Təbrizdə 5.9 bal gücündə zəlzələ olub, azı 5 nəfər ölüb (FOTO)08 Noyabr 2019, 09:19 (GMT +4) Bakı, 8 noyabr, SalamNews, B.Samid. İranın Şərqi-Azərbaycan əyalətinin Miyanə rayonu ərazisində 5.9 bal gücündə zəlzələ baş verib.
SalamNews İRNA-ya istinadla xəbər verir ki, bu barədə Şərqi-Azərbaycan əyalətinin Fövqəladə Hallar İdarəsindən məlumat verilib.
Bildirilib ki, gecə saat 02.17-də Miyanə rayonunda 5.9 bal gücündə zəlzələ baş verib. Zəlzələnin mərkəzi Miyanənin Tərk adlı bölgəsində və yerin 8 km dərinliyində olub. Azı 5 nəfərin həlak olduğu deyilir. Bölgədəki kəndlərdə evlərdə dağıntılar qeydə alınıb.
İranın Qızıl Aypara Cəmiyyəti və sair aidiyyatı qurumlar bölgəyə ezam ediliblər.
|