bakı Metropoliteni”nin daha bir vəzifəli şəxsi vəfat edib

"Bakı Metropoliteni"nin 29 əməkdaşı koronavirusa yoluxub

Bakı metrosunun xidmət rəisi vəfat edib

Bakıya daha dörd yeni metro qatarı gətirilib

DİN: Metroda polisə müqavimət göstərən 5 nəfər barəsində cinayət işi açılıb

DİN metroda polis əməkdaşları ilə vətəndaşların mübahisəsinə aydınlıq gətirib

DİN metrodan istifadə edən sərnişinlərə xəbərdarlıq edib

Bakı metrosunda intihara cəhd olub

Bakı Metropoliteninə giriş məhdudlaşdırılıb

“Bakı Metropoliteni” sərnişinlərə xəbərdarlıq edib

Bakı metrosunda maska taxmayan sərnişin həbs edilib

Bakı metrosunda sərnişinlərin hərarəti yoxlanılır

Bakı metrosunda generator stansiyaları hazır vəziyyətə gətirilib

Metroda bir sərnişinin daşınması 52 qəpiyə başa gəlir

Sosial məsafə qorunmasa, koronavirusa yoluxma arta, metro yenidən bağlana bilər

Sabahdan metroda sərnişinlərin hərarəti yoxlanılacaq

Bakı Metropoliteni sabahdan fəaliyyətini bərpa edir

Bakıda metronun bərpa edəcəyi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib

Nazirlər Kabineti: Metronun fəaliyyətinin bərpası məsələsi müzakirə olunur

08 İyul 2020, 20:35 (GMT +4)
Sona Tağıyeva «ASAN Xidmət»də yeni vəzifəyə təyin edilib  

08 İyul 2020, 18:00 (GMT +4)
Bakcell daha bir təşəbbüsə qoşulub

08 İyul 2020, 17:48 (GMT +4)
Gürcüstan Azərbaycanla sərhədlərin açılması üçün şərtini açıqlayıb

08 İyul 2020, 17:41 (GMT +4)
Mahmud Əhmədi-Nejad Səudiyyənin vəliəhdi Məhəmməd bin Salmana məktub yazıb - KİV

08 İyul 2020, 17:40 (GMT +4)
Gömrük Komitəsi tərəfindən dövlət büdcəsinə köçürülən vəsait açıqlanıb

08 İyul 2020, 17:21 (GMT +4)
Kanye Vest prezidentliyə namizədliyini irəli sürəcək

08 İyul 2020, 17:15 (GMT +4)
“AzərEnerji” daha bir əhəmiyyətli layihə reallaşdırır

08 İyul 2020, 17:00 (GMT +4)
KOBİA-nın dəstək göstərdiyi müəssisə tütün tədarükünə başlayıb

08 İyul 2020, 16:48 (GMT +4)
İran vurulan təyyarənin kompensasiyası ilə bağlı Ukrayna ilə danışıqlar təklifini rədd edib

08 İyul 2020, 16:46 (GMT +4)
DİM: İyulun 10-da qəbul imtahanları keçiriləcək

08 İyul 2020, 16:44 (GMT +4)
Türkiyə Dəniz Qüvvələri Liviya suları yaxınlığında böyük hərbi təlim keçirir

08 İyul 2020, 16:32 (GMT +4)
“Rəqəmsal Jurnalistikaya doğru” proqramı başa çatıb

08 İyul 2020, 16:20 (GMT +4)
Bakıda karantini pozan taksi sürücüsü saxlanılıb

08 İyul 2020, 16:20 (GMT +4)
Kreml Safronovun işi ilə bağlı açıqlama verib

08 İyul 2020, 16:03 (GMT +4)
Baş Prokurorluq: Orkestrin bədii rəhbəri rüşvətə görə həbs edilib

08 İyul 2020, 16:00 (GMT +4)
Ölkə ərazisində havanın temperaturu 6-8 dərəcə enəcək (XƏBƏRDARLIQ)

08 İyul 2020, 15:53 (GMT +4)
Çeçenistanda yenidən toyların banket zallarında keçirilməsinə icazə verilib

08 İyul 2020, 15:51 (GMT +4)
Suriya və İran arasında hərbi əməkdaşlıq üzrə yeni anlaşma imzalanıb

08 İyul 2020, 15:39 (GMT +4)
Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 

08 İyul 2020, 15:25 (GMT +4)
Müdafiə Sənayesi nazirinə yeni müavin təyin edilib

08 İyul 2020, 15:17 (GMT +4)
ÇXR-də 2.3 milyondan çox insan leysan yağışlarına görə fəlakət bölgəsində qalıb

08 İyul 2020, 15:00 (GMT +4)
Qəbələdə dağlıq ərazidə yanğın başlayıb

08 İyul 2020, 14:49 (GMT +4)
İranda koronavirusdan ölənlərin sayı 12 mini ötüb

08 İyul 2020, 14:40 (GMT +4)
Almaniyada son sutkada 397 COVID-19-a yoluxma qeydə alınıb

08 İyul 2020, 14:33 (GMT +4)
KOBİA sahibkarlara müraciət edib

08 İyul 2020, 14:15 (GMT +4)
Ağcabədidə top mərmisi tapılıb

08 İyul 2020, 14:05 (GMT +4)
ABŞ Çin rəsmilərinə qarşı sanksiyalar tətbiq edir

08 İyul 2020, 13:48 (GMT +4)
Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

08 İyul 2020, 13:32 (GMT +4)
İran Kiş adasının Çinə verilməsi iddiasını təkzib edib

08 İyul 2020, 13:30 (GMT +4)
Rusiyada son sutkada 6,5 mindən çox insan COVID-19-a yoluxub  

1

Saytda dərc olunmuş istənilən materiala bütün hüquqlar müəllif hüquqları barədə beynəlxalq qanunvericiliyə uyğun şəkildə qorunur. Saytda yerləşdirilmiş istənilən audio, foto və videomaterialların istifadəsinə yalnız hüquq yiyəsinin icazəsi və SalamNews saytına istinadla yol verilir.
E-mail: info@salamnews.org
Tel./Fax: (+99412) 555 1 313
(+7499) 120 63 66